MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə24/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

Məhəmməd  istəyən  kimi  olsun”  deməyin.  Deyirsiniz, 
belə deyin: “Ancaq Allah istəyən kimi olsun!” 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Yəhudilərin kiçik şirkdən xəbərdar olması; 
2.  İnsanın  kiçik  şirki,  qeyri‐ixtiyari  də  olsa,  başa 
düşməsi; 
3.  Hədisdə  “Məni  Allaha  bərabər  tutdun?”  deyən 
Peyğəmbər (s.s), görəsən, aşağıdakı kimi şe’rlər yazan‐
lara nə deyərdi: 
Ey elçilər imamı sən, dayaq oldun mənə, inan! 
E’tibarım tək sənədir, sən Allahın qapısısan. 
Bu dünyada, axirətdə yalqız qoyma məni, aman! 
Tut əlimdən, ey Allahın elçisi, sən mənim hər an! 
Bil ki, heç kəs edə bilməz çətinimi mənə asan 
Səndən başqa, ey insanlar içində ən uca insan! 
 
4.  Peyğəmbərin  “Mənə  onu  sizə  qadağan  etməyə 
filan‐filan şeylər mane olurdu” sözünə görə bu qəbildən 
olan  sözlərin  (“Allah  istəyən  və  Məhəmməd  istəyən 
kimi olsun” və s. – Ə.Ə.) böyük şirkdən olmaması; 
5. Yararlı yuxunun da vəhyin hissələrindən biri olması; 
6. Yararlı yuxunun bə’zi hökmlərin verilməsinə səbəb 
olması. 
 
 
ZƏMANƏNİ SÖYƏN ADAMIN ALLAHA 
ƏZİYYƏT VERMƏSİ BARƏDƏ FƏSİL
 
Bu 
 
barədə Allah kəlamı: “Onlar “Həyat ancaq 
bu  dünyadakı  həyatımızdır,  ölürük  və 
yaşayırıq,  bizi  həlak  edən  yalnız  zəmanədir”  dedilər. 
 
=  95  =


Onlar  bu  barədə  heç  nə  bilmirlər,  sadəcə  olaraq  belə 
zənn edirlər” (əl‐Casiyə, 24). 
Buxarinin  hədis  kitabında  (4549)  Əbu  Hüreyrədən 
Peyğəmbərin  (s.s)  belə  dediyi  rəvayət  olunur:  “Allah‐
təala dedi: – Adəm oğlu Mənə əziyyət verir, zəmanəni 
söyür,  zəmanə  isə  Mənəm.  Gecəni  gündüzə,  gündüzü 
gecəyə çevirirəm”. Başqa bir rəvayətdə deyilir: “Zəma‐
nəni söyməyin, Allah özü zəmanədir” (Müslim – 2247). 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Zəmanəni söyməyin qadağan olunması; 
2. Bunun Allaha əziyyət vermək adlandırılması; 
3.  Peyğəmbərin  (s.s)  “Allah  Özü  zəmanədir”  sözü‐
nün mə’nasına diqqətin cəmlənməsi; 
4. Belə söz işlədən adamın, öz qəlbində bu məqsədi 
güdməsə də, söyüş söymüş olması. 
 
 
ADAMLARA “QAZİLƏR QAZİSİ” VƏ 
BU QƏBİLDƏN OLAN ADLARIN 
VERİLMƏSİNƏ DAİR FƏSİL
 
 
ədis  kitablarında  Əbu  Hüreyrədən  Peyğəm‐
bərin  (s.s)  bu  sözləri  rəvayət  olunur:  “Allah 
yanında  ən  alçaq  ad  bir  adama  verilən  “mülk  sahibi” 
adıdır;  Allahdan  başqa  mülk  sahibi  yoxdur”.  Süfyan 
demişdir: “Bu, şahənşah adı kimi bir şeydir”. Başqa bir 
rəvayətdə  deyilir:  “Bu,  Qiyamət  günü  Allahı  ən  çox 
qeyzləndirəcək  və  ən xəbis  bir addır”. Burada  “alçaq” 
sözü “ən hörmətsiz” mə’nasındadır. 

Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
 =  96  = 


1.  Adamların  “mülk  sahibi”  adlandırılmasının  qa‐
dağan olması; 
2. Bu mə’nalı bütün sözlərin, Süfyanın dediyi kimi, 
bunun kimi olması; 
3.  İnsanın  qəlbindəki  məqsəddən  asılı  olmayaraq, 
belə  ifadələrin  işlədilməsinin  qəti  qadağan  olmasının 
dərk olunması; 
4. Allah‐təala və sübhanəhünün xatirinə buna riayət 
edilməsinin dərk olunması. 
 
 
ALLAH‐TƏALANIN ADLARINA EHTİRAM 
GÖSTƏRİLMƏSİ VƏ BUNUN XATİRİNƏ 
İNSANIN ÖZ ADINI DƏYİŞDİRMƏSİNİN 
VACİBLİYİ BARƏDƏ FƏSİL
 
 
Ə 
bu  Şüreyhdən  rəvayət  olunur  ki,  onun 
künyəsi  Əbülhəkəm  (hərfən:  hakimin  atası –
 Ə.Ə.)  imiş.  Bir  dəfə  Peyğəmbər  (s.s)  ona  demişdir: 
“Həkəm  (ədalət  məhkəməsi,  hakim – Ə.Ə.)  yalnız 
Allahın  Özüdür,  hökm  vermək  də  Onun  işidir”.  Əbu 
Şüreyh izah etmişdir ki, onun tayfasının adamları ara‐
sında bir narazılıq olanda onlar onun yanına gəlirlər, o 
onların hesabını kəsir və hər iki tərəf bununla razılaşır. 
Ona  görə  də  ona  bu  künyə  verilib.  Peyğəmbər  demiş‐
dir:  “Bu  öz  yerində.  Sənin  oğlun  yoxdurmu?”  Əbu 
Şüreyh  cavab  vermişdir  ki,  var,  adları  da  Şüreyh, 
Müslim  və  Abdulladır.  Peyğəmbər  soruşmuşdur  ki, 
onlardan  böyüyü  hansıdır,  o  demişdir: – Şüreyh.  Pey‐
ğəmbər  demişdir:  “Onda  sən  oldun  Əbu  Şüreyh 
 
=  97  =


(Şüreyhin  atası – Ə.Ə.)”.  Bu  hədisi  Əbu  Davud  (4955) 
və başqaları rəvayət etmişlər. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  Allahın  sifətlərinə  və  adlarına  ehtiram  edilməsi‐
nin  vacibliyi  və  onların  məzmununu  özgəsinə  aid 
etmək  məqsədi  güdmədən  də  adamlara  belə  adların 
verilməsinin qadağan olması; 
2.  Belə  bir  ad  verilmiş  adamın  adının  Allahın  adları 
və sifətlərinə ehtiram olaraq dəyişdirilməsinin vacibliyi; 
3. Künyə (ləqəb) kimi böyük oğulun adının götürül‐
məsi. 
 
 
ALLAHIN, YAXUD QUR’ANIN, 
PEYĞƏMBƏRİN (s.s) ADININ ÇƏKİLDİYİ 
BİR ŞEYİ LAĞA QOYANLAR 
HAQQINDA FƏSİL 
 
barədə Allah kəlamı: “Onlardan soruşsan, 
deyərlər ki, biz söhbət edib oynayırdıq (za‐
rafatlaşırdıq – Ə.Ə.).  De: – Siz  Allaha,  Onun  ayələrinə 
və Rəsuluna istehza edirdinizmi?” (ət‐Tövbə, 65). 
Bu 
İbn  Ömərdən,  Məhəmməd  ibn  Kə’bdən,  Zeyd  ibn 
Əsləmdən və Qətadədən eyni bir hədis rəvayət olunur. 
Orada Təbuk döyüşündə bir kişinin Rəsulullahı (s.s) və 
Qur’an  oxuyan  əshabələri  nəzərdə  tutub  belə  dediyi 
göstərilir:  “Biz  bu  qiraətçilərimiz  kimi  qarınqulu, 
yalançı  və  qorxaq  adamlar  görməmişik”.  Bunu  eşidən 
Övf  ibn  Malik  o  kişiyə  deyir:  “Yalan  deyirsən,  sən 
ikiüzlü  adamsan,  mən  bunu  Rəsulullaha  (s.s)  xəbər 
verəcəyəm”.  Övf  bunu  Rəsulullaha  (s.s)  xəbər  vermək 
 =  98  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə