MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ


KAHİNLƏR VƏ BU QƏBİLDƏN OLAN



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə17/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

 
KAHİNLƏR VƏ BU QƏBİLDƏN OLAN  
ADAMLAR HAQQINDA FƏSİL
 
 
üslim  öz  hədis  kitabında  Peyğəmbərin  (s.s) 
arvadlarının birindən Peyğəmbərin (s.s) belə 
dediyini  rəvayət  etmişdir:  “Kim  falçıya  gedib  fala 
baxdırsa  və  ona  inansa,  onun  (fala  baxdıranın – Ə.Ə.) 
qırx gün namazı qəbul olunmaz”. 

Əbu  Hüreyrənin  rəvayətinə  görə,  Peyğəmbər  (s.s) 
belə  demişdir:  “Kim  bir  kahinin  yanına  gedib  onun 
dediyini  təsdiq  edərsə,  Məhəmmədə  nazil  olanı  inkar 
etmiş  olur”.  Bu  hədisi  Əbu  Davud  (4203)  rəvayət 
etmişdir. 
Bu hədis dörd mühəddisin (Tirmizi, İbn Macə, Əbu 
Davud,  Nəsai)  hədis  kitablarında  və  Hakimdə  də  var. 
Hakimin  dediyinə  görə,  bu  hədis  Buxari  və  Müslimə 
görə,  səhih  hədisdir.  Əbu  Hüreyrədən:  “Kim  falçının 
və  ya  kahinin  yanına  gedib  onun  dediyinə  inansa, 
Məhəmmədə  nazil  olanı  inkar  etmiş  olur”  şəklində 
rəvayət olunmuşdur. 
Əbu Yə’la da İbn Məs’uddan yaxşı bir isnadla buna 
bənzər bir hədis rəvayət etmişdir. 
İmran  ibn  Huseyn  Peyğəmbərdən  (s.s)  belə  bir 
hədis  danışmışdır:  “Kim  ya  özü  sınaq  etsə  (işin  gətir‐
məməsinə,  nəhs  gətirməsinə,  düşər‐düşməzə,  səbir 
gətirməyə  inansa – Ə.Ə.),  yaxud  onun  üçün  sınaq 
edilsə,  kim  baxıcılıq  etsə  (gələcəkdən,  taledən  xəbər 
vermək  istəsə – Ə.Ə.),  yaxud  özü  falına  baxdırsa,  kim 
sehr  (sehr‐cadu – Ə.Ə.)  etsə,  yaxud  sehrbaza  müraciət 
etsə,  bizdən  deyil;  kim  kahinin  yanına  gedib  onun 
 
=  67  =


 =  68  = 
dediklərini  təsdiq  etsə,  Məhəmmədə  nazil  olanı  inkar 
etmiş  olur”.  Bu  hədisi  Bəzzar  çox  yaxşı  bir  isnadla 
rəvayət etmişdir. Təbərani də onu yaxşı bir isnadla İbn 
Abbasın  dilindən  “kim  kahinin...”  ifadəsinədək  rəva‐
yət etmişdir. 
Bəğəvi  demişdir:  “Ərraf  (falabaxan – Ə.Ə.)  gələ‐
cəkdə  baş  verən  hadisələri  əvvəlcədən  bildiyini  deyib 
bununla da guya oğurlanmış şeyin, azmış adamın və s. 
yerini  göstərdiyini  iddia  edənə  deyilir.  Beləsinə  kahin 
də deyilir.  Kahin əslində gələcəkdə baş verəcək qeyri‐
müəyyən  hadisələrdən  xəbər  verən  adamdır.  Onun 
insanın  fikrindən  keçənləri  bildiyini  deyənlər  də 
olmuşdur”.  Əbülabbas ibn Teymiyyə də bu barədə öz 
fikrini bildirmişdir: “Ərraf – kahin, münəccim, rəmmal 
və  onlar  kimi  bu  yollarla  işlərdən  xəbərləri  olduğunu 
(hər  şeyi  bildiklərini – Ə.Ə.)  deyən  adamların  adıdır”. 
İbn  Abbas  isə  “əba  cadin”  (“əbcəd” – falçılıq  edərkən 
haqqında  fal  açılan  adamın  adının  hərflərini  müvafiq 
rəqəmlərə çevirib hesablamaqdan ibarət üsul, mollalar 
bunun  üçün  “kiçik  əbcəd  hesabı”  deyilən  sistemdən 
istifadə edirlər. Bundan sonra “əbcəd” kimi veriləcək –
 Ə.Ə.)  yazan  və  ulduzlarla  fala  baxan  adamlar  haq‐
qında demişdir: “Bu işlə məşğul olanın Allah yanında 
bir nəsibi olduğuna inanmıram”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  Qur’ana  inanmaqla  kahinin  sözünü  təsdiq  etmə‐
yin bir araya sığmaması; 
2. Kahinə inanmağın küfr olmasının bəyanı; 
3. Bu işdə falına baxılan adamın da falabaxan qədər 
günahkar olması; 


4. Özü sınaqçı olmayıb başqasının onun üçün sınaq 
etdiyi (işinin nəhs gətirdiyi haqqında fal açdığı – Ə.Ə.) 
adamın da elə bunu edən qədər günahkar olması; 
5. Sehr‐cadu etdirən adamın kafir olması; 
6.  “Əbcəd”  üsulu  ilə  fala  baxan  adamın  da  kafir 
olması; 
7. Kahin və ərraf arasındakı fərq. 
 
 
NÜŞRƏ (SEHR‐CADUNUN AÇILMASI) 
HAQQINDA FƏSİL 
 
abirdən rəvayət olunur ki, Rəsulullahdan (s.s) 
nüşrə  haqqında  soruşanda  o  demişdir:  “O, 
şeytanın əməllərindən biridir”. Bu hədisi Əhməd yaxşı 
bir  isnadla  rəvayət  etmişdir.  Əbu  Davud  da  bu  hədisi 
rəvayət etmiş və həm də bu barədə demişdir: “Əhməd‐
dən  nüşrə  haqqında  soruşmuşlar,  o  demişdir: – İbn 
Məs’ud  bütün  belə  əməllərə  nifrət  edir”.  Buxaridə  də 
Qətadədən  belə  rəvayət  olunur:  “Mən  İbn  Müseyyibə 
dedim: – Sehr‐caduya  salınmış,  yaxud  caduya  salınıb 
öz  qadınına  yanaşa  bilməyən  adamın  sehr‐cadusunu 
açmaq,  yaxud  cinləri  ondan  uzaqlaşdırmaq  olar? 
Cavab  verdi: – Bir  halda  ki  bundan  yaxşı  məqsəd 
güdülür, olar; fayda verən şey qadağan deyil”; Həsən‐
dən  rəvayət  olunur  ki,  o  belə  demişdir:  “Sehri  sehr‐
kardan başqa heç kəs aça bilməz”. 

İbn Qeyyim demişdir: “Nüşrə sehrin sehrə salınmış 
adamdan  açılmasıdır  (uzaqlaşdırılmasıdır – Ə.Ə.).  Onun 
iki  növü  var.  Birincisi:  onu  özü  kimi  başqa  bir  sehrlə 
açmaq.  Bu  şeytan  əməli  adlandırılmış  və  Həsənin 
 
=  69  =


sözünün aid olduğu növdür. Bu zaman sehr‐cadu açan 
və  cadusu  açılan  adam  şeytanın  sevdiyi  işlə  məşğul 
olub  ona  yaxınlaşırlar  (doğmalaşırlar – Ə.Ə.),  şeytan 
da sehrə salınmış adamın xətrinə öz sehrini puça çıxa‐
rır.  İkincisi:  ovsun,  Allahın  adını  zikr  edib  Ona  pənah 
aparmaq,  dərmanlar  və  qadağan  olmayan  dualardır. 
Bu növə icazə verilir”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Nüşrənin qadağan olunması; 
2.  Nüşrənin  qadağan  olunan  növü  ilə  müəyyən 
çətinliyi  aradan  qaldırdığı  üçün  icazə  verilən  növü 
arasındakı fərq. 
 
 
TƏTƏYYÜR (SINAQ, İŞİN NƏHS  
GƏTİRMƏSİ) HAQQINDA FƏSİL 
 
llah‐təalanın  kəlamları:  “...  Onların  bu  uğur‐
suzluğu  Allahdan  deyilmi?  Lakin  onların 
çoxu bunu bilməzlər” (əl‐Ə’raf, 131). 

“Dedilər: – İşinizin  nəhs  gətirməsində  (uğursuz‐
luqda – Ə.Ə.) özünüz günahkarsınız...” (Yasin, 19). 
Əbu  Hüreyrədən  (Allah  ondan  razı  olsun!)  Rəsu‐
lullahın (s.s) belə dediyi rəvayət  olunur: “Nə  xəstəliyin 
yoluxması doğrudur, nə işin nəhs gətirməsi, nə də Səfər 
ayının nəhs ay olması”. Bu hədisi Buxari və Müslim öz 
hədis kitablarında vermiş və Müslim əlavə etmişdir: “... 
nə ulduzların yağış yağdırması, nə də qulyabanı”. 
Buxari  ilə  Müslim  Ənəsdən  rəvayət  etmişlər  ki, 
Rəsulullah  (s.s)  belə  demişdir:  “Nə  xəstəliyin  yolux‐
ması  doğrudur,  nə  işin  nəhs  gətirməsi;  təkcə  fala 
 =  70  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə