Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə21/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

 
82
I HİSSƏ 
 
M a d d ə   2  
Yerli özünüidarənin konstitusiya və qanunvericilik əsasları 
 
 Yerli özünüidarə prinsipi ölkə qanunvericiliyində və imkan 
daxilində ölkənin konstitusiyasında təsbit olunmalıdır. 
 
M a d d ə   3  
Yerli özünüidarə anlayışı 
 
 1. Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının 
dövlət işlərinin xeyli hissəsini reqlamentləşdirmək və qanun 
çərçivəsində fəaliyyət göstərərək, məsuliyyəti öz üzərinə götür-
məklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ 
və real qabiliyyəti başa düşülür. 
 2. Bu hüququ azad, gizli, bərabər, birbaşa və ümumi səs-
vermə yolu ilə seçilmiş üzvlərdən ibarət şuralar yaxud yığıncaq-
lar həyata keçirir. Şuraların yaxud yığıncaqların onlara hesabat 
verməli olan icra orqanları ola bilər. Bu müddəa, qanunla yol 
verilən yerlərdə  vətəndaşların yığıncaqlarına, referenduma və 
ya vətəndaşların birbaşa iştirakının hər hansı başqa formasına 
müraciət olunmasını istisna etmir. 
 
M a d d ə   4  
Yerli özünüidarənin səlahiyyət sahəsi 
 
 1.  Yerli  özünüidarə orqanlarının  əsas səlahiyyətləri 
konstitusiya ilə yaxud qanunla müəyyən edilir. Lakin bu müd-


 
83
dəa yerli özünüidarə orqanlarına qanuna müvafiq olaraq ayrı-
ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir. 
 2. Yerli özünüidarə orqanları onların səlahiyyətindən çı-
xarılmamış və başqa bir hakimiyyət orqanının səlahiyyətinə aid 
edilməmiş hər hansı məsələyə dair öz təşəbbüslərini həyata ke-
çirmək üçün qanunla müəyyən edilmiş hüdudlarda tam sər-
bəstliyə malikdirlər. 
 3.  Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda 
olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət 
orqanlarına həvalə edilməlidir. Bu səlahiyyətlərdən hər hansı 
birinin başqa bir hakimiyyət orqanına verilməsi qarşıya qoyul-
muş  vəzifənin həcmini və xarakterini, eləcə  də  səmərəlilik və 
qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir. 
 4. Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər, bir 
qayda olaraq, tam və müstəsna olmalıdır. Onlar başqa bir haki-
miyyət orqanı, mərkəzi və ya regional orqan tərəfindən yalnız 
qanunla müəyyən edilmiş hüdudlarda mübahisələndirilə yaxud 
məhdudlaşdırıla bilər. 
 5.  Mərkəzi və regional orqanların səlahiyyətlərinin həvalə 
edilməsi zamanı yerli özünüidarə orqanları imkan daxilində on-
ların həyata keçirilməsini yerli şəraitə uyğunlaşdırmaq sər-
bəstliyinə malik olmalıdırlar. 
 6. Yerli özünüidarə orqanlarına bilavasitə aidiyyəti olan hər 
hansı qərarların planlaşdırılması və qəbulu prosesində bu orqan-
larla məsləhətləşmək və bunu, imkan daxilində, qabaqcadan və 
müvafiq formada etmək zəruridir. 
 


 
84
M a d d ə   5  
Yerli özünüidarə orqanlarının ərazi hüdudlarının 
qorunması 
 
 Yerli ərazi hüdudlarının istənilən dəyişməsi zamanı müva-
fiq yerli özünüidarə orqanları ilə qabaqcadan məsləhətləşmək 
zəruridir, qanunun yol verdiyi hallarda bunu referendum keçiril-
məsi yolu ilə etmək olar. 
 
M a d d ə   6  
İnzibati strukturların və vasitələrin yerli özünüidarə 
orqanlarının vəzifələrinə uyğunluğu 
 
 1. Yerli hakimiyyət orqanları daha ümumi qanunvericilik 
müddəalarını pozmadan, yerli tələbata cavab verən və səmərəli 
idarəetməni təmin edən öz daxili inzibati strukturlarını özləri 
müəyyənləşdirmək hüququna malik olmalıdırlar. 
 2. Yerli özünüidarə orqanları qulluqçularının iş  şəraiti elə 
olmalıdır ki, təcrübə və səriştəliliyin nəzərə alınması prinsiplə-
rinə  əsaslanan yüksək ixtisaslı kadrlar seçimini təmin etmək 
mümkün olsun; bundan ötrü peşə hazırlığının,  əməyin ödənil-
məsinin və  vəzifədə irəliçəkilmənin müvafiq şərtlərinin təmin 
edilməsi zəruridir. 
 
M a d d ə   7  
Yerli səviyyədə səlahiyyətlərin həyata keçirilməsi şərtləri 
 
 1. Yerli seçkili şəxslərin statusu onların səlahiyyətlərinin 
sərbəst həyata keçirilməsini təmin etməlidir. 


 
85
 2. Yerli seçkili şəxslərin statusu onların öz səlahiyyətlərini 
həyata keçirmələri ilə bağlı  çəkdikləri xərclərin müvafiq pul 
kompensasiyasını, həmçinin zərurət olduqda, əldən çıxmış fay-
daya, yaxud əmək haqqına görə kompensasiyanı və müvafiq so-
sial sığortanı almağa imkan verməlidir. 
 3. Yerli seçkili şəxsin mandatı ilə bir araya sığmayan istə-
nilən funksiyalar və fəaliyyət yalnız qanunla, yaxud əsas hüquqi 
prinsiplərlə müəyyənləşdirilə bilər. 
 
M a d d ə   8  
Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət 
 
 1. Yerli özünüidarə orqanları üzərində istənilən inzibati nə-
zarət yalnız konstitusiya ilə, yaxud qanunla nəzərdə tutulmuş 
formalarda və hallarda həyata keçirilə bilər. 
 2. Yerli özünüidarə orqanlarının fəaliyyətinə istənilən in-
zibati nəzarət, bir qayda olaraq, yalnız qanunçuluğa və konstitu-
siya prinsiplərinə riayət olunmasını  təmin etmək üçün nəzərdə 
tutulmalıdır. Bununla belə, inzibati nəzarət, həmçinin yerli özü-
nüidarə orqanlarının onlara həvalə edilmiş səlahiyyətləri lazımi 
qaydada yerinə yetirmələri üzərində yuxarı hakimiyyət orqanla-
rının nəzarətini də ehtiva edə bilər. 
 3. Yerli özünüidarə orqanları üzərində inzibati nəzarət elə 
tərzdə  həyata keçirilməlidir ki, nəzarət edən orqanın müdaxilə 
dərəcəsi bu müdaxilənin qorumağı nəzərdə tutduğu maraqların 
əhəmiyyətinə mütənasib olsun. 
 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə