3. Onun bizim üçün can yandırması, bizə mehri‐
banlıq və mərhəmət göstərməsi;
4. Onun qəbrinin ziyarət olunmasının ən yaxşı iş‐
lərdən olmasına baxmayaraq, öz qəbrinə ziyarət olun‐
masını qadağan etməsi;
5. Onun öz qəbrini çox ziyarət etməyi (ziyarətgaha
çevirməyi) qadağan etməsi;
6. Onun öz əshabələrini evdə əlavə (nafilə) namaz
qılmağa həvəsləndirməsi;
7. Əshabələrə görə, qəbristanda namaz qılmağın
qadağan olması;
8. Peyğəmbərin bunu adamların xeyir‐duasının və
salamının ona, onların yaxında, yaxud uzaqda olma‐
sından asılı olmayaraq çatması ilə, ona yaxın olmaq
istəyənlərin fərziyyələrinə ehtiyacın olmaması ilə izah
etməsi;
9. Peyğəmbərə (s.s) öləndən sonra bərzəxdə (vəfa‐
tından Qiyamət gününədək olan “qəbir həyatı” za‐
manı) öz ümmətinin namaz qılıb ona xeyir‐dua etməsi
və salam yetirməsinin görünəcəyi.
BU ÜMMƏTDƏN BƏ’ZİLƏRİNİN BÜTLƏRƏ
İBADƏT ETMƏSİ HAQQINDA FƏSİL
A
llah‐təalanın kəlamları: “Allah kitabından pay
verilənlərin cibtə və tağuta aldanıb kafirlərin
iman gətirənlərdən daha doğru yolda olduqlarını
dediklərini görmədinmi? Onlar Allahın lə’nətlədiklə‐
ridir, Allahın lə’nətlədiyi adama bir kömək edən tap‐
mazsan” (ən‐Nisa, 51‐52).
= 59 =
= 60 =
“De: – Mən sizə Allahın lə’nətləyib üstünə qəzəb‐
ləndiyi və meymuna, donuza çevirdiyi və tağuta ina‐
nan adamların cəzasının bundan da pis olacağından
xəbər verimmi?” (əl‐Maidə, 60).
“... Mübahisədə qalib gələnlər: “Onların qəbirləri
üstündə bir məscid tikəcəyik” – dedilər” (əl‐Kəhf, 21).
Əbu Səiddən (Allah ondan razı olsun!) Rəsulullahın
(s.s) belə dediyi rəvayət olunur: “Siz özünüzdən əv‐
vəlkilərin adətlərini elə dəqiqliklə təkrar edirsiniz ki,
eşitsəniz onlar kərtənkələ yuvasına giriblər, siz də
girərsiniz”. Dedilər: “Ya Rəsulullah! “Əvvəlkilər” de‐
yəndə yəhudilər və xristianları nəzərdə tutursanmı?
Dedi: “Onları nəzərdə tutmayıb bəs kimi nəzərdə
tutmalıyam?” (Müslim – 2669, Buxari – 3269).
Müslim (2889) isə Sövbandan (Allah ondan razı
olsun!) Rəsulullahın (s.s) belə dediyini rəvayət etmiş‐
dir: “Allah mənim üçün torpaq (ərazi – Ə.Ə.) ayır‐
mışdır. Mən onun şərq və qərb sərhədlərini gördüm.
Mənim ümmətimin mülkünün sahəsi mənim üçün
ayrılmış torpağın sahəsinə çatacaq. Mənə iki xəzinə
verildi: qırmızı xəzinə (sonralar qənimət olunacaq
Kəsra taxt‐tacı, sərvəti – Ə.Ə.) və ağ xəzinə (sonralar
qənimət olunacaq Qeysər (Rum) taxt‐tacı, sərvəti –
Ə.Ə.). Mən Rəbbimdən xahiş etdim ki, mənim ümmə‐
timi kütləvi qırğınla (aclıq, epidemiya və s. – Ə.Ə.)
həlak etməsin, onların üstünə özlərindən başqa heç bir
düşmən salmasın və onların toxunulmazlığını (bütöv‐
lüyünü) tə’min etsin. Belə olduqda Rəbbim dedi: – Ya
Məhəmməd! Mən bir qərar versəm, dəyişməz qalar.
Mən qərar verdim ki, sənin ümmətinin övladlarını
kütləvi qırğınla həlak etməyim, onların üstlərinə
= 61 =
özlərindən başqa bir düşməni salmayım. Onların
qonşuluğunda yaşayanlar birləşib onlara hücum
etsələr də, onların özlərindən bə’ziləri o birilərini həlak
etməyincə, bir qismi digərini əsir‐yesir etməyincə,
onların bütövlüyünə xələl gəlməyəcək”. Bərqani bu
hədisi öz hədis kitabında rəvayət etmiş və sonra Pey‐
ğəmbərin (s.s) belə dediyini əlavə etmişdir: “Mən
ümmətim üçün daha çox onları düzgün yoldan azdı‐
ran imamlarından (başçılarından) qorxuram. Ümmə‐
tim arasına ədavət düşsə, bu, Qiyamət gününədək
davam edəcək. Mənim ümmətimdən sağ qalanlar müş‐
riklərlə birləşməyincə, dəstə‐dəstə adamlar bütlərə
ibadət etməyincə, qiyamət qopmayacaq. Mən pey‐
ğəmbərlərin sonuncusu olduğum halda, məndən sonra
peyğəmbər olmayacağı halda, ümmətimdən otuz nəfər
yalançı çıxacaq və onların hər biri deyəcək ki, pey‐
ğəmbərdir. Ümmətimdən haqdan uzaqlaşmayan bir
tayfa (bir dəstə adam) qalib çıxacaq və onları mey‐
danda qoyub qaçanların xəyanəti Allah‐təbarəkə və
təalanın əmri gəlib yetişənədək onlara bir zərər vura
bilməyəcək”.
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur:
1. ən‐Nisa surəsindən bir ayənin təfsiri;
2. əl‐Maidə surəsindən bir ayənin təfsiri;
3. əl‐Kəhf surəsindən bir ayənin təfsiri;
4. Bu məsələlərin ən əhəmiyyətlisi bu suallara
verilən cavablardır. Bu məqamda cibtə və tağuta iman
nə mə’nada işlənmişdir? Bu iman qəlbən e’tiqad etmək
deməkdirmi? Yoxsa bu iman belə e’tiqad sahiblərinin
onların (cibtin və tağutun) bə’ziləri ilə razılaşması və
bütövlükdə puçluğunu bilməsi deməkdir?
= 62 =
5. Onların (Kitab əhlinin) Allahı inkar etdiklərini
bildikləri kafirlərin mö’minlərdən daha doğru yolda
olduqlarını deməsi;
6. Bu fəsildə aydınlaşdırılması nəzərdə tutulan əsas
məsələ, yə’ni şirkin Əbu Səidin danışdığı hədisdə
olduğu kimi, çox adamda olması;
7. Peyğəmbərin bunun baş verəcəyini qabaqcadan
bəyan etməsi (bu millətdən olan çox adamın bütlərə
ibadət etməsi nəzərdə tutulur);
8. Ən təəccüblü bir iş: Muxtar kimi hər iki şəhadəti
(Əşhədü ən la ilahə illəllah və əşhədü ənna Mühəm‐
mədən rəsulullah) qəbul edib özünün bu ümmətdən
olduğunu, Allahın elçisinin, Qur’anın haqq olduğunu
bəyan etməklə yanaşı, peyğəmbərlik iddiasında olan
adamların meydana çıxması. İşə bax ki, o, bir tərəfdən
Məhəmmədin peyğəmbərlərin sonuncusu olduğunu,
digər tərəfdən bununla açıq‐aydın ziddiyyət təşkil
edən bütün bu sözləri deyir. Muxtar əshabələrin döv‐
rünün sonlarında meydana çıxmış və dəstə‐dəstə
adamlar ona inanaraq onun ardınca getmişlər;
9. Haqqın, yer üzündən əvvəllər kəsildiyi kimi, bir
daha tamamilə kəsilməyəcəyi və bir tayfanın haqdan
uzaqlaşmayacağı müjdəsi;
10. Onların sayca az olacaqlarına baxmayaraq, nə
onları meydanda qoyub qaçanların, nə də onların əley‐
hinə çıxanların onlara zərər verə bilməyəcəyi haqqında
fikrin doğru çıxmasından ibarət ən böyük mö’cüzə;
11. Bu şərtin qiyamət qopanadək qüvvədə olacağı;
12. Buradakı hədisdə haqqında danışılan hadisə‐
lərin artıq baş verməsindən ibarət böyük mö’cüzələr, o
cümlədən: Peyğəmbərin (s.s) xəbər verdiyi kimi, onun
Dostları ilə paylaş: |