MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə31/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   23   24   25   26   27   28   29   30   31

 
ALLAHIN XƏLQ ETDİKLƏRİNDƏN BİR ŞEY 
XAHİŞ ETMƏK ÜÇÜN ALLAHDAN VASİTƏÇİ 
KİMİ İSTİFADƏ ETMƏYİN QADAĞAN 
OLMASI HAQQINDA FƏSİL 
 
übeyr  ibn  Müt’imin  (Allah  ondan  razı  olsun!) 
belə  dediyi  rəvayət  olunur:  “Bir  bədəvi  Pey‐
ğəmbərin (s.s) yanına gəlib dedi: – Susuzluqdan zəiflə‐
yib taqətdən düşmüşük, arvad‐uşağımız acından ölür, 
mal‐qaramız həlak olub, öz Rəbbindən xahiş et ki, bizə 
yağış  yağdırsın.  Biz  səndən  bir  şey  xahiş  etmək  üçün 
şəfaət  (vasitəçilik)  etməyi  Allahdan  xahiş  edirik, 
Allahdan bir şey istəmək üçün isə şəfaət etməyi səndən 
xahiş  edirik.  Peyğəmbər  (s.s)  bunu  eşidib: – Sübhan‐
allah! Sübhanallah! – deməyə başladı. O, Allahın adını 
o  qədər  zikr  etdi  ki,  əshabələrin  üzündə  təəccüb  əla‐
məti göründü, sonra əlavə etdi: – Ay yazıq, heç bilirsən 
Allah  nə  olan  şeydir?  Allahın  şan‐şövkəti  sənin  bildi‐
yindən  çox‐çox  böyükdür;  heç  kəsdən  xahiş  etmək 
üçün  Allahın  vasitəçilik  etməsi  istənilə  bilməz”.  Bu 
hədisi Əbu Davudun rəvayət etdiyi qeyd olunur. 

 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Peyğəmbərin (s.s) “Biz səndən bir şey xahiş etmək 
üçün  vasitəçilik  etməyi  Allahdan  xahiş  edirik”  deyən‐
ləri inkar etməsi; 
2.  Bu  kəlmənin  Peyğəmbərin  (s.s)  qəlbində  əmələ 
gətirdiyi  dəyişikliyin  (həyəcanın – Ə.Ə.)  onun  əshabə‐
lərinin üzlərindən bilinməsi; 
 
=  123  =


3. Peyğəmbərin (s.s) həmin bədəvinin “Allahdan bir 
şey istəmək üçün isə şəfaət etməyi səndən xahiş edirik” 
sözünü inkar etməməsi; 
4.  “Sübhanallah”  ifadəsinin  burada  təəccüb,  həyə‐
can bildirmək üçün istifadə olunması; 
5. Müsəlmanlarda yağış yağdırmaq üçün Allaha və 
Onun  Peyğəmbərinə  (s.s)  müraciət  etmək  adətinin 
olması. 
 
 
PEYĞƏMBƏRİN (s.s) TÖVHİDİN 
TOXUNULMAZLIĞININ KEŞİYİNDƏ 
DURMASI VƏ ŞİRKİN YOLLARINI 
BAĞLAMASI HAQQINDA FƏSİL 
 
bdulla  ibn  Şixxirin  (Allah  ondan  razı  olsun!) 
belə  dediyi  rəvayət  olunur:  “Bir  dəfə  Bəni 
Amir  qəbiləsinin  nümayəndəliyinin  tərkibində  Rəsu‐
lullahın  (s.s)  yanına  gəlmişdim.  Biz  ona:  “Ey  bizim 
ağamız  (mətndə:  seyid – Ə.Ə.)!” – deyə  müraciət 
edəndə o buna e’tiraz edib dedi: “Seyid Allah‐təbarəkə 
və  təalanın  Özüdür!”  Onda  biz  sözümüzü  dəyişib 
dedik:  “Ey  adamların  ən  fəzilətlisi  və  qüdrətlisi!” 
Peyğəmbər yenə də e’tirazını bildirdi və dedi: “Şeytan 
sizi  özündən  vəkil  etməsin  (yə’ni  mənə  şeytanın  sizə 
öyrətdiyi sözlərlə müraciət etməyin – Ə.Ə.)”. Bu hədisi 
Əbu Davud (4806) ə’la bir isnadla rəvayət etmişdir. 

Ənəsdən  (Allah  ondan  razı  olsun!)  rəvayət  olunur 
ki, adamlar Peyğəmbərə: “Ya Rəsulullah, ey adamların 
ən  yaxşısı  və  ən  yaxşısının  oğlu,  bizim  seyidimiz  və 
seyidimizin  oğlu!” – deyə  müraciət  edəndə  o  deyərdi: 
 =  124  = 


“Məni  özünüz  bildiyiniz  kimi  çağırın,  şeytan  sizi 
özündən  vəkil  etməsin!  Mən  Allahın  qulu  və  Rəsulu 
Məhəmmədəm. İstəmirəm ki, siz məni Qüdrət və Cəlal 
sahibi Allahın layiq bildiyi yerdən (səviyyədən – Ə.Ə.) 
yuxarı  qaldırasınız”.  Bu  hədisi  Nəsai  ə’la  bir  isnadla 
rəvayət etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  Adamların  həddindən  artıq  tə’rif  yağdırmaqdan 
çəkindirilməsi; 
2. Bir adama “Ey bizim ağamız (seyidimiz – Ə.Ə.)” –
 deyə müraciət edildikdə onun verməli olduğu cavab; 
3. Adamların Peyğəmbəri (s.s) bu sözlərlə adlandır‐
maqda  haqlı  olduqlarına  belə  baxmayaraq,  Peyğəm‐
bərin (s.s) onlara “Şeytan sizi özündən vəkil etməsin!” 
deməsi; 
4.  Peyğəmbərin  “Mən  istəmirəm  ki,  siz  məni... 
yerimdən yuxarı qaldırasınız” deməsi. 
 
 
ƏZ‐ZÜMƏR SURƏSİNİN 67‐Cİ AYƏSİNƏ 
DAİR FƏSİL 
 
“Onlar  Allahı  qədərincə  qiymətləndirməmişlər. 
Qiyamət  günü  Yer  bütünlüklə  Onun  ovcuna  sığacaq, 
səmalar  Onun  sağ  əli  ilə  bükülüb  yığılacaq;  O  bütün 
nöqsanlardan  azad,  müşriklərin  Ona  şərik  qoşduqları 
hər şeydən ucadır” (əz‐Zümər, 67). 
İbn  Məs’uddan  (Allah  ondan  razı  olsun!)  rəvayət 
olunur:  “Bir  dəfə  kahinlərdən  biri  Rəsulullahın  (s.s) 
yanına gəlib deyir: “Ya Məhəmməd, bizdə belə deyirlər 
ki,  Allah  (Qiyamət  günü – Ə.Ə.)  səmaları  bir  barmağı 
 
=  125  =


 =  126  = 
ilə,  suyu  bir  barmağı  ilə,  torpağı  bir  barmağı  ilə,  başqa 
məxluqları bir barmağı ilə götürüb deyəcək: “Hökmdar 
Mənəm!”. Peyğəmbər (s.s) bunu eşidəndə kahinin, axır 
ki, bunu öz dili ilə deməsinə elə güldü ki, azı dişləri gö‐
ründü,  sonra  bu  ayəni  oxudu:  “Onlar  Allahı  qədərincə 
qiymətləndirməmişlər.  Qiyamət  günü  Yer  bütünlükdə 
onun ovcuna sığacaq...” (əz‐Zümər, 67). 
Bu  haqda  Müslimin  rəvayət  etdiyi  bir  hədisdə  isə 
deyilir: “Dağları və ağacları isə bir barmağı ilə götürüb 
silkələyəcək  və  deyəcək:  “Hökmdar  Mənəm,  Allah 
Mənəm!”. 
Buxarinin  rəvayət  etdiyi  bir  hədisdə  isə  bu  belə 
göstərilir:  “Səmaları  bir  barmağı  ilə,  suyu  və  torpağı 
bir  barmağı  ilə,  digər  məxluqları  bir  barmağı  ilə 
götürəcək...” 
Bu hədis Buxarinin və Müslimin hədis kitablarında 
var. 
Müslimin  İbn  Ömərdən  rəvayət  etdiyi  bir  hədisdə 
deyilir:  “Qiyamət  günü  Allah  səmaları  qatlayıb  yığa‐
caq, sonra onları sağ əlinə götürüb deyəcək: “Hökmdar 
Mənəm!  Özlərini  qüdrətli  sayan  zalım  hökmdarlar 
haradadırlar?  Təkəbbür  edənlər  haradadırlar?”  Sonra 
yeddi  təbəqə  yeri  qatlayıb  sol  əlinə  götürəcək  və 
deyəcək:  “Hökmdar  Mənəm!  Özlərini  qüdrətli  sayan 
zalım  hökmdarlar  haradadırlar?  Təkəbbür  edənlər 
haradadırlar?” 
İbn Abbasdan belə rəvayət olunmuşdur: “Yeddi qat 
səma  və  yeddi  qat  yer  Rəhmanın  ovcunda,  olsa‐olsa, 
sizin birinizin əlinin içində xardal dənəsi görünən kimi 
görünər” (“İsfahan tarixi”, 2/205). 


 
=  127  =
İbn Cərir demişdir: “Yunis mənə danışmışdır ki, İbn 
Vəhb  bizə  (Yunisə  və  başqalarına – Ə.Ə.)  İbn  Zeydin 
belə  dediyini  xəbər  vermişdir:  “Atam  mənə  Rəsulul‐
lahın  (s.s)  belə  dediyi  haqqında  hədis  danışmışdır: 
“Yeddi qat səma Kürsinin içərisində qalxanın içərisinə 
atılmış yeddi dirhəmə bənzəyir”.  
Əbuzər  (Allah  ondan  razı  olsun!)  demişdir:  “Mən 
bir  dəfə  Rəsulullahdan  (s.s)  belə  eşitmişəm:  “Ərşdə 
Kürsini  axtarmaq  bir  nəfərin  ucsuz‐bucaqsız  səhrada 
gözünü yumub arxasına atdığı bir dəmir halqanı axtar‐
masına (ot tayasında iynə axtarmağa – Ə.Ə.) bənzəyir” 
(“Əl‐Bidayə və ən‐nihayə”, 1/13). 
İbn  Məs’udun  belə  dediyi  rəvayət  olunur:  “Ən 
yaxın  səma  ilə  ondan  üstdəki  arasında  beş  yüz  illik 
məsafə  var.  Hər  bir  səma  ilə  özündən  sonrakı  səma 
arasında da beş yüz illik məsafə var. Yeddinci səma ilə 
Kürsi  arasında  beş  yüz  illik,  Kürsi  ilə  su  arasında  beş 
yüz  illik  məsafə  var.  Ərş  suyun  üstündədir,  Allah  isə 
Ərşin  üstündə;  sizin  əməllərinizdən  heç  biri  ondan 
gizli deyil”. Bu hədisi İbn Mehdi Həmmad ibn Səlmə‐
dən, Həmmad ibn Səlmə Asimdən, Asim Zirrdən, Zirr 
Abdulladan  nəql  etmişlər  (Tirmizi – 3320).  Həmin  bu 
hədisi  buna  yaxın  bir  şəkildə  Məs’ud  Asimdən,  Asim 
Əbu  Vaildən,  Əbu  Vail  isə  Abdulladan  rəvayət  etmiş‐
lər.  Hafiz  Zəhəbi  (Allah‐təala  ona  rəhmət  eləsin!)  bu 
hədis  haqqında  demişdir  ki,  onun  müxtəlif  variantları 
var (“Əd‐Dürr əl‐mənsur”, 1/43). 
Abbas ibn Əbdülmüttəlib (Allah ondan razı olsun!) 
demişdir:  “Bir  dəfə  Rəsulullah  (s.s)  bizdən  soruşdu: 
“Siz  səma  ilə  yer  arasında  nə  qədər  məsafə  olduğunu 
bilirsinizmi?  Biz  cavab  verdik:  “Bunu  Allah  və  Onun 


 =  128  = 
Rəsulu  hamıdan  yaxşı  bilirlər”.  Belə  olduqda  o  dedi: 
“Onların arasında beş yüz illik piyada getməli məsafə 
var;  hər  bir  səma  ilə  o  biri  səmanın  arası  da  beş  yüz 
illik  məsafədir;  hər  bir  səmanın  qalınlığı  da  beş  yüz 
illik  məsafədir;  yeddinci  səma  ilə  Ərş  arasında  bir 
dəniz  var,  bu  dənizin  dibi  ilə  səthi  arasındakı  məsafə 
səma  ilə  yer  arasındakı  məsafə  qədərdir;  Allah‐təala 
bunların  hamısından  yuxarıdadır;  Adəm  övladının 
əməllərindən heç nə ondan gizli deyil”. Bu hədisi Əbu 
Davud və başqaları (Əhməd – 1/206) nəql etmişlər. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  Allah‐təalanın  “Yer  bütünlüklə  Onun  ovcuna 
sığacaq...” kəlamının təfsiri; 
2. Bu fəsildə haqqında söhbət gedən və onlara bən‐
zər  biliklərin  Peyğəmbərin  (s.s)  zamanında  yaşayan 
yəhudilərə mə’lum olması və o zaman yəhudilərin bu 
bilikləri  inkar  etmədikləri  və  istədikləri  kimi  izah 
etmədikləri; 
3.  Kahin  Peyğəmbərin  (s.s)  yanında  Allahın  sifətlə‐
rini  zikr  edərkən  bunu  təsdiq  edən  Qur’an  ayəsinin 
nazil olması; 
4.  Kahin  bu  əzəmətli  elmi  öz  dili  ilə  zikr  edəndə 
Peyğəmbərin (s.s) gülməsi; 
5.  Allahın  iki  əlinin  olması  və  səmaların  Onun  sağ 
əlində, yerlərin o biri əlində olmasının bildirilməsi; 
6. O biri əlin sol əl adlandırılması; 
7.  Bu  zaman  özünü  qüdrətli  sayan  zalım  hökm‐
darların və təkəbbürlü adamların adlarının çəkilməsi; 
8.  Peyğəmbərin  “Yeddi  qat  səma  və  yeddi  qat  yer 
Rəhmanın  ovcunda,  olsa‐olsa,  sizin  birinizin  əlinin 
içində xardal dənəsi görünən kimi görünər” kəlamı; 


 
=  129  =
9. Kürsinin səmaya nisbətən çox böyük olması; 
10. Ərşin Kürsiyə nisbətən çox böyük olması; 
11. Ərşin Kürsidən və sudan (dənizdən – Ə.Ə.) ayrı 
bir şey olması; 
12. Hər bir səmadan o birisinədək olan məsafə; 
13. Yeddinci səma (səmanın yeddinci qatı – Ə.Ə.) ilə 
Kürsi arasındaı məsafə; 
14. Kürsi və su arasındakı məsafə; 
15. Ərşin sudan yuxarıda olması; 
16. Allahın Ərşdən yuxarıda olması; 
17. Səma ilə Yer arasındakı məsafə; 
18. Səmanın hər qatının beş yüz illik məsafə olması; 
19.  Səmaların  üstündəki  dənizin  səthi  ilə  dibi  ara‐
sında beş yüz illik məsafə olması. 
 
Bütün  nöqsanlardan  azad  olan  Allah  hər  şeydən  ucadır 
və  hər  şeyi  hamıdan  yaxşı  bilir.  Aləmlərin  ağası  (rəbbi –
 Ə.Ə.)  Allaha  həmd,  bizim  ağamız  (seyidimiz – Ə.Ə.) 
Məhəmmədə,  onun  ailəsinə  və  bütün  əshabələrinə  Allahın 
salavatı (xeyir‐duası – Ə.Ə.) və salamı olsun! 
 
 
 


 
KİTABIN İÇİNDƏKİLƏR
 
 
 
Ön söz  ...........................................................................................3 
Tövhid kitabı ................................................................................9 
Tövhidin  fəziləti  və  onun  hansı  günahları  yuması 
haqqında fəsli  ....................................................................12 
Tövhidi  yerinə  yetirənlərin  Cənnətə  haqq‐hesabsız 
daxil olacaqları haqda fəsil ..............................................15 
Şirkdən çəkinmək haqqında fəsil ............................................18 
Başqalarını ʺLa ilahə illəllahʺ şəhadətinə dəʹvət etmək 
haqqında fəsil  ....................................................................19 
Tövhidin və ʺLa ilahə illəllahʺ şəhadətinin təfsiri  ................23 
Bəlanın  qarşısının  alınması  və  ya  uzaqlaşdırılması 
üçün  qolbağ  taxmağın,  ip  bağlamağın  və  bunun 
kimi başqa işlərin şirk olması haqqında fəsil ................25 
Ovsun və tilsimə dair fəsil  .......................................................27 
Ağacdan, daşdan və bu kimi şeylərdən xeyir‐dua istə‐
yənlər haqqında fəsil ........................................................30 
Allahdan  qeyrisinin  yolunda  qurban  kəsmək  haq‐
qında fəsil ...........................................................................33 
Allahdan  qeyrisi  üçün  qurban  kəsilən  yerdə  Allah 
üçün  qurban  kəsməyin  qadağan  olunması  haq‐
qında fəsil  ..........................................................................35 
Allahdan qeyrisinə  nəzir  deməyin  şirk olması  barədə 
fəsil.......................................................................................36 
Allahdan başqasına pənah aparmağın şirk olması ba‐
rədə fəsil .............................................................................37 
Allahdan başqasını köməyə çağırmağın və ondan baş‐
qasına dua etməyin şirk olması barədə fəsil .................38 
əl‐Ə’raf  surəsinin  191‐192‐ci  və  Fatir  surəsinin  13‐cü 
ayələrinə dair fəsil  ............................................................40 
Səba surəsinin 23‐cü ayəsinə dair fəsil ...................................42 
 =  130  = 


 
=  131  =
Şəfaət (vasitəçilik) haqqında fəsil  ...........................................45 
əl‐Qəsəs surəsinin 56‐cı ayəsinə dair fəsil...............................47 
Bəni  Adəmin  (insanların)  əməlisaleh  adamlar  barədə 
ifrata  varmasının  onların  kafirliyinə  və  dinlərini 
tərk etmələrinə səbəb olması barədə fəsil  .....................50 
Nəinki  bir  əməlisaleh  adamın  qəbrinə,  habelə  onun 
qəbri  üstündə  Allaha  ibadət  edənlərə  ciddi  xə‐
bərdarlıq fəsli  ....................................................................53 
Əməlisaleh  adamların  qəbirlərinə  həddən  artıq  ehti‐
ram  göstərilməsinin  bu  qəbirləri  Allahdan  qeyri 
ibadət olunan bütlərə çevirməsi haqqında fəsil  ...........56 
Allahın  seçmə  Peyğəmbəri  Məhəmmədin  (s.s)  tövhi‐
din şərəfini qoruması və şirkə aparan hər bir yolu 
bağlaması haqqında fəsil  .................................................58 
Bu  ümmətdən  bə’zilərinin  bütlərə  ibadət  etməsi  haq‐
qında fəsil  ..........................................................................59 
Sehr haqqında fəsil ....................................................................63 
Sehrin növlərindən bə’zilərinin bəyanı fəsli  .........................65 
Kahinlər və bu qəbildən olan adamlar haqqında fəsil .........67 
Nüşrə (sehr‐cadunun açılması) haqqında fəsil  .....................69 
Tətəyyür (sınaq, işin nəhs gətirməsi) haqqında fəsil ............70 
Astrologiya (ulduz falı) haqqında fəsil  ..................................72 
Ulduz bürclərindən yağmur diləyənlərə dair fəsil................73 
əl‐Bəqərə surəsinin 165‐ci və ət‐Tövbə surəsinin 24‐cü 
ayələrinə dair fəsil  ............................................................75 
Ali‐İmran surəsinin 175‐ci, ət‐Tövbə surəsinin 18‐ci və 
əl‐Ənkəbut surəsinin 10‐cu ayələrinə dair fəsil ............78 
əl‐Maidə surəsinin 23‐cü, əl‐Ənfal surəsinin 2‐ci və 64‐
cü, ət‐Təlaq surəsinin 3‐cü ayələrinə dair fəsil  .............79 
əl‐Ə’raf surəsinin 99‐cu və əl‐Hicr surəsinin 56‐cı ayə‐
lərinə dair fəsil  ..................................................................80 
Allahın  qəza‐qədərinə  səbr  etməyin  Allaha  imandan 
olması haqqında fəsil  .......................................................81 
Riyakarlıq haqqında fəsil  .........................................................82 


 =  132  = 
İnsanın  öz  əməli  müqabilində  dünya  malını  istəmə‐
sinin şirk olması haqqında fəsil  ......................................84 
Allahın  halal  buyurduğunu  haram  və  haram  buyur‐
duğunu halal bilməkdə alimlərə və hökmdarlara 
itaət  edənlərin  həmin  alimləri  və  hökmdarları 
özlərinə tanrı etdikləri haqqında fəsil ............................85 
ən‐Nisa  surəsinin  60‐cı,  əl‐Bəqərə  surəsinin  11‐ci,  əl‐
Ə’raf  surəsinin  56‐cı  və  əl‐Maidə  surəsinin  50‐ci 
ayələrinə dair fəsil  ............................................................87 
Allahın  adlarından  və  sifətlərindən  hər  hansı  birini 
inkar edənlər haqqında fəsil ............................................89 
ən‐Nəhl surəsinin 83‐cü ayəsinə dair fəsil .............................90 
əl‐Bəqərə surəsinin 22‐ci ayəsinə dair fəsil ............................91 
Allaha  and  içməklə  qane  olmayan  adamlar  haqqında 
fəsil.......................................................................................93 
“Allah istəyən (deyən) və sən istəyən kimi olsun” ifa‐
dəsi haqqında fəsil ............................................................93 
Zəmanəni  söyən  adamın  Allaha  əziyyət  verməsi 
barədə fəsil..........................................................................95 
Adamlara “qazilər qazisi” və bu qəbildən olan adların 
verilməsinə dair fəsil  ........................................................96 
Allah‐təalanın adlarına ehtiram göstərilməsi və bunun 
xatirinə  insanın  öz  adını  dəyişdirməsinin  vacib‐
liyi barədə fəsil ..................................................................97 
Allahın,  yaxud  Qur’anın,  Peyğəmbərin  (s.s)  adının 
çəkildiyi bir şeyi lağa qoyanlar haqqında fəsil  .............98 
Füssilət surəsinin 50‐ci ayəsinə dair fəsil..............................100 
əl‐Ə’raf surəsinin 190‐cı ayəsinə dair fəsil............................102 
əl‐Ə’raf surəsinin 180‐ci ayəsinə dair fəsil ...........................104 
Nə  üçün  “Allaha  salam  olsun!”  deyilməməsi  barədə 
fəsil.....................................................................................105 
“İlahi, istəyirsən, məni bağışla” ifadəsi haqqında fəsil ......106 
“Mənim  qulum”,  “mənim  kənizim”  ifadələrinin  işlə‐
dilməsinin qadağan olması haqqında fəsil  .................106 


 
=  133  =
Allahın adını tutub bir şey istəyənin rədd olunmaması 
haqqında fəsil  ..................................................................107 
Allahın  üzünə  müraciətlə  Cənnətdən  başqa  bir  şeyin 
istənməsinin qadağan olması haqqında fəsil ..............108 
“Əgər” sözü haqqında fəsil  ...................................................109 
Küləyi söyməyin qadağan olmasına dair fəsil  ....................110 
Ali‐İmran  surəsinin  154‐cü  və  əl‐Fəth  surəsinin  6‐cı 
ayələrinə dair fəsil  ..........................................................111 
Qədəri inkar edənlər haqqında fəsil .....................................113 
Surət yaradanlar haqqında fəsil  ............................................115 
Çox and içməyin qadağan olması haqqında fəsil ...............117 
Allahın  və  Onun  Peyğəmbərinin  (s.s)  himayəsində 
olmaq məsələsi haqqında fəsil  ......................................119 
Allah adından and içməyin nəticəsi haqqında fəsil  ...........122 
Allahın  xəlq  etdiklərindən  bir  şey  xahiş  etmək  üçün 
Allahdan  vasitəçi  kimi  istifadə  etməyin  qadağan 
olması haqqında fəsil ......................................................123 
Peyğəmbərin  (s.s)  tövhidin  toxunulmazlığının  keşi‐
yində durması və şirkin yollarını bağlaması haq‐
qında fəsil .........................................................................124 
əz‐Zümər surəsinin 67‐ci ayəsinə dair fəsil  .........................125 

Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə