MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə15/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

3.  Onun  bizim  üçün  can  yandırması,  bizə  mehri‐
banlıq və mərhəmət göstərməsi; 
4.  Onun  qəbrinin  ziyarət  olunmasının  ən  yaxşı  iş‐
lərdən olmasına baxmayaraq, öz qəbrinə ziyarət olun‐
masını qadağan etməsi; 
5.  Onun  öz  qəbrini  çox  ziyarət  etməyi  (ziyarətgaha 
çevirməyi) qadağan etməsi; 
6.  Onun  öz  əshabələrini  evdə  əlavə  (nafilə)  namaz 
qılmağa həvəsləndirməsi; 
7.  Əshabələrə  görə,  qəbristanda  namaz  qılmağın 
qadağan olması; 
8.  Peyğəmbərin  bunu  adamların  xeyir‐duasının  və 
salamının  ona,  onların  yaxında,  yaxud  uzaqda  olma‐
sından  asılı  olmayaraq  çatması  ilə,  ona  yaxın  olmaq 
istəyənlərin  fərziyyələrinə  ehtiyacın  olmaması  ilə  izah 
etməsi; 
9.  Peyğəmbərə  (s.s)  öləndən  sonra  bərzəxdə  (vəfa‐
tından  Qiyamət  gününədək  olan  “qəbir  həyatı”  za‐
manı) öz ümmətinin namaz qılıb ona xeyir‐dua etməsi 
və salam yetirməsinin görünəcəyi. 
 
 
BU ÜMMƏTDƏN BƏ’ZİLƏRİNİN BÜTLƏRƏ 
İBADƏT ETMƏSİ HAQQINDA FƏSİL 

 
llah‐təalanın kəlamları: “Allah kitabından pay 
verilənlərin cibtə və tağuta aldanıb kafirlərin 
iman  gətirənlərdən  daha  doğru  yolda  olduqlarını 
dediklərini  görmədinmi?  Onlar  Allahın  lə’nətlədiklə‐
ridir,  Allahın  lə’nətlədiyi  adama  bir  kömək  edən  tap‐
mazsan” (ən‐Nisa, 51‐52). 
 
=  59  =


 =  60  = 
“De: – Mən  sizə  Allahın  lə’nətləyib  üstünə  qəzəb‐
ləndiyi  və  meymuna,  donuza  çevirdiyi  və  tağuta  ina‐
nan  adamların  cəzasının  bundan  da  pis  olacağından 
xəbər verimmi?” (əl‐Maidə, 60). 
“...  Mübahisədə  qalib  gələnlər:  “Onların  qəbirləri 
üstündə bir məscid tikəcəyik” – dedilər” (əl‐Kəhf, 21). 
Əbu Səiddən (Allah ondan razı olsun!) Rəsulullahın 
(s.s)  belə  dediyi  rəvayət  olunur:  “Siz  özünüzdən  əv‐
vəlkilərin  adətlərini  elə  dəqiqliklə  təkrar  edirsiniz  ki, 
eşitsəniz  onlar  kərtənkələ  yuvasına  giriblər,  siz  də 
girərsiniz”.  Dedilər:  “Ya  Rəsulullah!  “Əvvəlkilər”  de‐
yəndə  yəhudilər  və  xristianları  nəzərdə  tutursanmı? 
Dedi:  “Onları  nəzərdə  tutmayıb  bəs  kimi  nəzərdə 
tutmalıyam?” (Müslim – 2669, Buxari – 3269). 
Müslim  (2889)  isə  Sövbandan  (Allah  ondan  razı 
olsun!)  Rəsulullahın  (s.s)  belə  dediyini  rəvayət  etmiş‐
dir:  “Allah  mənim  üçün  torpaq  (ərazi – Ə.Ə.)  ayır‐
mışdır.  Mən  onun  şərq  və  qərb  sərhədlərini  gördüm. 
Mənim  ümmətimin  mülkünün  sahəsi  mənim  üçün 
ayrılmış  torpağın  sahəsinə  çatacaq.  Mənə  iki  xəzinə 
verildi:  qırmızı  xəzinə  (sonralar  qənimət  olunacaq 
Kəsra  taxt‐tacı,  sərvəti – Ə.Ə.)  və  ağ  xəzinə  (sonralar 
qənimət  olunacaq  Qeysər  (Rum)  taxt‐tacı,  sərvəti –
 Ə.Ə.). Mən Rəbbimdən xahiş etdim ki, mənim ümmə‐
timi  kütləvi  qırğınla  (aclıq,  epidemiya  və  s. – Ə.Ə.) 
həlak etməsin, onların üstünə özlərindən başqa heç bir 
düşmən  salmasın  və  onların  toxunulmazlığını  (bütöv‐
lüyünü)  tə’min  etsin.  Belə  olduqda  Rəbbim  dedi: – Ya 
Məhəmməd!  Mən  bir  qərar  versəm,  dəyişməz  qalar. 
Mən  qərar  verdim  ki,  sənin  ümmətinin  övladlarını 
kütləvi  qırğınla  həlak  etməyim,  onların  üstlərinə 


 
=  61  =
özlərindən  başqa  bir  düşməni  salmayım.  Onların 
qonşuluğunda  yaşayanlar  birləşib  onlara  hücum 
etsələr də, onların özlərindən bə’ziləri o birilərini həlak 
etməyincə,  bir  qismi  digərini  əsir‐yesir  etməyincə, 
onların  bütövlüyünə  xələl  gəlməyəcək”.  Bərqani  bu 
hədisi  öz  hədis  kitabında  rəvayət  etmiş  və  sonra  Pey‐
ğəmbərin  (s.s)  belə  dediyini  əlavə  etmişdir:  “Mən 
ümmətim  üçün  daha  çox  onları  düzgün  yoldan  azdı‐
ran  imamlarından  (başçılarından)  qorxuram.  Ümmə‐
tim  arasına  ədavət  düşsə,  bu,  Qiyamət  gününədək 
davam edəcək. Mənim ümmətimdən sağ qalanlar müş‐
riklərlə  birləşməyincə,  dəstə‐dəstə  adamlar  bütlərə 
ibadət  etməyincə,  qiyamət  qopmayacaq.  Mən  pey‐
ğəmbərlərin sonuncusu olduğum halda, məndən sonra 
peyğəmbər olmayacağı halda, ümmətimdən otuz nəfər 
yalançı  çıxacaq  və  onların  hər  biri  deyəcək  ki,  pey‐
ğəmbərdir.  Ümmətimdən  haqdan  uzaqlaşmayan  bir 
tayfa  (bir  dəstə  adam)  qalib  çıxacaq  və  onları  mey‐
danda  qoyub  qaçanların  xəyanəti  Allah‐təbarəkə  və 
təalanın  əmri  gəlib  yetişənədək  onlara  bir  zərər  vura 
bilməyəcək”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. ən‐Nisa surəsindən bir ayənin təfsiri; 
2. əl‐Maidə surəsindən bir ayənin təfsiri; 
3. əl‐Kəhf surəsindən bir ayənin təfsiri; 
4.  Bu  məsələlərin  ən  əhəmiyyətlisi  bu  suallara 
verilən cavablardır. Bu məqamda cibtə və tağuta iman 
nə mə’nada işlənmişdir? Bu iman qəlbən e’tiqad etmək 
deməkdirmi?  Yoxsa  bu  iman  belə  e’tiqad  sahiblərinin 
onların  (cibtin  və  tağutun)  bə’ziləri  ilə  razılaşması  və 
bütövlükdə puçluğunu bilməsi deməkdir? 


 =  62  = 
5.  Onların  (Kitab  əhlinin)  Allahı  inkar  etdiklərini 
bildikləri  kafirlərin  mö’minlərdən  daha  doğru  yolda 
olduqlarını deməsi; 
6. Bu fəsildə aydınlaşdırılması nəzərdə tutulan əsas 
məsələ,  yə’ni  şirkin  Əbu  Səidin  danışdığı  hədisdə 
olduğu kimi, çox adamda olması; 
7.  Peyğəmbərin  bunun  baş  verəcəyini  qabaqcadan 
bəyan  etməsi  (bu  millətdən  olan  çox  adamın  bütlərə 
ibadət etməsi nəzərdə tutulur); 
8. Ən təəccüblü bir iş: Muxtar kimi hər iki şəhadəti 
(Əşhədü  ən  la  ilahə  illəllah  və  əşhədü  ənna  Mühəm‐
mədən  rəsulullah)  qəbul  edib  özünün  bu  ümmətdən 
olduğunu,  Allahın  elçisinin,  Qur’anın  haqq  olduğunu 
bəyan  etməklə  yanaşı,  peyğəmbərlik  iddiasında  olan 
adamların meydana çıxması. İşə bax ki, o, bir tərəfdən 
Məhəmmədin  peyğəmbərlərin  sonuncusu  olduğunu, 
digər  tərəfdən  bununla  açıq‐aydın  ziddiyyət  təşkil 
edən  bütün  bu  sözləri  deyir.  Muxtar  əshabələrin  döv‐
rünün  sonlarında  meydana  çıxmış  və  dəstə‐dəstə 
adamlar ona inanaraq onun ardınca getmişlər; 
9.  Haqqın,  yer  üzündən  əvvəllər  kəsildiyi  kimi,  bir 
daha  tamamilə  kəsilməyəcəyi  və  bir  tayfanın  haqdan 
uzaqlaşmayacağı müjdəsi; 
10.  Onların  sayca  az  olacaqlarına  baxmayaraq,  nə 
onları meydanda qoyub qaçanların, nə də onların əley‐
hinə çıxanların onlara zərər verə bilməyəcəyi haqqında 
fikrin doğru çıxmasından ibarət ən böyük mö’cüzə; 
11. Bu şərtin qiyamət qopanadək qüvvədə olacağı; 
12.  Buradakı  hədisdə  haqqında  danışılan  hadisə‐
lərin artıq baş verməsindən ibarət böyük mö’cüzələr, o 
cümlədən: Peyğəmbərin (s.s) xəbər verdiyi kimi, onun 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə