MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə25/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

 
=  99  =
üçün  onun  yanına  yollanır.  Gəlib  görür  ki,  onun 
gəlişindən  bir  az  əvvəl  bu  ayə  nazil  olubmuş...  Sonra 
həmin kişi Rəsulullahın (s.s) yanına gəlir ki, üzr istəsin. 
Ona öz dəvəsini minib yola düşən anda çatır və deyir: 
“Ya  Rəsulullah,  biz  sadəcə  öz  aramızda  söhbət  edib 
yola  nərdivan  qoymaq  istəyirdik...”  İbn  Ömərin  dedi‐
yinə  görə,  o,  Rəsulullahın  (s.s)  dəvəsinin  örkənindən 
asılıb  qalmışdı.  Dəvə  onu  sürüyür,  daşlar  onun  ayaq‐
larına  dəyib  parçalayırdı.  O  isə  elə  hey  yalvarırdı: 
“Vallah,  biz  söhbət  edib  zarafatlaşırdıq...”  Belə 
olduqda Rəsulullah (s.s) ona deyir: “Siz Allaha, Onun 
ayələrinə və Rəsuluna istehza edirdinizmi?” (ət‐Tövbə, 
65). O yalvarır, Peyğəmbər isə üzünü ona çevirmədən, 
bu  ayəyə  başqa  bir  söz əlavə  etmədən  dəvəsini  sürür‐
müş... 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Allahı, Qur’anı və Peyğəmbəri lağa qoyan adamın, 
bunu  zarafatla  etmiş  olsa  belə,  kafir  olmasından  ibarət 
böyük bir məsələ; 
2.  Bu  ayənin  belə  hərəkət  edən  hər  bir  adama  aid 
olması; 
3.  Qeybətlə  (xəbərçiliklə – Ə.Ə.)  Allaha  və  Onun 
Rəsuluna  sədaqətli  olmaq  arasındakı  fərq;  əshabələr 
belə  şeyləri  Peyğəmbərə  dinin  mənafeyini  qorumaq 
naminə çatdırırdılar; 
4.  Allahın  sevdiyi  işlərdən  əfv  və  Allahın  düşmən‐
lərinə qarşı amansızlıq arasındakı fərq; 
5. Hər bir üzr istəyənin üzrünün qəbul olunmasının 
zəruri olmaması. 
 


 
FÜSSİLƏT SURƏSİNİN 50‐Cİ  
AYƏSİNƏ DAİR FƏSİL
 
 
“Başına  gələn  bədbəxtlikdən  sonra  biz  ona  öz mər‐
həmətimizdən  dadızdırsaq,  o  deyər: – Bu  mənim  üçün‐
dür...” (Füssilət, 50). 
Mücahid demişdir: “Mənim üçündür” – əməlimin mü‐
qabilindədir, mənim buna haqqım var mə’nasındadır”. 
İbn  Abbas  isə  demişdir:  “Mənim  üçündür” – “Bu 
mənim özümdəndir” deməkdir”. Allah‐təalanın bu kə‐
lamında olduğu kimi: “Qarun dedi: – Bu mənə məndəki 
elmə görə verilmişdir...” (əl‐Qəsəs, 78). 
Qətadə  demişdir:  “Məndəki  elmə  görə” – mənim 
elmdən  kəsb  etdiklərimə  görə  mə’nasındadır”.  Başqa‐
ları  demişlər:  “Bu,  “Allahın  mənim  onun  əhli  oldu‐
ğumu bildiyi üçün” deməkdir”. Mücahid isə bunu belə 
izah etmişdir: “Bu, mənə şərəfimə görə verilib”.  
Əbu Hüreyrədən rəvayət olunur ki, o, Rəsulullahdan 
(s.s) bu hekayəti eşidib: “Allah Bəni İsraildən üç adamı –
 bir  cüzamlı  xəstəni,  bir  keçəli  və  bir  koru  sınağa 
çəkmək  istəyir.  Onların  yanına  bir  mələk  göndərir. 
Mələk  cüzamlının  yanına  gəlib  soruşur: – Sən  nə 
istərdin?  O  deyir: – İstərdim  ki,  yaxşı  rəngim,  yaxşı 
dərim olsun, adamları məndən iyrəndirən bu xəstəliyim 
sağalsın.  Mələk  əlini  onun  dərisinə  çəkir,  onun  iyrənc 
xəstəliyi  sağalır,  rəngi,  dərisi  yaxşılaşır.  Mələk  soruşur 
ki,  o,  mal‐dövlətdən  nəyi  çox  istəyir,  o  deyir  ki,  dəvə, 
yaxud  inək  (bunun  dəvə  yaxud  inək  olmasına  şəkk 
edən  İshaq  olmuşdur).  Ona  bir  damazlıq  dəvə  verilir. 
Mələk  deyir: – Allah  ondan  sənə  bərəkət  versin!  Sonra 
 =  100  = 


 
=  101  =
mələk  keçəlin  yanına  gəlir  və  ondan  soruşur: – Sən  nə 
istərdin?  Keçəl  deyir: – İstərdim  ki,  gur  saçım  olsun, 
adamları məndən iyrəndirən keçəlliyim sağalsın. Mələk 
əlini onun başına çəkir, onun keçəlliyi gedir, başına gur 
tük gəlir. Mələk soruşur ki, mal‐dövlətdən nə istərdin, o 
deyir: – İnək,  yaxud  dəvə.  Ona  bir  boğaz  inək  verilir. 
Mələk  deyir: – Allah  sənə  ondan  bərəkət  versin!  Mələk 
oradan  da  korun  yanına  gəlir,  ondan  da  soruşur  ki,  nə 
istərdin,  o  deyir  ki,  istərdim  Allah  mənim  gözümün 
işığını qaytarsın, adamları görə bilim. Mələk əlini onun 
gözlərinə çəkir, Allah onun gözlərinə işıq verir, o görür, 
mələk  soruşur  ki,  mal‐dövlətdən  nə  istərdin,  o  cavab 
verir: – Qoyun. Ona da bir damazlıq qoyun verilir. Dəvə 
köşək  doğur,  inək – dana,  qoyun – quzu.  Bunların 
ikisinin bir naxır dəvəsi və bir naxır inəyi, üçüncüsünün 
bir  sürü  qoyunu  olur.  Sonra  həmin  mələk  cüzamdan 
sağalanın  xəstə  vaxtındakı  görkəmində  onun  yanına 
gəlib  deyir: – Mən  bir  bədbəxt  adamam,  evimdən‐
eşiyimdən  aralı  düşüb  yarı  yolda  qalmışam.  Bu  gün 
Allahdan,  sonra  səndən  başqa  əlim  çatan  bir  kimsəm 
yoxdur.  Səni  sənin  dərini  sağaldıb,  rəngini  gözəlləşdi‐
rənə  and  verirəm  ki,  mənə  bir  dəvə  verəsən,  səfərimi 
davam  etdirim.  O  adam  bəhanə  gətirib  deyir: – Axı 
dəvələr  tək  mənim  deyil...  Mələk  deyir: – Deyəsən,  axı 
mən  səni  tanıyıram!  Sən  adamların  iyrəndiyi  o  yoxsul 
və cüzamlı adam deyildinmi ki, Qüdrət və Cəlal sahibi 
Allah mal‐dövlət verdi? O adam deyir: – Sən yanılırsan, 
bu mal‐dövlət mənə ata‐babamdan qalıb. Mələk deyir: –
 Dediklərin  yalan  olsa,  Allah  səni  əvvəlki  vəziyyətinə 
qaytarar.  Sonra  mələk  keçəli  sağalmış  adamın  yanına 
gəlib  ona  da  buna  dediklərini  deyir.  O  da  əvvəlkinin 


cavab verdiyi kimi cavab verir. Mələk buna da deyir: –
 Dediklərin  yalan  olsa,  Allah  səni  əvvəlki  vəziyyətinə 
qaytarar.  Mələk  indi  də  korluqdan  sağalanın  yanına 
gəlir,  deyir  ki,  bir  bədbəxt  adamdır,  dilənçidir,  yarı 
yolda qalıb, bu gün onun Allahdan, sonra ondan başqa 
əli çatan bir kimsəsi yoxdur. Sonra  deyir ki, səni gözü‐
nün  işığını  qaytarana  and  verirəm  ki,  mənə  bir  qoyun 
verəsən,  yoluma  davam  edim.  Korluqdan  sağalan 
deyir: – Mən  kor  idim,  Allah  mənim  gözümün  işığını 
qaytardı.  Bu  mal‐dövlətdən  istədiyini  özünə  götür, 
istədiyini mənim üçün saxla. Allaha and olsun ki, mən 
sənə  mane  olmayacağam.  Mələk  deyir: – Malın  özünə 
qismət  olsun!  Siz  üçünüz  sınağa  çəkilmişdiniz,  Allah 
səndən razı qaldı, o iki yoldaşına isə qəzəbi tutdu” (Bu 
hədisi Buxari, Müslim və başqaları rəvayət etmişlər). 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Füssilət surəsindən bir ayənin təfsiri; 
2. “Bu mənim üçündür” ifadəsinin verdiyi mə’na; 
3. “Bu mənə məndəki elmə görə verilmişdir” ifadə‐
sinin verdiyi mə’na; 
4.  Burada  nəql  olunan  qəribə  hekayətdəki  böyük 
ibrətlər. 
 
 
ƏL‐Ə’RAF SURƏSİNİN 190‐CI  
AYƏSİNƏ DAİR FƏSİL
 
 
“Elə ki, Allah onlara bir qüsursuz uşaq verdi, onlar 
onun  verilməsində  Allaha  şəriklər  qoşdular,  Allah  isə 
onların  ona  qoşduqları  şəriklərin  hamısından  ucadır” 
(əl‐Ə’raf, 190). 
 =  102  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə