Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu IL



Yüklə 450,33 Kb.
Pdf görüntüsü
səhifə22/25
tarix10.07.2018
ölçüsü450,33 Kb.
#54717
1   ...   17   18   19   20   21   22   23   24   25

 

65 


“Vokruq sveta” n

əşriyyatı  tərəfindən  Azərbaycana  həsr  olunmuş  turistlər  üçün 

b

ələdçi-kataloqun hazırlanması ilə bağlı həmin şirkətin ekspert-müəllifi Y. Şükinanın 



cari il mayın 07-dən 17-dək ölkəmizə səfəri təşkil edilmişdir. 

2009-cu ilin 8 iyul tarixind

ə  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm 

Nazirliyinin v

ə Avropa Şurasının Bakıdakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 

Avropa  Şurasının  60  illik  yubiley ili ç

ərçivəsində  “Azərbaycan -Avropa  Şurası 

m

ədəni  əməkdaşlığı:  imkanlar  və  perspektivlər”  mövzusundakı  mərasim 



keçirilmişdir. Mərasimdə cari ilin 7-11 iyul tarixlərində Bakıda səfərdə olan Avropa 

Şurasının  Mədəniyyət,  Mədəni  və  Təbii  İrs  üzrə  dire ktoru cənab  Robert  Palmerin 

r

əhbərliyi ilə nümayəndə heyəti, xarici ölkələrin Bakıdakı səfirliklərinin, beynəlxalq 



t

əşkilatların  nümayəndəliklərinin  təmsilçiləri,  bir  sıra  dövlət  qurumları  və  vətəndaş 

c

əmiyyətlərinin nümayəndələri iştirak etmişdir. Mərasimdə Avropa Şurasının 60 illik 



f

əaliyyəti,  Azərbaycan  ilə  təşkilat  arasında  mövcud  olan  mədəni  əməkdaşlığın 

v

əziyyəti müzakirə olunmuşdur. Mərasim bitdikdən sonra günün ikinci yarısı Avropa 



Şurasının  “Sənətçilər  dialoq  naminə”  layihəsinə  həsr  olunun  I  Eksper t  Görüşü 

keçirilmişdir. 

M

ədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti 



2009-cu il 10-12 avqust tarixl

ərində  MDB -nin  iştirakçı  ölk

ələrinin  Mədəni 

əməkdaşlıq  üzrə  Şurasının  XXIV  iclasında  iştirak  etmək  məqsədilə  Tacikistan 

Resp

ublikasının Düşənbə şəhərində səfərdə olmuşdur.  



Az

ərbaycan xalqının zəngin xalçaçılıq ənənələrinə malik olmasını nəzərə alaraq 

xalçaçılıq  s

ənətinin  də  YUNESKO -nun Ümumdünya Qeyri-maddi  İrsinin 

Reprezentativ  Siyahısına  daxil  edilməsi  və  beynəlxalq  səviyyəd ə  təbliği  məqsədilə 

Nazirlik t

ərəfindən tədbirlər həyata keçirilmişdir.  

Nazirliyin 

əməkdaşları  və  AMEA -nın  böyük  elmi  işçisi,  YUNESKO-nun 

eksperti S

ənubər Bağırova 2009-cu ilin 28 sentyabr - 02 oktyabr tarixində BƏƏ-nin 

Abu-


Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması 

üzr


ə  Komitəsinin  4-cü  sessiyasında  iştirak  etmişdir.  Az

ərbaycan  Aşıq  sənəti  və 

Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irsin Representativ siyahısına 

daxil edilmişdir. 




 

66 


Bununla yanaşı qeyd olunan dövr ərzində İsrail, Suriya və Belarus kimi ölkələrlə 

m

ədəniyyət və turizm sahələrində müvafiq müqavilələr imzalanmışdır. 



Az

ərbaycan  Respublikasının  mədəniyyət  və  turizm  naziri Əbülfəs  Qarayevin  

2009-cu il 4-6 oktyabr tarixind

ə  Avstriyaya  səfəri  çərçivəsində  oktyabrın   6-da 

Vyanada  Avstriyanın  Təhsil,  İncəsənət  və  Mədəniyyət  üzrə  Federal  Naziri  Klaudia 

Şmidtlə  görüş  keçirilmişdir.  Görüş  çərçivəsində  Azərbaycan  Respublikasının 

M

ədəniyyət  və  Turizm  Nazirliyi  ilə  Avstriya  Respublikasının  Təhsil,  İncəsənət  və 



M

ədəniyyət  üzrə  Federal  Nazirliyi  arasında  mədəniyyət  və  incəsənət  sahələrində 

2009-2012-ci ill

ər  üçün  əməkdaşlıq  haqqında  Anlaşma  Memorandumu 

imzalanmışdır.  

 

“Bakı-İslam  Mədəniyyətinin  Paytaxtı -2009” Mədəniyyət  ili  çərçivəsində  Bakı 



şəhərində  2009-cu ilin 13-15 oktyabr tarixində  İslam  Konfransı  Təşkilatına  üzv 

dövl


ətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı keçirilmişdir. 

Konfransda ümumilikd

ə 42 ölkədən 20 nazir, 10 nazir müavini və digər rəsmi 

şəxslər,  17  beynəlxalq  və  regional  təşkilatın  (İSESKO,  İslam  Konfransı  Təşkilatı, 

Avropa Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı 

v

ə  s.)  nümayəndələri,  bir  sıra  universitet  və  akademiyaların  rəhbərləri,  xarici 



ölk

ələrin  Azərbaycandakı  səfirlikləri,  Azərbaycan  hökumətinin  üzvləri  iştirak 

etmişdir. 

Konfransın  açılış  mərasimində  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 

İlham Əliyevin  konfrans  iştirakçılarına  müraciəti  Azərbaycan  Respublikası  Baş 

nazirinin müavini Elçin 

Əfəndiyev tərəfindən oxunmuşdur. Bununla yanaşı İSESKO-

nun  baş  direktoru 

Ə.O .Əl-Tuveycri,  İslam  Konfransı  T

əşkilatının  baş  katibinin 

müavini 

Əbdülmoiz Buxari, Liviyanın Mədəniyyət naziri Nuri Həmidi açılış nitqi ilə 

çıxış etmişlər. 

Açılış  mərasimindən  sonra  İslam  ölkələri  mədəniyyət  nazirləri  konfransına 

s

ədrlik Liviyadan Azərbaycan Respublikasına keçmişdir. 



Konfransın ilk günü İSESKO, Azərbaycan və Avropa Şurasının vasitəçiliyi ilə 

İslam Konfransı təşkilatına üzv dövlətlər ilə bir sıra Avropa dövlətləri arasında “Bakı 

prosesi: sivilizasiyalar arasında dialoqa yeni çağırış” mövzusunda dəyirmi masa təşkil 



 

67 


edilmişdir.  Dəyirmi  masanın  sonunda  yekun  kommunike  qəbul  edilmişdir. 

Kommuniked

ə  İslam  dünyası  ilə  Avropa  arasında  mədəniyyətlərarası  dialoqun 

inkişaf  etdirilməsi,  bu  sahədə  layihə  və  proqramların  həyata  keçirilməsi,  həmçinin 

münaq

işə regionlarında mədəni irsin qorunması ilə bağlı birgə tədbirlərin görülməsi 



m

əsələləri öz əksini tapmışdır. 

Bundan sonra konfransın Birinci İşçi sessiyası öz işinə başlamış və İKT -yə üzv 

dövl


ətlərin  nümayəndə  heyətlərinin  rəhbərləri  İslam  Dünyası  üçün  Mədəni 

Strategiyanın  həyata  keçirilməsi  sahəsindəki  səyləri  barədə  məruzələrlə  çıxış 

etmişlər. 

Konfransın  iştirakçıları  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 

Əliyev tərəfindən qəbul edilmişdir. 

Konfransda q

əbul  edilən  İslam  dünyasında  təhlükə  al tında  olan  mədəni  və 

düny


əvi  irsin  qorunmasına  dair  qətnamədə  erməni  işğalçılarının  işğal  etdikləri 

Az

ərbaycan torpaqlarında İslam irsinin məhv edilməsi məqsədi ilə həyata keçirdikləri 



vandalizm h

ərəkətləri  pislənmiş  və  BMT -nin 822, 853, 874 v

ə  884  saylı 

q

ətnamələrini Ermənistan Respublikası tərəfindən dərhal və şərtsiz yerinə yetirilməsi 



t

ələb olunmuşdur. 

İslam  Mədəniyyəti  Paytaxtları  Proqramının  həyata  keçirilməsinin  davam 

etdirilm


əsi  ilə  bağlı  müzakirələrdə  Naxçıvan  şəhəri  2018-ci  il  üçün  İslam 

M

ədəniyyətinin Paytaxtı elan olunmuşdur. 



“Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ili çərçivəsində 16-17 

oktyabr 2009-cu il tarixind

ə Bakı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi 

Şurasının XXVI toplantısı keçirilmişdir. 

T

ədbirdə ümumilikdə 8 ölkənin və ölkə vilayətlərinin nazir, nazir müavinləri və 



m

ədəniyyət  üzrə  digər  məsul  rəsmi  şəxsləri,  xarici  ölkələrin  Azərbaycandakı 

S

əfirliklərinin  nümayəndələri,  Azərbaycan  hökumətinin  üzvləri  və  yerli  ictimai 



t

əşkilatların təmsilçiləri iştirak etmişlər. 

T

ədbirin ilk günü Az



ərbaycan  Respublikasının  mədəniyyət  və  turizm  naziri 

Ə.Qarayev  TÜRKSOY  Mədəniyyət  Nazirləri  Daimi  Şurasının  Dövri  Koordinatoru 

kimi  açılış  nitqi  ilə  çıxış  etmişdir.  Bununla  yanaşı  TÜRKSOY -un  Baş  Direktoru, 



Yüklə 450,33 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə