MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə9/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

oldu, ancaq onların yalnız zahiri bir şey tələb etməsinə 
baxmayaraq, bu tələblə razılaşmadı? 
11.  Cəhənnəmə  daxil  olanın  müsəlman  olması. 
Çünki  o,  kafir  olsaydı,  Peyğəmbər  deməzdi  ki,  “bir 
milçəyə görə Cəhənnəmə düşdü”; 
12.  Bu  hədisin  belə  bir  səhih  hədisi  təsdiq  etməsi: 
“Cənnət  sizin  hər  birinizə  onun  başmağının  bağından 
daha yaxındır, Cəhənnəm də onun kimi”; 
13. Qəlbən əməl etməyin hətta bütpərəstlərin də ən 
böyük məqsədləri olması. 
 
 
ALLAHDAN QEYRİSİ ÜÇÜN QURBAN 
KƏSİLƏN YERDƏ ALLAH ÜÇÜN QURBAN 
KƏSMƏYİN QADAĞAN OLUNMASI 
HAQQINDA FƏSİL 
 
llah‐təalanın kəlamından: (Ya Məhəmməd!) 
məscidə heç vaxt girmə...” (ət‐Tövbə, 108). 
Sabit  ibn  Zəhhakın  (Allah  ondan  razı  olsun!)  belə 
rəvayət  etdiyini  deyirlər:  “Bir  kişi  nəzir  etmişdi  ki, 
Büvanədə  bir  dəvə  qurban  kəssin.  O,  Peyğəmbərdən 
(s.s) bunu soruşduqda Peyğəmbər dedi: – Orada Cahi‐
liyyə  dövründə  ibadət  edilən  büt  olubmu?  Dedilər: –
 Yox.  Soruşdu: – Onlar  orada  hansısa  bayram  keçirib‐
lərmi?  Dedilər: – Yox.  Rəsulullah  (s.s)  dedi: – Get  nə‐
zirini ver. Nəzir onda qəbul olunmaz ki, Allaha asiliklə 
əlaqəsi  olsun,  yaxud  Adəm  oğlu  imkanı  olmadığı 
halda  nəzir  desin”.  Bu  hədisi  Əbu  Davud  rəvayət 
etmişdir. 

Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
 
=  35  =


1. “O məscidə heç vaxt girmə...” ayəsinin təfsiri; 
2. Asiliyin, eləcə də itaətin torpağa da tə’sir etməsi; 
3.  Çətinliyin  aradan  qalxması  üçün  anlaşılmaz 
məsələnin aydın məsələ ilə izah olunması; 
4.  Lazım  olarsa,  müftidən  bu  işin  təfsilatının  soru‐
şulması; 
5. Nəzirin verilməsi üçün mümkün qədər maneələr 
olmayan yerin seçilməsi məsələsi; 
6.  Cahiliyyə  dövrünün  bütlərindən  birinin  olduğu 
yerdə  o  bütün  məhvindən  sonra  belə  nəzir  verməyin 
müsəlmanlara qadağan olunması; 
7.  Bütpərəstlərin  bayram  keçirdikləri  yerlərdə  o 
bayramın  ləğvindən  sonra  da  nəzir  verməyin  müsəl‐
manlara qadağan olunması; 
8.  Belə  yerlərdə  nəzir  vermək  Allaha  asilik  olduğu 
üçün bu cür nəzirə icazə verilməməsi; 
9. Qəsdən də olmasa, müşriklərin bayramına bənzər 
bayramların keçirilməsinə qarşı xəbərdarlıq edilməsi; 
10. Allaha asiliklə nəzirin bir yerə sığmaması; 
11. Adəm oğlunun malik olmadığı şeyi nəzir demə‐
sinin qadağan olunması. 
 
 
ALLAHDAN QEYRİSİNƏ NƏZİR DEMƏYİN 
ŞİRK OLMASI BARƏDƏ FƏSİL
 
 
llah‐təalanın  kəlamlarından:  “Onlar  nəzir 
dedilər,  sözlərinə  əməl  edib  onu  verdilər...” 
(əl‐İnsan, 7). 

(Allah  yolunda)  xərclədiyiniz  və  nəzir  etdiyiniz  hər 
şeyi, şübhəsiz ki, Allah bilir” (əl‐Bəqərə, 270). 
 =  36  = 


Aişədən (Allah ondan razı olsun!) rəvayət olunur ki, 
bir  dəfə  Peyğəmbər  (s.s)  dedi:  “Allaha  müti  olanın 
nəziri  qəbul  olunar,  Allaha  asi  olanın  isə  nəziri  qəbul 
olunmaz”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Nəzir deyəndə onun verilməsinin vacibliyi; 
2. Onun Allaha ibadət olması sübut edildiyinə baxma‐
yaraq, başqa məqsəd üçün sərf edilməsinin şirk olması; 
3. Allahdan qeyrisinə nəzir deməyin asilik olması və 
belə nəziri verməyin vacib olmaması. 
 
 
ALLAHDAN BAŞQASINA PƏNAH APAR‐
MAĞIN ŞİRK OLMASI BARƏDƏ FƏSİL 
 
llah‐təala  buyurur:  “Doğrudan  da,  bir  sıra 
insanlar  cinlərə  pənah  aparır,  bununla  da, 
cinlərin azğınlığını artırırdılar” (əl‐Cinn, 6). 

Xövlə  bint  Həkimin  (Allah  ondan  razı  olsun!)  belə 
dediyini  rəvayət  edirlər:  “Mən  Rəsulullahın  (s.s)  belə 
dediyini  eşitmişəm:  “Kimsə  bir  yerdə  qərar  tutan 
zaman “Allahın xəlq etdiklərinin şərindən Onun bitkin 
sözlərinə  pənah  aparıram”  deyərsə,  həmin  yeri  tərk 
edənədək  ona  heç  nə  zərər  vura  bilməz”.  Bu  hədisi 
Müslim rəvayət etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. əl‐Cinn surəsinin bir ayəsinin təfsiri; 
2. Cinlərə pənah aparmağın şirk olması; 
3. Buna hədislə dəlil gətirilməsi. Alimlər bundan belə 
nəticə çıxarırlar ki, Allah kəlamları xəlq olunmuşlardan 
deyil, çünki xəlq olunmuş şeyə pənah aparmaq şirkdir; 
 
=  37  =


4. Bu duanın müxtəsər olmasına baxmayaraq böyük 
fəzilətə malik olması; 
5. Hər hansı bir şeydən şərdən uzaqlaşmaq və fayda 
qazanmaq  kimi  dünyəvi  mənfəət  əldə  olunmasının 
onun şirk olmadığına dəlalət etməməsi. 
 
 
ALLAHDAN BAŞQASINI KÖMƏYƏ 
ÇAĞIRMAĞIN VƏ ONDAN BAŞQASINA 
DUA ETMƏYİN ŞİRK OLMASI BARƏDƏ 
FƏSİL 
 
llah‐təala  buyurur:  “Allahdan  başqa  sənə  nə 
bir  xeyir,  nə  də  zərər  verə  bilənə  dua  etmə! 
Əgər belə etsən, şübhəsiz ki, zalımlardan olarsan. Əgər 
Allah  sənə  bir  zərər  yetirsə,  Allahdan  başqa  səni  heç 
kəs ondan qurtara bilməz” (Yunis, 106‐107).  

Başqa bir ayədə Allah‐təala buyurur: “Ruzini Allah‐
dan diləyin, Ona tapının!” (əl‐Ənkəbut, 17).  
Allahın buyurduğu başqa bir ayədə deyilir: “Allahı 
qoyub  Qiyamət  gününədək  ona  cavab  verə  bilməyən 
bütlərə  ibadət  edən  şəxsdən  də  çox  haqq  yolunu  kim 
aza bilər?” (əl‐Əhqaf, 5).  
Digər  ayədə  isə  deyilir:  “Bəs  əli  hər  yerdən  üzülüb 
darda  qalan  kimsə  Allaha  dua  etdiyi  zaman  onun 
duasını qəbul edən, sizlərdən şəri sovuşduran kimdir?” 
(ən‐Nəml, 62). 
Təbərani  bir  başqasına  istinadən  rəvayət  etmişdir: 
“Peyğəmbərin  (s.s)  dövründə  bir  nəfər  münafiq  mö’‐
minləri  incidirdi.  Onlardan  bə’ziləri  dedilər:  “Durun 
Rəsulullahdan  (s.s)  bu  riyakara  qarşı  kömək  istəyək”. 
 =  38  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə