MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə28/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   23   24   25   26   27   28   29   30   31

Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Küləyi söyməyin qadağan olması; 
2. Küləkdə bir xoşagəlməz şey görən adamın nə de‐
məli olduğu haqqında göstəriş; 
3. Küləyə Allah tərəfindən əmr olunduğunun göstə‐
rilməsi; 
4. Küləyə həm xeyir, həm də şər əmrlər verilə bildiyi. 
 
 
ALİ‐İMRAN SURƏSİNİN 154‐CÜ VƏ 
ƏL‐FƏTH SURƏSİNİN 6‐CI AYƏLƏRİNƏ 
DAİR FƏSİL 
 
“...  Onlar  Allah  haqqında  nahaq  yerə  cahiliyyə 
dövrünün  adamları  kimi  fikirləşir  və  deyirlər: – Bu 
işdə bizim bir payımız varmı? De: – Buyruq bütünlüklə 
Allaha məxsusdur...” (Ali‐İmran, 154). 
“...  Allah  haqqında  pis  fikrə  düşənlərin  fikirləşdik‐
ləri öz başlarına gələr...” (əl‐Fəth, 6). 
İbn Qeyyim birinci ayə haqqında demişdir: “Bu pis 
fikir (mətndə: zənn – Ə.Ə.) bə’zən belə təfsir olunmuş‐
dur  ki,  guya  onlar  Allah‐sübhanəhünün  Öz  Rəsuluna 
(s.s)  kömək  etmədiyini  və  onun  işinin  (dinin – Ə.Ə.) 
yoxa  çıxacağını  fikirləşirmişlər.  Bə’zən  də  pis  fikir 
dedikdə  onların  bir  adamın  başına  gələn  müsibətin 
Allahın  qəza‐qədəri  və  hikməti  ilə  olmadığını  fikirləş‐
dikləri  göstərilmişdir.  Bə’zən  də  bu,  sadəcə  olaraq, 
hikmətin,  qəza‐qədərin  inkarı,  Allahın  öz  Rəsulunun 
(s.s)  işini  tamamlayacağının,  onu  bütün  dinlərdən 
üstün tutacağının inkarı kimi təfsir olunmuşdur. Bu isə 
həqiqətən  də  münafiqlərin  və  müşriklərin  əl‐Fəth 
 
=  111  =


 =  112  = 
surəsi haqqında fikirləşdikləri pis fikirdir. Bu ona görə 
pis  fikir  idi  ki,  Allah‐sübhanəhünün  özünə,  onun  hik‐
mətinə,  həmdinə  (tə’rifinə – Ə.Ə.)  və  doğru  və’dinə 
layiq  olan  zənn  deyildi.  Kiminsə  batilə  haqq  üzərində 
(yalana  doğru  üzərində – Ə.Ə.)  qələbə  qazandırmaq 
fikri  (iddiası – Ə.Ə.)  isə  elə  bir  həyasız  iddiadır  ki,  o 
olan  yerdə  haqq  olmaz.  Yaxud  kiminsə  baş  verən 
hadisələrin  Allahın  qəzası  və  qədəri  ilə  baş  verməsini 
inkar etməsi və ya Allahın hər hansı bir hadisənin baş 
verməsini  tə’rifəlayiq  bir  hikmətin  üzə  çıxması  üçün 
qərarlaşdırdığını  inkar  etməsi,  əksinə,  bunun  yalnız 
həyatın  adi  gedişatı  olduğunu  deməsi  onun  Allahı 
inkar  etdiyindən  xəbər  verir.  Allahı  inkar  edənləri  isə 
Cəhənnəm odu gözləyir”. 
Adamların  əksəriyyəti  Allah  haqqında  Allahın  on‐
ların  özlərinin  və  başqa  adamların  başına  gətirdiyi 
hadisələrə  görə  pis  fikrə  düşürlər.  Bu  bəd  gümandan 
yalnız  Allahı,  onun  adlarını  və  sifətlərini,  onun 
hikmətinin  və  tə’riflənməsinin  səbəbini  və  zərurətini 
bilənlər azad ola bilərlər. Qoy özünü ağıllı hesab edən 
hər  kəs  özünə  nəsihət  edib  bu  məsələyə  diqqətlə  ya‐
naşsın  və  öz  Rəbbi  haqqında  bəd  gümana  düşdüyü 
üçün Allah qarşısında tövbə etsin və Allahdan özünün 
bağışlanmasını  rica  etsin.  Kimi  yoxlayırsan  (dindirir‐
sən – Ə.Ə.),  onun  qədərdən  (taledən – Ə.Ə.)  giley‐
güzar etdiyini, onu qınadığını görürsən; çoxu deyir ki, 
filan  şey  belə  olmalıydı,  olmadı.  Hər  bir  adam  az‐çox 
gileygüzar edir. Oxucu, bir özünü də yoxla görüm, sən 
belə giley‐güzar etmirsənmi? 
Bil ki, sən özünü taleyi qınamaqdan xilas edə bilsən, 
böyük  bir  günahdan  yaxa  qurtarmış  olursan.  Əks 


halda  sənin  Allah  əzabından  nicat  tapacağını  zənn 
etmirəm. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Ali‐İmran surəsinin bir ayəsinin təfsiri; 
2. əl‐Fəth surəsinin bir ayəsinin təfsiri; 
3.  Allah  haqqında  bəd  gümana  düşməyin  saysız‐
hesabsız növlərinin olması; 
4.  Allah  haqqında  bəd  gümana  düşmək  kimi  bir 
günah  işlətməkdən  yalnız  və  yalnız  Allahın  adlarını, 
sifətlərini  və  Onun  Özünü  tanımaqla  azad  olmağın 
mümkünlüyü. 
 
 
QƏDƏRİ İNKAR EDƏNLƏR HAQQINDA 
FƏSİL
 
 
bn  Ömər  demişdir:  “İbn  Ömərin  ruhu  əlində 
olana  (Allaha – Ə.Ə.)  and  olsun  ki,  bir  adamın 
Ühüd  dağı  boyda  qızılı  olsa  və  o  öz  sərvətini  Allah 
yolunda  sərf  etsə  belə,  o  adam  qədərə  inanmayınca 
Allah bunu ondan qəbul etməz”. O sonra Peyğəmbərin 
(s.s)  bu  sözünü  dəlil  gətirmişdir:  “İman  odur  ki, 
Allaha,  Onun  mələklərinə,  kitablarına,  elçilərinə  və 
Axirət  gününə  inanasan;  qədərə,  onun  xeyrinə  və 
şərinə  (adamın  başına  yaxşı  və  pis  işlərin  gəlməsinin 
tale  ilə  bağlı  olduğuna – Ə.Ə.)  inanasan”.  Hədisi 
Müslim (8) rəvayət etmişdir. 
 
İ
Übadə  ibn  Samitin  öz  oğluna  belə  dediyi  rəvayət 
olunur:  “Ey  oğul,  sən  öz  başına  gələn  müsibətin  səh‐
vən gəlmədiyini, heç bir bəlanın sənə səhvən toxunma‐
dığını bilməyincə imanın ləzzətini bilməyəcəksən. Mən 
 
=  113  =


 =  114  = 
Rəsulullahın  (s.s)  özünün  belə  dediyini  eşitmişəm: 
“Allahın ilk xəlq etdiyi şey qələm oldu. Allah ona əmr 
etdi: – Yaz!  Qələm  soruşdu: – Ey  mənim  Rəbbim,  nə 
yazım? Allah dedi: – Qiyamət gününədək hər bir şeyin 
qədərini  yaz!”  Ey  oğul,  mən  Rəsulullahın  (s.s)  bu 
haqda  belə  dediyini  də  eşitmişəm:  “Kim  bu  haqda 
başqa  cür  düşünsə,  mənim  ümmətimdən  deyil”  (Əbu 
Davud – 4700). Əhmədin rəvayətlərinin birində (5/317) 
deyilir:  “Allah‐təalanın  birinci  xəlq  etdiyi  şey  qələm 
oldu  və  O,  qələmə  dedi: – Yaz!  Həmin  saatda  (anda –
 Ə.Ə.)  Qiyamət  gününədək  olacaq  hər  bir  şey  baş 
verdi”.  İbn  Vəhbin  etdiyi  bir  rəvayətə  görə  isə  Rəsu‐
lullah  (s.s)  demişdir:  “Kim  qədərə,  onun  xeyrinə, 
şərinə inanmasa, Allah onu odda yandırar”. Əhmədin 
“Müsnəd”ində və digər müəlliflərin hədis kitablarında 
İbn Deyləminin belə dediyi göstərilir: “Mən Übeyy İbn 
Kə’bin  yanına  gəlib  dedim: – Ürəyimə  nəsə  bir  iş  baş 
verəcəyi  damıb,  mənə  bu  haqda  bir  hədis  danış  ki, 
bəlkə,  Allah  bu  şübhəni  ürəyimdən  çıxarsın...  O  bu 
hədisi  danışdı: – Ühüd  dağı  boyda  qızıl  xərcləsən  də, 
qədərə  inanmayınca,  müsibətin  sənin  başına  səhvən 
gəlmədiyini, onun heç vaxt heç kəsə səhvən toxunma‐
dığını  bilməyincə,  Allah  sənin  verdiyini  səndən  qəbul 
etməz.  Buna  əks  fikirdə  olub  ölsən,  Cəhənnəm  əhlin‐
dən  olarsan”.  Sonra  Abdulla  ibn  Məs’udun,  Hüzeyfə 
ibn  Yəmanın,  Zeyd  ibn  Sabitin  yanına  getdim,  onlar‐
dan  hər  biri  mənə  Peyğəmbərin  (s.s)  belə  dediyini 
danışdılar”.  Səhih  hədisdir.  Onu  Hakim  öz  hədis 
kitabında rəvayət etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Qədərə inanmağın fərz olmasının bildirilməsi; 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə