MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə21/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

 
=  83  =
Əbu  Hüreyrədən  belə  bir  hədis  rəvayət  olunur: 
“Allah‐təala  demişdir: – Mən  şəriklərdən  şirkə  heç  bir 
ehtiyacı olmayanıyam (Mənim heç bir şərikə ehtiyacım 
yoxdur – Ə.Ə.);  kim  bir  iş  görüb  onda  bir  başqasını 
mənə  şərik  qoşsa,  onu  öz  şirki  ilə  birlikdə  tərk  edə‐
rəm”. Bu hədisi Müslim rəvayət etmişdir. 
Əbu Səiddən rəvayət olunan hədisdə deyilir: “Sizin 
üçün, mənim fikrimcə, nəyin dəccal məsihdən (burada: 
yalançı  peyğəmbər – Ə.Ə.)  daha  qorxulu  olduğunu 
deyimmi?”  Dedilər:  “De”.  Dedi:  “O,  gizli  şirkdir. 
Məsələn,  bir  adam  namaz  qılanda  başqa  birisinin  ona 
baxdığını  görüb  namazını  bəzəyib‐düzəyərsə,  o  bunu 
öz  şirkini  gizlətmək  üçün  edir”.  Bu  hədisi  Əhməd 
(3/30) rəvayət etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Füssilət surəsinin bir ayəsinin təfsiri; 
2. Yararlı (yaxşı) bir işə Allaha dəxli olmayan bir şey 
(şirk – Ə.Ə.)  daxil  olmuşsa,  onun  rədd  edilməsindən 
ibarət böyük bir məsələ; 
3. Bunun səbəbinin Allahın heç nəyə ehtiyacı olma‐
masından ibarət olması; 
4. Allahın şəriklərin ən yaxşısı olmasının da bunun 
səbəblərindən olması; 
5.  Peyğəmbərin  (s.s)  öz  əshabələri  üçün  riyakarlıq‐
dan qorxması; 
6.  Peyğəmbərin  (s.s)  bunu  bir  adamın  Allaha 
ibadət  üçün  namaz  qılarkən  bir  başqasının  ona  bax‐
dığını görəndə öz namazını bəzəyib‐düzəməsi ilə izah 
etməsi. 
 


 
İNSANIN ÖZ ƏMƏLİ MÜQABİLİNDƏ  
DÜNYA MALINI İSTƏMƏSİNİN ŞİRK 
OLMASI HAQQINDA FƏSİL
 
 
məzmunlu  Allah  kəlamları:  “Dünya  həya‐
tını və onun zinətlərini istəyənlərə bu dün‐
yadakı  əməllərinin  qarşılığını  tam  verərik,  onlar 
bunda heç bir şey itirməzlər” (Hud, 15). 
Bu 
“Axirətdə  isə  onlar  üçün  oddan  başqa  bir  şey  yox‐
dur. Bu dünyada etdikləri orada boşa çıxar, işlətdikləri 
əməlləri batil olar” (Hud, 16). 
Buxarinin hədis kitabında Əbu Hüreyrədən rəvayət 
olunur  ki,  Rəsulullah  (s.s)  demişdir:  “Dinar‐dirhəmin 
(qızıl‐gümüş – Ə.Ə.),  xəz,  məxmər  (pal‐paltar,  zinət –
 Ə.Ə.)  qulu  olan  insan  (müsəlman – Ə.Ə.)  gün  görmə‐
sin.  Beləsinin  istədiyi  veriləndə  razı  qalar,  verilmə‐
yəndə  qəzəblənər.  Beləsi  gün  görməsin,  ayağına  dəy‐
məli daş başına dəysin; bədəninə batan tikan çıxmasın. 
Afərin saçı dağınıq, ayaqları toz‐torpaq içində olub öz 
atının  cilovunu  Allah  yolunda  çəkənlərə!  Beləsi 
keşikdə  sayıq  dayanır,  ona  verilən  tapşırığı  vicdanla 
yerinə  yetirir;  izn  istəsə,  ona  izn  verilməz,  vasitəçilik 
etmək istəsə, sözü keçməz”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. İnsanın axirət əməli müqabilində dünya malı istə‐
məsinin pislənməsi; 
2. Hud surəsinin iki ayəsinin təfsiri; 
3. Müsəlman bir insanın dinar‐dirhəm, xəz, məxmər 
qulu adlandırılmasının mə’nası; 
 =  84  = 


4.  Bunun  o  müsəlmanın  istədiyi  veriləndə  razı  qal‐
ması, verilməyəndə qəzəblənməsi ilə izah olunması; 
5. Peyğəmbərin “O, gün görməsin, ayağına dəyməli 
daş başına dəysin” ifadələrindəki mə’na; 
6.  Peyğəmbərin  “Onun  bədəninə  (ayağına – Ə.Ə.) 
batan tikan çıxmasın” ifadəsindəki mə’na; 
7.  Bu  hədisdə  göstərilən  sifətlərə  malik  mücahidin 
tə’riflənməsi. 
 
 
ALLAHIN HALAL BUYURDUĞUNU HARAM 
VƏ HARAM BUYURDUĞUNU HALAL 
BİLMƏKDƏ ALİMLƏRƏ VƏ HÖKMDAR‐
LARA İTAƏT EDƏNLƏRİN HƏMİN 
ALİMLƏRİ VƏ HÖKMDARLARI ÖZLƏRİNƏ 
TANRI ETDİKLƏRİ HAQQINDA FƏSİL 
 
İ
 
bn  Abbas  demişdir:  “Belə  olsa,  tezliklə  sizin 
başınıza  səmadan  daş  yağar...  Mən  deyirəm  ki, 
Rəsulullah  (s.s)  belə  deyib,  siz  deyirsiniz  ki,  yox,  Əbu 
Bəkr  və  Ömər  belə  deyib!”  Əhməd  ibn  Hənbəl  isə 
demişdir:  “Mən  bu  millətin  belə  bir  işinə  mat  qalmı‐
şam  ki,  hədisin    isnadını  və  səhih  olduğunu  bilə‐bilə 
Süfyandan  rə’y  soruşmağa  gedirlər”.  Allah‐təala  buna 
görə  belə  deyir:  ”Onun  əmrinin  əksinə  hərəkət  edənlər 
bir  fitnəyə,  yaxud  ağrılı  bir  əzaba  düşəcəklərindən 
çəkinsinlər”  (ən‐Nur,  63).  Bilirsinizmi  burada  fitnə  nə 
mə’nadadır?  Şirk  mə’nasında.  Görünür,  Peyğəmbərin 
(s.s) kəlamının bir hissəsini rədd edən adamın qəlbinə 
bir  az  şəkk‐şübhə  düşməklə  onun  həlak  olacağına 
işarədir”. 
 
=  85  =


 =  86  = 
Ədi  ibn  Hatimdən  rəvayət  edirlər  ki,  o,  Peyğəmbə‐
rin (s.s) bu ayəni oxuduğunu eşitmişdir: “Onlar Allahı 
qoyub  öz  kahinlərini  və  rahiblərini  özlərinə  tanrı 
etmişlər” (ət‐Tövbə, 31). Mən ona (Peyğəmbərə – Ə.Ə.) 
dedim:  “Biz  onlara  ibadət  etmirik”.  O  dedi:  “Onlar 
Allahın  halal  buyurduqlarını  haram  hesab  edəndə 
onlarla  birlikdə  haram  hesab  edən,  haram  buyurduq‐
larını  halal  hesab  edəndə  onlarla  birlikdə  halal  hesab 
edən  siz  deyilsinizmi?”  Dedim:  “Elədir”.  Peyğəmbər 
(s.s) dedi: “Bu elə ibadət deməkdir”. Bu hədisi Əhməd 
və Tirmizi rəvayət etmişlər. Tirmizi həm də onu səhih 
hədis hesab etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. ən‐Nur surəsindən bir ayənin təfsiri; 
2. Bəraət (ət‐Tövbə) surəsindən bir ayənin təfsiri; 
3.  Ədinin  inkar  etdiyi  ibadətin  mə’nasına  diqqətin 
yönəldilməsi; 
4. İbn Abbasın Əbu Bəkrdən və Ömərdən, Əhmədin 
Süfyandan  misal  gətirənləri  və  Peyğəmbərin  (s.s) 
sözünə və doğru isnada şübhə edənləri pisləmələri; 
5.  Vəziyyətin  olduqca  dəyişməsi,  əksər  adamların 
rahiblərə  ibadəti  (alimlərə  itaəti – Ə.Ə.)  ən  yaxşı  işlər‐
dən  sayması  və  bunun  Allaha  yaxınlıq,  kahinlərə  iba‐
dətin  isə  elm  və  fiqh  adlandırılması.  Sonra  vəziyyətin 
daha  da  dəyişməsi  və  Allahın  əvəzinə  əməlisaleh‐
lərdən olmayanlara, ikinci mə’nada isə (rahib və kahin 
adı altında – Ə.Ə.) cahillərə ibadət olunması. 
 
 
 
 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə