MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə23/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

Sələflərdən bə’ziləri demişlər ki, bu, dənizçilərin işi 
yaxşı gətirəndə, külək yaxşı əsirdi, sükançı bacarıqlı idi 
və bu kimi digər sözlər deməsinə aiddir ki, belə sözlər 
çox adamın dilində (danışığında – Ə.Ə.) var. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  Allahın  verdiyi  ne’mətin  qəbulu  (e’tirafı – Ə.Ə.) 
və onun inkarının təfsiri; 
2.  Allah  ne’mətini  inkar  edən  sözlərin  çox  adamın 
dilində olması; 
3. Belə sözlərin işlədilməsinin Allah ne’mətini inkar 
etmək olması; 
4.  Bir  qəlbdə  iki  bir‐birinə  zidd  şeyin  özünə  yer 
eləməsinin qeyri‐mümkünlüyü. 
 
 
ƏL‐BƏQƏRƏ SURƏSİNİN 22‐Cİ AYƏSİNƏ 
DAİR FƏSİL
 
 
“...  Bilə‐bilə  başqalarını  Allaha  bənzətməyin”  (əl‐
Bəqərə, 22). 
İbn  Abbas  bu  ayə  haqqında  demişdir:  “Başçılarını 
Allaha bənzətmək (bərabər tutmaq – Ə.Ə.) elə bir şirk‐
dir  ki,  gecənin  zülmətində  qara  daş  üzərində  yeriyən 
qarışqa  kimi  gözəgörünməzdir.  Bu  belə  sözlərdə 
özünü  göstərir:  “Ey  filankəs,  Allah  haqqı,  sənin  canın 
üçün  (canına  and  olsun – Ə.Ə.),  mənim  canım  üçün, 
(müasir dilimizdə: “sən öl, mən ölüm” variantları daha 
çox  işlənir – Ə.Ə.)”.  Yaxud  bə’ziləri  deyirlər:  “Bu 
itciyəz  olmasaydı,  həyətdəki  ördək  vaqqıldayıb  həşir 
salmasaydı,  oğru  evə  girmişdi”.  Yaxud  biri  öz  müsa‐
hibinə  deyir:  “Allah  istəyən  kimi  və  sən  istəyən  kimi 
 
=  91  =


 =  92  = 
olsa...”  və  ya:  “Allahın  və  filankəsin  köməyi  olma‐
saydı,  sən  filan  şeyi  edə  bilməzdin”.  Bütün  bunlar 
Allaha şərik qoşmaqdır”. Hədisi İbn Əbu Hətəm rəva‐
yət etmişdir. 
Ömər  ibn  Xəttabdan  (Allah  ondan  razı  olsun!) 
rəvayət  olunur  ki,  Rəsulullah  (s.s)  demişdir:  “Kim 
Allahdan  başqa  bir  şeyə  and  içsə,  Allahı  inkar  etmiş, 
yaxud ona şərik qoşmuş olur”. Bu hədisi Tirmizi (1535) 
rəvayət  edib,  həsən  hədis  adlandırmış,  Hakim  (1/18) 
isə onun səhih hədis olduğunu söyləmişdir. 
İbn Məs’ud  demişdir: “Yalandan Allaha and içmək 
doğrudan başqasına and içməkdən yaxşıdır”. 
Hüzeyfədən  Peyğəmbərin  (s.s)  belə  dediyi  rəvayət 
olunur:  “Allah  və  filankəs  istəyən  (deyən – Ə.Ə.) 
olsa...” – deməyin;  deyirsinizsə,  belə  deyin:  “Allah 
istəyən,  sonra  filankəs  istəyən  olsa”.  Bu  hədisi  Əbu 
Davud (4980) e’tibarlı bir isnadla rəvayət etmişdir. 
İbrahim Nəx’idən rəvayət olunur ki, o belə deyərmiş: 
“Allaha  və  sənə  pənah  gətirmişəm”  demək  olmaz, 
“Allaha, sonra sənə pənah gətirmişəm” demək lazımdır. 
Həmçinin deyərmiş: “Demək lazımdır ki: “Əgər Allahın, 
sonra da sənin köməyin olmasaydı,..”, “Əgər Allahın və 
filankəsin köməyi olmasaydı...” demək olmaz”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. əl‐Bəqərə surəsinin başqalarını Allaha bənzətmək 
haqqında ayəsinin təfsiri; 
2.  Əshabələrin  (Allah  onlardan  razı  olsun!)  ən 
böyük şirk haqqında nazil olmuş ayənin ən kiçik şirki 
də əhatə etməsi fikrində olması; 
3.  Allahdan  başqa  hər  hansı  bir  şeyə  and  içməyin 
şirk olması; 


4. Allahdan başqa hər hansı bir şeyə doğrudan and 
içməyin  Allaha  yalandan  and  içməkdən  daha  böyük 
günah olması; 
5.  Nitqdə  “və”  bağlayıcısı,  yoxsa  “sonra”  zərinin 
işlədilməsinin məzmunda yaratdığı fərq. 
 
 
ALLAHA AND İÇMƏKLƏ QANE OLMAYAN 
ADAMLAR HAQQINDA FƏSİL
 
 
bn  Ömərdən  rəvayət  olunur  ki,  Rəsulullah  (s.s) 
demişdir:  “Ata‐babanıza  and  içməyin!  Kim 
Allaha  and  içsə,  doğru  and  içsin!  Kimin  üçün  Allaha 
and  içsələr,  (gərək – Ə.Ə.)  razı  qalsın  (inansın – Ə.Ə.), 
kim  bundan  razı  qalmasa,  Allaha  bəndə  deyil”.  Bu 
hədisi  İbn  Macə  (2101)  yaxşı  bir  isnadla  rəvayət 
etmişdir. 
 
İ
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Ata‐babaya and içməyin qadağan olması; 
2. Bir nəfər üçün Allaha and içilərsə, onun and içən 
adama inanmağa borclu olması; 
3. Allaha and içənə inanmayanın hədələnməsi. 
 
 
“ALLAH İSTƏYƏN (DEYƏN – Ə.Ə.) VƏ  
SƏN İSTƏYƏN KİMİ OLSUN” İFADƏSİ 
HAQQINDA FƏSİL
 
 
üteylədən rəvayət olunur ki, bir dəfə bir yəhudi 
Peyğəmbərin (s.s) yanına gəlib deyibmiş ki, siz 
belə  deməyinizlə  Allaha  şərik  qoşmuş  olursunuz: 

 
=  93  =


 =  94  = 
“Allah  istəyən  və  sən  istəyən  kimi  olsun”,  yaxud 
“Kə’bəyə  and  olsun!”  Guya  belə  olduqda  Peyğəmbər 
(s.s)  onlara  (əshabələrə – Ə.Ə.)  əmr  etmişdir  ki,  and 
içmək  istəsələr,  belə  desinlər:  “Kə’bənin  Rəbbinə  and 
olsun!” və ya “Allah istəyən, sonra sən istəyən olsun”. 
Bu  hədisi  Nəsai  rəvayət  etmiş  və  onun  səhih  hədis 
olduğunu demişdir. 
Nəsai İbn Abbasdan belə bir rəvayət də etmişdir ki, 
bir dəfə bir kişi Peyğəmbərə (s.s) “Allah istəyən və sən 
istəyən kimi olsun” demiş, Peyğəmbər (s.s) isə ona belə 
cavab  vermişdir:  “Məni  Allaha  bənzətdin  (bərabər 
tutdun – Ə.Ə.)? Yalnız “Allah istəyən kimi olsun” de!” 
İbn Macə Aişənin anabir qardaşı Tüfeylin belə dedi‐
yini  rəvayət  edir:  “Bir  dəfə  yuxuda  gördüm  ki,  guya 
mən  bir  neçə  yəhudinin  yanına  gəlib  dedim:  “Siz 
“Üzeyr  Allahın  oğludur”  deməsəniz,  mö’min  millət‐
siniz”.  Onlar  dedilər:  “Siz  də  “Allah  istəyən  və 
Məhəmməd  istəyən  kimi  olsun”  deməsəniz,  mö’min 
millətsiniz. Sonra bir neçə xristianın yanına gəlib dedim: 
“Siz  “Məsih  Allahın  oğludur”  deməsəniz,  mö’min 
millətsiniz.  Onlar  dedilər:  “Siz  də  “Allah  istəyən  və 
Məhəmməd  istəyən  kimi  olsun”  deməsəniz,  mö’min 
millətsiniz. Səhər yataqdan durandan sonra bu yuxumu 
qabağıma  çıxanlara  danışa‐danışa  Peyğəmbərin  (s.s) 
yanına  gəldim  və  ona  da  danışdım.  O  soruşdu:  “Bunu 
bir  adama  danışmısan?”  Dedim:  “Bəli”.  Peyğəmbər 
Allaha həmd‐səna etdi, sonra üzünü ətrafdakılara tutub 
dedi: “Mənə qulaq asın, Tüfeyl bir yuxu görüb, özü də 
sizin  bə’zinizə  danışıb.  Siz  bu  vaxtadək  bu  kəlməni 
işlədirdiniz,  mənə  onu  sizə  qadağan  etməyə  filan‐filan 
şeylər  mane  olurdu.  Bundan  sonra  Allah  istəyən  və 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə