MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə27/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   23   24   25   26   27   28   29   30   31

biriniz  “ağanı  yedizdir”,  “ağanı  yuyundur”  deyərkən 
“rəbb”  sözünü  işlədə,  bu  zaman  “seyyid”  və  “mövla” 
sözlərini  işlətmək  lazımdır”  (“rəbb,  seyyid  və  mövla” 
sözlərinin  hər  üçü  “ağa”  mə’nasında  işlənsə  də,  birin‐
cisi  Allaha  aid  olub  “hər  şeyin  sahibi”  mə’nasını 
verdiyi  üçün  başqalarına  müraciətdə  istifadə  edilməsi 
qadağan  olunur – Ə.Ə.).  “Məbadə  biriniz:  “Mənim 
qulum  (yaxud  nökərim – Ə.Ə.)”,  “mənim  kənizim” 
deyə. Cavanlara “oğlum”, “qızım”, “cavan oğlan” söz‐
ləri ilə müraciət edilməlidir”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. “Nökərim”, “kənizim” deməyin qadağan olması; 
2. Nökərin ağasını “Rəbbim!” deyə çağırmasının və 
nökərə  “Rəbbini  yedizdir!”  deyə  əmr  edilməsinin 
qadağan olması; 
3.  Birinciyə  (ağaya – Ə.Ə.)  müraciətdə  “Oğlum”, 
“qızım”,  “cavan  oğlan”  xitablarından  istifadə  etməyin 
tövsiyə edilməsi; 
4.  İkinciyə  (nökərə – Ə.Ə.)  müraciətdə  “seyidim”, 
“mövlam”  (ağa – Ə.Ə.)  xitablarından  istifadə  etməyin 
tövsiyə edilməsi; 
5. Diqqətin tövhidə hətta sözlərdə (nitqdə – Ə.Ə.) də 
riayət olunmasının zəruriliyinə yönəldilməsi. 
 
 
ALLAHIN ADINI TUTUB BİR ŞEY İSTƏYƏNİN 
RƏDD OLUNMAMASI HAQQINDA FƏSİL 
 
İ
 
bn Ömərdən (Allah ondan da, atasından da razı 
olsun!)  rəvayət  olunur  ki,  Rəsulullah  (s.s)  de‐
mişdir:  “Kim  Allahın  adını  tutub  sizə  pənah  gətirsə, 
 
=  107  =


ona sığınacaq verin (əlyazmasında bu yerlər dal‐qabaq 
verilmişdir – Məhəmməd  Əfifi);  kim  Allahın  adını 
tutub  sizdən  bir  şey  istəsə,  onun  istədiyini  verin;  kim 
Allah  adını  tutub  sizi  çağırsa,  onun  çağırışına  cavab 
verin; kim sizə bir yaxşılıq etsə, onun yaxşılığının qar‐
şılığını verin (onu mükafatlandırın – Ə.Ə.). Əgər onun 
yaxşılığının  qarşılığını  verməyə  bir  şeyiniz  olmasa, 
onda ona xeyir‐dua edin (sağ ol deyin – Ə.Ə.) ki, sizin 
onun  yaxşılığının  qarşılığını  verdiyiniz  (onun  yaxşılı‐
ğını başa düşdüyünüz – Ə.Ə.) bilinsin”. Bu hədisi Əbu 
Davud e’tibarlı bir isnadla rəvayət etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Allahın adını tutub sığınacaq istəyən adama sığı‐
nacaq verilməsinin vacibliyi; 
2. Allahın adını tutub bir şey istəyən adama istədiyi 
şeyin verilməsinin vacibliyi; 
3. Çağırışa cavab verilməsinin vacibliyi; 
4. Edilən yaxşılığın qarşılığının ödənilməsinin vacibliyi; 
5.  Yaxşılığın  qarşılığını  ödəməyə  bir  şeyi  olmayan 
adamın bunu xeyir‐dua ilə etməyə borclu olması; 
6.  Peyğəmbərin  (s.s)  “Sizin  onun  yaxşılığının  qarşı‐
lığını verdiyiniz başa düşülsün” kəlamındakı hikmət. 
 
 
ALLAHIN ÜZÜNƏ MÜRACİƏTLƏ 
CƏNNƏTDƏN BAŞQA BİR ŞEYİN 
İSTƏNMƏSİNİN QADAĞAN OLMASI 
HAQQINDA FƏSİL 

 
abirin belə dediyi rəvayət olunur: “Rəsulullah 
(s.s)  demişdir:  “Allahın  üzü  ilə  Cənnətdən 
 =  108  = 


başqa  bir  şey  diləmək  olmaz”.  Hədisi  Əbu  Davud 
(1671) rəvayət etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  Allahın  üzünə  müraciətlə  mətləblərin  ən  böyü‐
yündən  (Cənnətdən – Ə.Ə.)  başqa  bir  şeyin  istənmə‐
sinin qadağan olması; 
2.  Allahın  üz  sifətinin  isbatı  (burada  insan  bədəni‐
nin  bir  hissəsi  kimi  bizə  mə’lum  olan  üzdən  söhbət 
getmir. “Allahın üzü, əli” – dedikdə Onun üzə, ələ aid 
edilə  biləcək  ilahi  əlamətləri,  keyfiyyətləri  anlaşılır –
 Ə.Ə.). 
 
 
“ƏGƏR” SÖZÜ HAQQINDA FƏSİL
 
 
barədə  Allah  kəlamları:  “...  Onlar  deyir‐
lər: – Əgər  bu  işdə  bizim  üçün  bir  şey 
(bizim xeyrimiz, qələbəmiz – Ə.Ə.) olsaydı, biz burada 
qətlə  yetirilməzdik.  De: – Əgər  siz  evlərinizdə  də 
olsaydınız,  alınlarına  bu  gün  öləcəkləri  yazılmış 
adamlar  yenə  də  öldürüldükləri  yerdə  olacaqdılar...” 
(Ali‐İmran, 154). 
Bu 
“Evlərində  oturub  qardaşları  haqqında: – Əgər 
onlar  bizə  qulaq  assaydılar,  ölməzdilər, – deyənlərə 
de: – Siz  bacarsaydınız,  ölümü  özünüzdən  uzaqlaş‐
dırardınız” (Ali‐İmran, 168). 
Müslimin hədis kitabında Əbu Hüreyrədən rəvayət 
olunur ki, Rəsulullah (s.s) demişdir: “Sənə fayda verən 
şeyi  əldə  etməyə  sə’y  et,  bu  yolda  Allahdan  kömək 
istə,  başına  bir  müsibət  gəlsə  də,  acizlik  göstərmə  və 
heç vaxt demə ki, əgər mən bunu belə etsəydim, belə‐
 
=  109  =


belə  olardı.  Əksinə,  belə  de: – Bu  Allahın  qəza‐qədəri‐
dir,  Allah  istədiyini  etdi.  Bil  ki,  “əgər”  sözü  şeytan 
əməli üçün yol açır”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Ali‐İmran surəsindən iki ayənin təfsiri; 
2.  İnsanın  başına  bir  iş  gələndə  onu  Allahdan  bil‐
məyib  başqa  bir  səbəb  göstərmək  məqsədilə  “əgər” 
sözündən  istifadə  edilməsinin  açıq‐aydın  qadağan 
olması; 
3.  “Əgər”  deməyin  qadağan  olunmasına  bu  sözün 
belə məqamlarda şeytan əməli üçün yol açdığının səbəb 
olması; 
4. Belə hallarda deyilməli olan söz (Bu Allahın qəza‐
qədəridir, Allah istədiyini etdi – Ə.Ə.) haqqında göstəriş; 
5. Fayda verən şeyə Allahdan kömək istəməklə sə’y 
edilməsi; 
6. Bunun əksinin – acizlik göstərməyin qadağan olması. 
 
 
KÜLƏYİ SÖYMƏYİN QADAĞAN 
OLMASINA DAİR FƏSİL 
 
Ü
 
beyy  ibn  Kə’bdən  (Allah  ondan  razı  olsun!) 
rəvayət  olunur  ki,  Rəsulullah  (s.s)  demişdir: 
“Küləyi  söyməyin,  onda  xoşagəlməz  bir  şey  görsəniz 
belə  deyin: – İlahi,  biz  Səndən  bu  küləyin,  onda 
olanların və ona əmr olunmuş şeyin bizə xeyir vermə‐
sini  diləyirik,  biz  bu  küləyin,  onda  olanların  və  ona 
əmr  olunmuş  şeyin  şərindən  Sənə  pənah  aparırıq” 
(Tirmizi – 2252,  Əhməd – 5/123.  Tirmizi  onun  səhih 
hədis olduğunu söyləmişdir). 
 =  110  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə