Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə18/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

 
70
 
 
 
 
IV FƏSİL 
 
YERLİ ÖZÜNÜİDARƏETMƏNİN 
HÜQUQİ ƏSASLARI 
 
4.1.Yerli özünüidarəetmənin hüquqi əsaslarının xüsusuyyətləri 
 
əqiqi və  səmərəli yerli özünüidarəetmə  cəmdə 
onun əsaslarını təşkil edən müəyyən səbəb və şərt-
lərin mövcud olduğu təqdirdə mümkündür. Belə  əhəmiyyətli 
əsaslardan biri də yerli özünüidarəetmənin hüquqi əsaslarıdır. 
 Yerli 
özünüidarəetmənin hüquqi əsaslarını dövlətin yerli 
özünüidarəetməsinin təşkili və fəaliyyəti məsələlərinin səmərəli 
tənzimlənməsini təmin edən normativ hüquqi aktlar sistemi, ha-
belə  həmin dövlətin yerli özünüidarəetmə sahəsində  tərəfdar 
çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Avropa məkanında 
bu sahədə bir sıra böyük əhəmiyyətə malik olan Konvensiya və 
xartiyalar mövcuddur ki, bu da həmin sənədlərə tərəfdar çıxan 
dövlətlərə yerli özünüidarəetmə sisteminin daimi olaraq inkişaf 
etdirilməsi və bu sahədə Avropa standartlarına uyğunlaşdırılma-
sı üçün geniş imkanlar yaradır. Ümumilikdə, Avropa Şurası çər-
çivəsində yerli özünüidarəetmə sahəsində  aşağıdakı mühüm 
beynəlxalq sənədlər qəbul edilmişdir: 



 
71
 - 
Ərazi icmalar və hakimiyyət orqanları arasında trans-
sərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyası; 
 
- Yerli Özünüidarə haqqında Avropa Xartiyası; 
 - 
Əcnəbilərin yerli səviyyədə ictimai həyatda iştirakı 
haqqında Konvensiya
 
- Regional dillər və milli azlıqların dilləri haqqında Av-
ropa Xartiyası; 
 - 
Ərazi icmaları və hakimiyyət orqanları arasında trans-
sərhəd  əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyasına 
Əlavə Protokol; 
 - 
Ərazi icmalar və hakimiyyət orqanları arasında 
transsərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiya-
sına ərazilərarası əməkdaşlığa dair 2 saylı Əlavə Protokol; 
 - 
Landşaftlar haqqında Avropa Konvensiyası; 
 - 
Gənclərin  şəhərlərin və regionların həyatında iştirakı 
haqqında Xartiya; 
 - 
Avropa 
Şəhərlər Xartiyası; 
 - 
Ərazi icmalar və hakimiyyət orqanları arasında trans-
sərhəd  əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyasına 
Avroregionların əməkdaşlıq qruplarına dair 3 saylı Əlavə Proto-
kol; 
 
- Yerli Özünüidarə haqqında Avropa Xartiyasına yerli 
hakimiyyətin işlərində iştirak etmək hüququna dair Əlavə Pro-
tokol. 
 


 
72
Ərazi icmaları və hakimiyyət orqanları arasında trans-
sərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyası (21 
may 1980-ci il) 
 
Konvensiya yerli və regional hakimiyyətlər arasında öz 
yurisdiksiyaları  çərçivəsində transsərhəd  əməkdaşlıq haqqında 
sazişlərin bağlanmasını  təşviq edir və köməklik göstərir. Belə 
sazişlər regional inkişafa,  ətraf mühitin qorunmasına, ictimai 
xidmətlərin təkmilləşdirilməsinə  və sair məsələlərə aid edilə 
bilər və transsərhəd  əməkdaşlıq assosiasiyalarının və ya yerli 
hakimiyyətlər birliklərinin yaradılmasını nəzərdə tuta bilər. 
Avropa  Şurasının üzv olan dövlətlərin hüquqi və 
konstitusion sistemlərində  fərqləri nəzərə almaq məqsədilə 
Konvensiya həm yerli, həm də regional hakimiyyətlərə trans-
sərhəd  əməkdaşlığı onlar üçün ən münasib çərçivəyə daxil et-
məyə imkan verən bir sıra nümunəvi sazişlər nəzərdə tutur. 
Konvensiyaya  əsasən Razılığa Gələn Tərəflər transsər-
həd əməkdaşlığa mane olan əngəlləri aradan qaldırmaq və belə 
beynəlxalq  əməkdaşlıqda iştirak edən hakimiyyətlərə milli sə-
viyyədə  nəzərdə tutulan eyni imkanlar yaratmaq öhdəliyini öz 
üzərinə götürürlər. 
 
 
Yerli Özünüidarə haqqında Avropa Xartiyası (15 
oktyabr 1985-ci il) 
 
 Xartiya 
Razılığa Gələn Tərəflərin üzərinə yerli özünü-
idarəetmə orqanlarının siyasi, inzibati və maliyyə  sərbəstliyinə 


 
73
təminat verən baza prinsiplərini tətbiq etmək öhdəliyi qoyur. Bu 
sənəd yerli özünüidarəetmə prinsipinin dövlətin daxili qanunve-
riciliyində  və  məqsədəmüvafiq hesab edildiyi təqdirdə, onun 
konstitusiyasında tanınmasını nəzərdə tutur. Yerli özünüidarəet-
mə orqanları ümumi səsvermə yolu ilə seçilməlidir. 
 Yerli 
özünüidarəetmə orqanları, qanun çərçivəsində 
fəaliyyət göstərərək, yerli əhalinin maraqları naminə, onların 
məsuliyyət daşıdığı ictimai işlərlə  məşğul olmaq imkanına 
malik olmalıdırlar. Müvafiq olaraq, Xartiyada qeyd edilir ki, ic-
timai hakimiyyət, əsasən vətəndaşa daha yaxın olan hakimiyyət 
orqanları  tərəfindən həyata keçirilməlidir. Səlahiyyətlər daha 
yüksək səviyyədə olan orqana o zaman verilə bilər ki, qoyulmuş 
vəzifənin  əlaqələndirmə  və  həcm tələbləri, habelə  səmərəlilik 
və qənaət tələbləri onun daha aşağı səviyyədə həll olunmasına 
imkan verməmiş olsun. Bu məqsədlə Xartiya yerli özünüidarə-
etmə orqanlarının səlahiyyət dairəsinin müdafiəsinə, yerli özü-
nüidarəetmə orqanlarının vəzifələrinə uyğun olan inzibati struk-
turların və resursların, səlahiyyətlərin yerli səviyyədə həyata ke-
çirilməsi şərtlərinin, yerli özünüidarəetmə orqanlarının fəaliyyə-
tinə inzibati nəzarətin, onların maliyyələşdirilmə  mənbələrinin 
və hüquqi müdafiəsinin mövcud olmasına aid olan prinsipləri 
müəyyən edir. 
 Xartiyada 
təsbit edilmiş yerli özünüidarəetmə prinsiplər 
yerli özünüidarəetmə orqanlarının hər növünə aiddir. Razılığa 
Gələn hər bir tərəf Xartiyanın I hissəsinin ən azı iyirmi bəndinə 
riayət etməlidir. 
 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə