MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə12/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 
=  47  =
 qazan,  başqası  üçün  şəfaət  et – qəbul  olunsun”  (Bu 
hədis  “Şəfaət  hədisi”  adı  ilə  məşhurdur.  Əhmədin 
hədis kitabında 1/282 sayla verilmişdir). 
Əbu  Hüreyrə  Peyğəmbərdən  (s.s)  soruşmuşdur: 
“Kim sənin şəfaətinlə ən xoşbəxt adam ola bilər?” Pey‐
ğəmbər  (s.s)  demişdir:  “Səmimi  qəlbdən  “La  ilahə 
illəllah”  deyən  adam”.  Həmin  şəfaət  Allahın  izni  ilə 
sadiq  bəndələr  üçündür,  Allaha  şərik  qoşanlara  belə 
şəfaət  olunmaz.  Həqiqət  budur:  ixlas  əhlinə  lütfkarlıq 
göstərib  şəfaət  etməyə  izn  verdiyi  adamın  duası  vasi‐
təsilə onların günahlarını bağışlayan Allah‐sübhanəhü 
Özüdür. Allah bunu edir ki, həmin şəxs Allaha ehtiram 
göstərib tə’rifə layiq məqama yetişsin. Qur’anda inkar 
edilən  şəfaət  isə  Allaha  şərik  qoşan  şəfaətdir.  Buna 
görə  də  Allah  şəfaəti  bə’zi  hallarda  Öz  izni  ilə  təsbit 
etmişdir.  Peyğəmbər  (s.s)  bəyan  etmişdir  ki,  bu  şəfaət 
ancaq tövhid və ixlas əhli üçün olunur. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Ayələrin təfsiri; 
2. İnkar olunmuş şəfaətin əlamətləri; 
3. Təsbit olunmuş şəfaətin əlamətləri; 
4. Tə’rifəlayiq məqam olan ən böyük şəfaətin zikri; 
5.  Peyğəmbərin  (s.s)  şəfaətlə  başlamayıb  səcdəyə 
məşğul olması və izn verilərsə şəfaət etməsi; 
6. Şəfaətlə ən xoşbəxt adam kim ola bilər? 
7. Şəfaətin Allaha şərik qoşana göstərilməməsi; 
8. Şəfaətin həqiqətinin bəyan edilməsi. 
 


 
ƏL‐QƏSƏS SURƏSİNİN 56‐CI AYƏSİNƏ 
DAİR FƏSİL
 
 
llah‐təala buyurur: (Ya Məhəmməd!) Şübhəsiz 
ki,  sən  sevdiyin  adamı  doğru  yola  yönəldə 
bilməzsən...” (əl‐Qəsəs, 56).  

Hədis  kitablarında  İbn  Müseyyibin  atasından  eşit‐
diyi belə bir rəvayət vardır: “Əbu Talib ölüm ayağında 
olanda  Peyğəmbər  (s.s)  Abdulla  ibn  Əbu  Üməyyə  və 
Əbu  Cəhllə  birlikdə  onun  yanına  gəldi.  Peyğəmbər 
Əbu  Talibə  dedi:  “Əmi!  “La  ilahə  illəllah”  de  ki,  bu 
kəlmə  ilə  Allahın  yanında  sənin  müsəlman  olduğuna 
dəlil gətirim”. Abdulla ibn Əbu Üməyyə və Əbu Cəhl 
isə  Əbu  Talibə  dedilər:  “Sən  Əbdülmüttəlib  millətin‐
dən üz döndərəcəksən?” 
Peyğəmbər  (s.s)  öz  sözünü  təkrar  etdi.  Onlar  da 
dediklərini  təkrar  etdilər.  Əbu  Talibin  son  sözü  bu 
oldu  ki,  o,  Əbdülmüttəlib  millətindəndir  və  “La  ilahə 
illəllah”  deməyə  e’tiraz  etdi.  Belə  olduqda  Rəsulullah 
(s.s) dedi: “Nə qədər ki, bu mənə qadağan olunmayıb, 
mən Allahdan sənin bağışlanmağını xahiş edəcəyəm”. 
Belə  olduqda  Qüdrət  və  Cəlal  sahibi  Allah  bu  ayəni 
nazil  etdi:  “Peyğəmbərə  və  iman  gətirənlərə  müşriklər 
üçün  bağışlanma  diləmək  yaramaz...”  (ət‐Tövbə,  113). 
Əbu Talib barəsində isə Allah bu ayəni nazil etdi: (Ya 
Məhəmməd!)  Şübhəsiz  ki,  sən  sevdiyin  adamı  doğru 
yola  yönəldə  bilməzsən,  amma  Allah  istədiyi  adamı 
doğru yola gətirər” (əl‐Qəsəs, 56). 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
 =  48  = 


 
=  49  =
1. “Şübhəsiz ki, sən sevdiyin adamı doğru yola yö‐
nəldə bilməzsən...” ayəsinin təfsiri; 
2. “Peyğəmbərə və iman gətirənlərə...” ayəsinin təfsiri; 
3.  Peyğəmbərin  “La  ilahə  illəllah”  de!”  kəlamının 
özünün  elmli  olduğunu  iddia  edən  adamın  fikirləşdi‐
yinin əksinə təfsirindən ibarət böyük bir məsələ; 
4.  Bir  halda  ki,  Əbu  Cəhl  və  onun  ətrafındakılar 
Peyğəmbərin  (s.s)  nə  məqsədlə  “La  ilahə  illəllah”  de! 
deməsini bilirlər, İslam əhlindən bir adamın biliyi Əbu 
Cəhldən az olsa, Allah ona nifrət edər; 
5.  Peyğəmbərin  (s.s)  əmisini  İslama  də’vət  etməyə 
göstərdiyi cəhd və bu əzmini bildirməkdə mübaliğəyə 
yol verməsi; 
6.  Əbdülmüttəlibin  və  onun  sələflərinin  İslamı 
qəbul etdiyini deyənlərə rədd cavabı; 
7. Peyğəmbərin (s.s) Allahdan Əbu Talibin bağışlan‐
masını  istəməsi;  Allahın  nəinki  onu  bağışlamaması, 
hətta onu bağışlamağı xahiş etməyi qadağan etməsi. 
8. Pis əməl sahiblərinin adamlara zərər yetirməsi; 
9. Sələflərə və böyük adamlara tə’zim etməyin zərəri; 
10. Yaramaz adamların Əbu Cəhlin göstərdiyi dəlil‐
lərə əsasən bu işə şübhə ilə yanaşması; 
11.  İşlərin  nəticə  ilə  bağlı  olmasının  sübutu;  əgər 
Əbu Talib son məqamda “La ilahə illəllah” desəydi, bu 
onun xeyrinə olardı; 
12.  Yolunu  azmış  adamların  qəlbində  bu  şübhənin 
böyüklüyü. Çünki hekayətdə deyilir ki, onlar Peyğəm‐
bərin  (s.s)  mübaliğəsi  və  təkrarına  qarşı  yalnız  şübhə 
vasitəsilə  mücadilə  edirdilər.  Onlara  görə  şübhə  əzə‐
mətli və aydın bir şey olduğundan onlar bununla kifa‐
yətlənmişlər. 


 
BƏNİ ADƏMİN (İNSANLARIN) 
ƏMƏLİSALEH ADAMLAR BARƏDƏ İFRATA 
VARMASININ ONLARIN KAFİRLİYİNƏ VƏ 
DİNLƏRİNİ TƏRK ETMƏLƏRİNƏ SƏBƏB 
OLMASI BARƏDƏ FƏSİL 
 
llah‐təala  buyurur:  “Ey  Kitab  əhli!  Öz  dini‐
nizdə həddinizi aşmayın!” (ən‐Nisa, 171). 
Buxarinin  hədis  kitabında  (4636,  “Sarət  əl‐övsan...” 
ifadəsi  ilə  başlanır)  İbn  Abbasdan  (Allah  ondan  razı 
olsun!)  rəvayət  olunur  ki,  o,  Allah‐təalanın  “Onlar 
insanlara  öz  tanrılarınızdan  əl  çəkməyin,  nə  Vəddən, 
nə Suva’dan, Yəğusdan, Nəsrdən uzaqlaşmayın” (Nuh, 
23)  kəlamı  haqqında  demişdir:  “Bunlar  Nuh  qövmün‐
dən  olan  əməlisaleh  adamların  adlarıdır.  O  adamlar 
həlak  olanda  şeytan  onların  qövmünə  təlqin  etdi  ki, 
onların sağlıqlarında olduqları yerlərdə onlara heykəl‐
lər  ucaldıb  onların  adlarını  heykəllərinə  versinlər. 
Onlar  bunu  etdilər.  Lakin  bu  heykəllərə  ibadət  olun‐
murdu.  Heykəlləri  düzəldən  adamlar  öləndən  sonra 
bu  haqda  mə’lumatlar  unudulduqda  onlara  ibadət 
olunmağa başlandı”. 

İbn  Qeyyim  demişdir:  “Sələflərdən  bir  çoxu  öldük‐
dən  sonra  onların  yaxın  adamları  onların  qəbrlərinə 
çox  ziyarət  etmiş,  sonra  onların  heykəllərini  düzəlt‐
mişlər. Uzun vaxt keçdikdən sonra onlar bu heykəllərə 
sitayiş etməyə başlamışlar”. 
Ömər ibn Xəttabdan belə rəvayət edirlər ki, o, Rəsu‐
lullahın  (s.s)  belə  dediyini  söyləmişdir:  “Xristianlar 
Məryəmin oğlunu həddən artıq tə’riflədikləri kimi, siz 
 =  50  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə