110
olduqca möhkəm asılılığı onları çətin vəziyyətə qoya bilər, çün-
ki xidmətlərin göstərilməsi ilə bağlı xərclərə dəyişilən iqstiadi
amillər birbaşa təsir göstərir. Lakin etiraf edilir ki, hətta nis-
bətən dinamik gəlir mənbələri olduqda xərclər və resursların in-
kişafı arasında avtomatik əlaqə mövcud deyildir.
Bənd 6
Resurslar qanunvericilik qaydasında müəyyən edilən
xüsusi meyarlara uyğun olaraq bölüşdürüldükdə, müvafiq qa-
nunvericiliyin hazırlanması zamanı yerli hakimiyyət orqanları
ilə məsləhətləşmələrin keçirildiyi təqdirdə, bu bəndin müd-
dəaları yerinə yetirilmiş hesab olunur.
Bənd 7
Ümumi
təyinatlı dotasiyalar və ya xüsusi sahələr üzrə
dotasiyalar yerli hakimiyyətlərin hərəkət sərbəstliyi baxımından
xüsusi layihələrə ayrılandan dotasiyalardan daha yüksək üstün-
lüyə malikdir. Güman etmək reallıqdan kənar olardı ki, xüsusi
layihələr üzrə bütün dotasiyalar, xüsusilə də iri kapital qoyuluşu
üçün ümumi təyinatlı dotasiyalarla əvəzlənəcək, lakin belə
dotasiyaların hədziz istifadəsi yerli hakimiyyətlərin ilk növbəli
xərcləri seçmək sərbəstliyini kəskin surətdə məhdudlaşdırmış
olur. Lakin müxtəlif dövlətlərdə ümumi resurslarda dotasiyala-
rın payı müxtəlifdir ümumi təyinatlı dotasiyalarla müqayisədə
xüsusi layihələr üzrə dotasiyaların daha boyük həcmli payı o
halda normal hesab oluna bilər ki, dotasiyalar ümumilikdə ümu-
mi gəlirlərin nisbətən kiçik hissəsini təşkil etmiş oslun. 9-cu
maddənin 7-ci bəndində olan ikinci cümlə nəzərdə tutur ki, xü-
susi məqsədlər üçün ayrılan dotasiyalar yerli hakimiyyətləri on-
111
ların səlahiyyətləri daxilində hərəkət sərbəstliyindən məhrum
etməməlidir.
Bənd 8
Yerli
hakimiyyət orqanları üçün kapital qoyuluşlarına
kredit almaq imkanlarına malik olmaq çox vacibdir. Lakin belə
maliyyələşmənin mümkün mənbələri hər bir dövlətdə bazar ka-
pitalının strukturundan asılıdır; belə maliyyələşmə mənbələrin-
dən istifadə qaydası və şərtləri qanunvericilik qaydasında müəy-
yən edilir.
Maddə 10
Bənd 1
Bu
bənd birgə layihələrin köməyi ilə daha böyük səmə-
rəliliyə nail olmaq və ya bir dövlət hakimiyyət orqanının imkan-
larının xaricinə çıxan vəzifələri həyata keçirmək məqsədilə
funksional əsasda yerli hakimiyyət orqanları arasında əməkdaş-
lığı tənzimləyir. Belə əməkdaşlıq özünüidarəetmə orqanlarının
konsorsiumları və ya federasiyaları formasında ola bilər və bu-
rada onların təsis edilməsi üçün hüquqi əsaslar qanunvericilk
qaydasında müəyyən edilə bilər.
Bənd 2
2-ci
bənd funksional məqsədlərlə müqayisədə daha
ümumi məqsədlərə malik olan, barələrində 1-ci bənddə qeyd
edilən, regional və ya ümummilli əsasda müxtəlif növlü bütün
yerli hakimiyyət orqanlarını təmsil edən assosiasiyalara aiddir.
Lakin, belə assosiasiyalara daxil olmaq hüququ mərkəzi höku-
112
mət tərəfindən istənilən ayrıca assosiasiyanın danışıqlarda qa-
nuni tərəf qismində tanınması mənasını daşımır.
Avropa
Şurasının bu tipli sənədlərində, adətən nəzərdə
tutulur ki, milli səviyyədə assosiasiyalara daxil olmaq hüququ
Avropa Şurasının nizamnaməsində müəyyən edilmiş məqsədlə-
rə uyğun olan prinsiplər əsasında Avropa birliyini fəal quran
beynəlxalq assosiasiyalara daxil olmaq hüququ ilə müşayiət
olunmalıdır.
Lakin 10.2-ci maddə Avropa Şurasının üzvü olan ayrı-
ayrı dövlətlərə bu prinsipin həyata keçirilməsinin qanunvericilik
və digər vasitələrinin seçimini təklif edir.
Bənd 3
Həmçinin digər dövlətlərin ayrı-ayrı yerli hakimiyyət or-
qanları ilə əməkdaşlığa da yol verilir, halbuki belə bir əməkdaş-
lıqda hər bir dövlətin hüquqi normalarına hörmətlə yanaşmaq
və onu həmin hakimiyyət orqanlarının səlahiyyətləri daxilində
həyata keçirmək zəruridir.
Belə əməkdaşlığa Ərazi icmalar və hakimiyyətlər arasın-
da transsərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensi-
yasının müddəaları şamil olunur, halbuki əməkdaşlığın bəzi
növləri sərhədyanı rayonlarla məhdudlaşmamalıdır.
Maddə 11
Məhkəmə müdafiəsi vasitələrinə müraciət etmək dedik-
də yerli hakimiyyət orqanının aşağıdakılara müraciət olunması
nəzərdə tutulur:
a) müvafiq qaydada formalaşdırılmış məhkəməyə; və ya
113
b)
istənilən hərəkətin, hərəkətsizliyin və ya digər inzibati
aktın müvafiq qərara uyğunluğu üzrə qərarlar qəbul etmək və
tövsiyələr vermək hüququna malik olan bərabər, müstəqil və
qanuni orqana.
Dövldətlərdən birində belə bir hal qeydə alınmışdır ki,
inzibati qərarlardan məhkəmə qaydasında şikayət vermək, adə-
tən nəzərdə tutulmasa da, məhkəmə müdafiəsinin fövqəladə va-
sitələrinə müraciət olunması mümkündür. Həmin qərarın hüquq
normalarının açıq-aşkar pozulması ilə qəbul edildiyi hallarda
verilən məhkəmə müdafiəsinin bu vasitəsi hazırkı maddənin tə-
ləblərinə uyğundur.
Maddə 12
Yerli
özünüidarəetmə prinsiplərinin formalaşdırılması
zamanı Xartiyanın I hissəsində Avropa Şurasının üzvü olan
dövlətlərdə yerli özünüidarəetmənin ən müxtəlif hüquq sis-
temləri və strukturları birləşdirmək cəhdi göstərilmişdir. Buna
baxmayaraq etiraf edilmişdir ki, Xartiyanın müəyyən müddəala-
rının təsdiqi zamanı ayrı-ayrı hökumətlər qarşısında konstitu-
sion və ya praktiki xarakterli çətinliklər əmələ gələ bilər.
Maddə 13
Prinsipcə, Xartiyanın I hissəsindəki tələblər Avropa Şu-
rasının üzvü olan hər bir dövlətdə yerli hakimiyyət orqanlarının
bütün kateqoriyalarına və səviyyələrinə aiddir. Onlar, həmçinin
regional orqanlara da şamil oluna bilər. Lakin müəyyən
regionların (xüsusilə, federasiya subyektlərinin) xüsusi hüquqi
forması və ya konstitusiya ilə müəyyən edilmiş statusu onlara,
yerli hakimiyyətlərdə olduğu kimi, eyni tələblərin irəli sürülmə-
Dostları ilə paylaş: |