MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ


bu  sözdən  istifadə  edirsinizmi?  Sizə  ruzi  verənə  şükür



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə19/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

bu  sözdən  istifadə  edirsinizmi?  Sizə  ruzi  verənə  şükür 
etmək  əvəzinə,  onu  yalana  çıxarıb  ruzini  bir  başqa‐
sının verdiyini deyəcəksinizmi?” (əl‐Vaqiə, 75‐82). 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. əl‐Vaqiə surəsindən bir ayənin təfsiri; 
2.  İslam  ümmətində  cahiliyyə  dövründən  qalmış 
dörd əlamətin tərk olunmaması; 
3. Bunlardan bə’zisində küfr olması; 
4.  İnsanı  islam  millətindən  xaric  etməyən  küfrün 
mövcudluğu; 
5. Allah‐təalanın “Mənim qullarımdan biri mənə iman 
gətirdi və kafir oldu” kəlamının ne’mətin nazil olmasının 
səbəbini (səbəbkarını – Ə.Ə.) aydınlaşdırması; 
6. Burada imanın nədən ibarət olmasının dərki; 
7. Burada küfrün nədən ibarət olmasının dərki; 
8.  Buradakı  “filan  bürc,  filan  ulduz  doğru  dedi 
(istədiyimizi yerinə yetirdi – Ə.Ə.)” ifadəsinin dərki; 
9. Peyğəmbərin “Bilirsiniz sizin Rəbbiniz nə dedi?” 
kəlamının  alimin  (öyrədənin – Ə.Ə.)  öyrənən  üçün 
məsələni  onun  özünə  sual  verməklə  üzə  çıxarması 
(aydınlaşdırması – Ə.Ə.) üsulu olması; 
10. Mərsiyəçi (ağı deyən – Ə.Ə.) qadının hədələnməsi. 
 
 
ƏL‐BƏQƏRƏ SURƏSİNİN 165‐Cİ VƏ 
ƏT‐TÖVBƏ SURƏSİNİN 24‐CÜ 
AYƏLƏRİNƏ DAİR FƏSİL 
 
“İnsanlar  arasında  Allahı  qoyub  ona  bənzətdik‐
lərini  özlərinə  tanrı  qəbul  edən  və  həmin  bənzərləri 
Allahı sevdikləri kimi sevənlər də var” (əl‐Bəqərə, 165). 
 
=  75  =


 =  76  = 
“De: – Atalarınız,  oğullarınız,  qardaşlarınız,  ər‐
arvadınız,  qohum‐əqrəbanız,  əldə  etdiyiniz  mal‐
dövlət,  kasad  olacağından  qorxduğunuz  ticarətiniz, 
xoşunuza  gələn  evləriniz  sizin  üçün  Allahdan,  Onun 
Rəsulundan,  Onun  yolunda  cihad  etməkdən  əzizdirsə, 
Allahın  əmri  gəlincə  gözləyin;  Allah  dinsizləri  doğru 
yola yönəltməz” (ət‐Tövbə, 24). 
Ənəsdən  Rəsulullahın  (s.s)  belə  dediyi  rəvayət  olu‐
nur: “Sizin heç biriniz inanmaz ki, mən ona oğlundan, 
atasından,  bütün  adamlarından  daha  əziz  olam” 
(Buxari – 15, Müslim – 44). 
Yenə də onların ikisi Ənəsdən belə rəvayət etmişlər: 
“Rəsulullah  (s.s)  demişdir:  “Üç  xüsusiyyətə  malik  olan 
adam imanın şirinliyini dadar: Allah və Onun Rəsulunu 
hər şeydən çox sevən, bir başqa adamı başqa məqsədlə 
deyil,  yalnız  Allah  xətrinə  sevən,  Allahın  küfrdən  xilas 
etdiyi və bundan sonra küfrə qayıtmaq, beləliklə də oda 
(Cəhənnəmə – Ə.Ə.) atılmaq istəməyən adam”. 
Bu məzmunlu başqa bir rəvayət belə başlanır: “İma‐
nın şirinliyini dadmaq istəyən adam gərək...” (Buxari –
 5694, Müslim – 43). 
İbn  Abbasdan  rəvayət  olunur:  “Kim  başqalarını 
Allah xətrinə sevsə, onlara Allah xətrinə nifrət etsə, on‐
larla  Allah  xətrinə  dostluq  etsə,  Allah  xətrinə  düş‐
mənçilik etsə, bunlarla Allaha yaxın ola bilər. Bir Allah 
qulu  (bəndəsi – Ə.Ə.)  nə  qədər  çox  namaz  qılır‐qılsın, 
oruc  tutur‐tutsun,  bu  deyilən  xüsusiyyətlərə  malik 
olmayınca imanın dadını bilməz. İndi adamların dost‐
luğu dünya işləri (malı – Ə.Ə.) üzərində bərqərar olub 
ki,  bu  da  onlara  fayda  verməz”.  Bu  hədisi  İbn  Cərir 
rəvayət etmişdir. 


 
=  77  =
İbn  Abbas  Allahın  “Elə  ki,  onların  tabe  olduqları 
əzabı  gördülər,  özlərinə  tabe  olanlarla  onların  arala‐
rındakı  bağlar  kəsiləcək  və  onların  tabe  olduqları 
onlardan  imtina  edəcəklər”  (əl‐Bəqərə,  166)  kəlamı 
haqqında  demişdir  ki,  burada  bağlar  dedikdə  məhəb‐
bət (məhəbbət bağları – Ə.Ə.) nəzərdə tutulur. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. əl‐Bəqərə surəsindən bir ayənin təfsiri; 
2. Bəraət (ət‐Tövbə) surəsindən bir ayənin təfsiri; 
3.  Müsəlman  üçün  Peyğəmbəri  (s.s)  öz  canından, 
ailəsindən və malından çox sevməyin vacibliyi; 
4.  İmanın  inkar  edilməsinin  insanın  İslamdan  xaric 
olmasına dəlalət etməməsi; 
5.  İmanın  bə’zən  insanın  dada  bildiyi,  bə’zən  də 
dada bilmədiyi bir şirinliyinin olması; 
6.  Onlara  malik  olmadan  Allaha  yaxınlaşmağın 
mümkün  olmadığı  və  bir  nəfərin  belə  imanın  dadını 
bilmədiyi ürəkdən gələn dörd əməl (xüsusiyyət – Ə.Ə.); 
7. Adamların dostluğunun dünya malı üzərində bər‐
qərar  olması  faktını  əshabənin  özünəməxsus  şəkildə 
başa düşməsi; 
8.  “...  onların  aralarındakı  bağlar  kəsiləcək”  ifadə‐
sinin təfsiri; 
9. Müşriklər arasında da Allahı çox sevən adamların 
olması; 
10. Səkkiz şeyi (valideynləri, bacı‐qardaşı, övladları, 
ər‐arvadı,  qohumları,  mal‐dövləti,  ticarəti,  mənzili)  öz 
dinindən artıq sevənlərin hədələnməsi; 
11. İnsanın bir şeyi Allaha bənzədib onu Allahı sev‐
diyi qədər sevməsinin ən böyük şirk olması. 
 


 
ALİ‐İMRAN SURƏSİNİN 175‐Cİ,  
ƏT‐TÖVBƏ SURƏSİNİN 18‐Cİ VƏ 
ƏL‐ƏNKƏBUT SURƏSİNİN 10‐CU 
AYƏLƏRİNƏ DAİR FƏSİL 
 
“Şeytan  sizi  öz  dostları  ilə  qorxudur;  iman  gətir‐
mişsinizsə,  onlardan  qorxmayın,  məndən  qorxun!” 
(Ali‐İmran, 175). 
“Allahın  məscidlərini  yalnız  Allaha,  Axirət  gününə 
inananlar, namaz qılanlar, zəkat verənlər və Allahdan 
başqa  heç  kəsdən  qorxmayan  adamlar  abad  edər”  (ət‐
Tövbə, 18). 
“İnsanlar  arasında  elələri  var  ki,  biz  Allaha  iman 
gətirdik  deyər  və  Allah  uğrunda  bir  əziyyətə  düşən 
kimi isə adamların (kafirlərin – A.M.) fitnəsini Allahın 
verdiyi əzab kimi qəbul edərlər...” (əl‐Ənkəbut, 10). 
Əbu  Səiddən  (Allah  ondan  razı  olsun!)  rəvayət 
olunmuş  hədisdə  deyilir:  “Bir  adamın  başqalarını 
Allah  qəzəbi  ilə  qorxudub  razılığa  gətirməsi,  Allahın 
verdiyi  ruziyə  görə  onlara  təşəkkür  etməsi,  Allahın 
ona  vermədiyi  şeyə  görə  başqalarını  danlaması  onun 
imanının  zəifliyinə  dəlalət  edir.  Allah  ruzisini  nə 
tamahkarın  tamahı  çəkib  gətirə  bilər,  nə  də  nifrət 
edənin nifrəti uzaqlaşdıra bilər”. 
Aişədən (Allah ondan razı olsun!) Rəsulullahın (s.s) 
belə  dediyi  rəvayət  olunur:  “Kim  insanları  qəzəblən‐
dirib Allahı razı salmaq istəsə, Allah ondan razı olar və 
adamları da ondan razı salar; kim Allahı qəzəbləndirib 
insanları  razı  salmaq  istəsə,  Allahın  özünün  də  ona 
qəzəbi tutar və insanları da qəzəbləndirib onun üstünə 
 =  78  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə