2. Qədərə inanmağın xeyri;
3. Ona inanmayanın zəhmətinin hədər getməsi;
4. İnsanın qədərə inanmayınca imanın ləzzətini gör‐
məyəcəyinin bildirilməsi;
5. Allahın ilk xəlq etdiyi şeyin (qələmin – Ə.Ə.)
qeyd olunması;
6. Qələm yazmağa başlayan anda Qiyamət günü‐
nədək olacaq hər şeyin baş verməsi;
7. Peyğəmbərin (s.s) qədərə inanmayan adamlardan
imtina etməsi;
8. Sələflərin şübhəni aradan qaldırmaqdan ötrü
alimlərə (əshabələrə – Ə.Ə.) müraciət etmək adəti;
9. Alimlərin onlara müraciət edən adama şübhəni
ondan uzaqlaşdıran cavablar verməsi və bu zaman
yalnız Rəsulullahdan (s.s) hədislər söyləməsi.
SURƏT YARADANLAR HAQQINDA FƏSİL
bu Hüreyrədən (Allah ondan razı olsun!)
rəvayət olunur ki, “Rəsulullah (s.s) demişdir:
“Allah‐təala deyib: – Mənim xəlq etdiyim kimi bir şey
xəlq etmək istəyənlərdən zalım (başqasının haqqını
mənimsəyən; burada: yalnız Allaha xas olan yaratmaq,
xəlq etmək haqqını mənimsəyən – Ə.Ə.) kim ola
bilər?” Onlar bacarırlarsa, bir zərrə yaratsınlar, yaxud
bir buğda, arpa dənəsi yaratsınlar” (Buxari – 7/215,
Əhməd – 2/391).
Ə
Müslim (92) və Əhməd (6/36) Aişədən (Allah ondan
razı olsun!) Rəsulullahın (s.s) belə dediyini rəvayət
etmişlər: “Qiyamət günü ən şiddətli əzaba Allahın xəlq
= 115 =
= 116 =
etdiklərini başqaları ilə müqayisə edənlər (onlara
bənzər şeylər düzəldənlər – Ə.Ə.) layiq görüləcəklər”.
Yenə də Müslim (96) və Əhməd (1/308) İbn Abbasın
Rəsulullahdan (s.s) eşitdiyi bu sözləri rəvayət etmişlər:
“Surət yaradan hər bir adamın yeri Cəhənnəmdir.
Orada onun yaratdığı hər bir surətə bir ruh veriləcək
və o ruhlar ona əzab verəcəklər”.
Nəsainin (8/215) və Əhmədin (1/241) İbn Abbasdan
rəvayət etdikləri bir hədisdə isə belə deyilir: “Kim bu
dünyada bir surət yaratsa, o dünyada ona həmin yarat‐
dığı surətə ruh üfürmək (vermək – Ə.Ə.) tapşırılar, o
isə bunu edə bilməz”.
Müslimin Əbülhəyyacdan etdiyi rəvayətdə Əbül‐
həyyacın belə dediyi göstərilir: “Əli mənə dedi: – Gəl‐
sənə səni bir vaxt Rəsulullahın (s.s) məni göndərdiyi
bir işə – bütün surətləri Yer üzündən silməyə və
hündür qəbirləri yerlə yeksan etməyə göndərim?”
(Müslim – 3/61, Əhməd – 741).
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur:
1. Surət yaradanların kəskin şəkildə pislənməsi;
2. Bunun surət yaradanın Allaha qarşı ədəbsizlik
etmiş olması ilə izah edilməsi və Allahın “Mənim xəlq
etdiyim kimi bir şey xəlq etmək istəyənlərdən zalım
kim ola bilər?...” sözünün bu mə’nasına diqqətin
yönəldilməsi;
3. Allahın qüdrətinə və onun yaratdıqlarının surət‐
lərini yaradanların acizliyinə, onların bir buğda, arpa
dəni yarada bilmədiklərinə diqqətin yönəldilməsi;
4. Surət yaradanların Qiyamət günü ən şiddətli
əzaba layiq görüləcəklərinin bildirilməsi;
5. Allahın Cəhənnəmdə surət yaradanlara əzab ver‐
məkdən ötrü, yaradılmış hər bir surətə ruh verəcəyi;
6. O dünyada surət yaradana yaratdığı surətə ruh
üfürmək əmr olunacağı;
7. Belə surətlər yaradılmışsa, onların Yer üzündən
silinməsinin əmr edilməsi.
ÇOX AND İÇMƏYİN QADAĞAN OLMASI
HAQQINDA FƏSİL
barədə Allah kəlamı: “Allah sizinlə təsa‐
düfən and içdiyinizə görə deyil, bilə‐bilə
and içdiyinizə görə haqq‐hesab çəkər. Belə andı poz‐
mağın günahını yumaq üçün siz on yoxsulu orta
hesabla öz ailənizi yedizdirdiyiniz qaydada doyur‐
malı, yaxud geyindirməli və ya bir qulu azad etmə‐
lisiniz. Kimin bunlara imkanı olmasa, üç gün oruc
tutmalıdır. Andı pozmağın günahını yumağın qaydası
budur. And içdiniz, andınıza əməl edin! Allah öz
mö’cüzələrini sizə belə izah edir ki, bəlkə, siz şükür
edəsiniz!” (əl‐Maidə, 89).
Bu
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) belə
rəvayət olunur: “Mən Rəsulullahın (s.s) belə dediyini
eşitmişəm: – And içmək alqı‐satqıda qazanmaq üçün
ikiüzlülük etmək (yalan danışmaq – Ə.Ə.) və qazancda
ziyan etmək (nəticədə itirmək – Ə.Ə.) deməkdir”
(Buxari – 3/78, Müslim – 131).
Salmandan Rəsulullahın (s.s) belə dediyi rəvayət
olunmuşdur: “Allah üç adamı nə dindirər, nə tə’riflər;
onlara üzücü bir əzəb veriləcəkdir. O üç adam
= 117 =
= 118 =
bunlardır: zina ilə məşğul olan saçı ağarmış adam,
yekə‐yekə danışan yoxsul adam, Allahın and içmədən
mal alıb‐satmağa imkan vermədiyi adam”. Bu hədisi
Təbərani (4/78) e’tibarlı bir isnadla rəvayət etmişdir.
Buxarinin hədis kitabında (2508) İmran ibn Huseyn‐
dən (Allah ondan razı olsun!) Rəsulullahın (s.s) belə
dediyi rəvayət olunmuşdur: “Mənim ümmətimin ən
yaxşı adamları mənim yaşıdlarımdır, ondan sonra
onların dalınca gələnlər, onlardan sonra da onların
dalınca gələnlər”. İmran sonra əlavə etmişdir: –
Yadımda deyil, o, “yaşıdlarımdan sonra gələnlər”i iki,
yoxsa üç dəfə (nəsil – Ə.Ə.) dedi? Onun rəvayət etdi‐
yinə görə Peyğəmbər sonra belə demişdir: “Sizdən
sonra elə bir tayfa gələcək ki, yalandan şahidlik etdik‐
ləri üçün onların sözünə inanan olmayacaq, xəyanət
etdikləri üçün, onlara e’tibar edilməyəcək, nəzir deyə‐
cəklər – verməyəcəklər, ancaq yoğunlayıb dərilərinə
sığmayacaqlar”.
Yenə həmin kitabda İbn Məs’uddan Peyğəmbərin
(s.s) belə dediyi rəvayət olunur: “Adamların ən yaxşı‐
ları mənim yaşıdlarımdır, sonra onların dalınca
gələnlər, sonra da onların dalınca gələnlərin dalınca
gələnlər; sonra elə bir tayfa gələcək ki, hər birinin
şəhadəti andını qabaqlayacaq, andı şəhadətini”
(Buxari – 3/224, Müslim – 212).
İbrahim Nəx’i demişdir: “Biz kiçik olanda bizi şa‐
hidlik eləmək və and içmək (mətbu variantda yoxdur,
əlyazmada mövcuddur – Məhəmməd Əfifi) üstündə
döyərdilər”.
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur:
1. Anda əməl etməyin vəsiyyət olunması;
Dostları ilə paylaş: |