MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə22/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

 
ƏN‐NİSA SURƏSİNİN 60‐CI, 
ƏL‐BƏQƏRƏ SURƏSİNİN 11‐Cİ, 
ƏL‐Ə’RAF SURƏSİNİN 56‐CI VƏ 
ƏL‐MAİDƏ SURƏSİNİN 50‐Cİ  
AYƏLƏRİNƏ DAİR FƏSİL 
 
(Ya Məhəmməd!) Sən sənə nazil olana (Qur’ana) və 
səndən  əvvəl  nazil  olanlara  inandıqlarını  deyənləri 
görmürsənmi?  Onlar  özlərinin  tağut  (bütlər  və  s. –
 Ə.Ə.)  önündə  mühakimə  olunduqlarını  istərlər.  Hal‐
buki  onlara  onu  inkar  etmək  əmr  olunmuşdur.  Şeytan 
isə  onları  azdırıb  doğru  yoldan  çox  uzaq  olan  bir 
zəlalətə sürükləmək istər” (ən‐Nisa, 60). 
“Onlara: – Yer  üzündə  pozğunçuluq  etməyin! –
 deyildikdə  deyərlər: – Biz  sadəcə  islah  edənlərdənik” 
(əl‐Bəqərə, 11). 
“Yer  üzündə  işlər  qaydaya  düşdükdən  sonra  orada 
pozğunçuluq törətməyin” (əl‐Ə’raf, 56). 
“Onlar  cahiliyyə  dövrünün  hökmünümü  istərlər?” 
(əl‐Maidə, 50). 
Abdulla  ibn  Ömərdən  (Allah  ondan  razı  olsun!) 
rəvayət  olunur  ki,  Rəsulullah  (s.s)  belə  demişdir: 
“Sizlərdən  istəyi  mənim  gətirdiyimə  (Qur’ana  və 
Sünnəyə – Ə.Ə.)  uyğun  olmayan  heç  kəs  mö’min 
deyil” (Buxari – 14, Müslim – 44). Nəvəvi bunun səhih 
hədis olduğunu demişdir. 
Şə’bi  demişdir:  “Bir  münafiqlə  bir  yəhudi  arasında 
mübahisə  olmuşdur.  Yəhudi  Məhəmmədin  rüşvət 
almadığını  və  tərəfbazlıq  etmədiyini  (bu  ifadə  mətbu 
variantda  yoxdur – Məhəmməd  Əfifi)  bildiyi  üçün 
 
=  87  =


 =  88  = 
demişdir: – Gedək  hesabımızı  Məhəmmədə  kəsdirək. 
Münafiq  isə  yəhudilərin  rüşvət  alıb  tərəfbazlıq  etdik‐
lərini (bu ifadə mətbu variantda yoxdur – Məhəmməd 
Əfifi) bildiyi üçün demişdir: – Yox, hesabımızı yəhudi‐
lərə kəsdirək. Beləliklə, onlar Cüheynədəki bir kahinin 
yanına  gedib  ona  müraciət  etmək  barədə  razılığa 
gəlirlər.  Belə  olduqda  “...deyənləri  görmürsənmi?...” 
(ən‐Nisa,  60)  ayəsi  nazil  olur.  Belə  də  deyirlər  ki,  bu 
ayə  başqa  iki  adamın  mübahisəsi  ilə  əlaqədər  nazil 
olmuşdur.  Onlardan  biri  Peyğəmbərə  (s.s),  o  biri  isə 
Kə’b  ibn  Əşrəfə  şikayət  etməyi  təklif  edir,  sonra  isə 
Ömərə  şikayət  edirlər.  Adamlardan  biri  əhvalatı 
Ömərə  danışır,  Ömər  Rəsulullaha  (s.s)  şikayət  etməyə 
razı  olmayan  adamdan  soruşur  ki,  onun  Peyğəmbərə 
(s.s)  şikayət  etmək  istəməməsi  doğrudurmu?  O 
deyir: – Bəli. Ömər onu qılıncla vurub öldürür. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. ən‐Nisa surəsinin bir ayəsinin təfsiri və bu ayənin 
tağutun nə olduğunu başa düşməyə kömək etməsi; 
2.  əl‐Bəqərə  surəsinin  “Onlara: – Yer  üzündə  poz‐
ğunçuluq etməyin! – deyildikdə...” ayəsinin təfsiri; 
3.  əl‐Ə’raf  surəsinin  “Yer  üzündə  işlər  qaydaya 
düşdükdən  sonra  orada  pozğunçuluq  törətməyin...” 
ayəsinin təfsiri; 
4. “Onlar cahiliyyə dövrünün hökmünümü istərlər?..” 
ayəsinin təfsiri; 
5.  Şə’binin  birinci  ayənin  nazil  olmasının  səbəbi 
haqqında dedikləri; 
6.  Doğru  və  yalançı  imanın  təfsiri  (aydınlaşdırıl‐
ması – Ə.Ə.); 
7. Ömərlə münafiqin əhvalatı; 


8. İstəyi Rəsulullahın (s.s) gətirdiyinə (Qur’ana və Sün‐
nəyə) uyğun olmayan heç kəsin mö’min ola bilməməsi. 
 
 
ALLAHIN ADLARINDAN VƏ 
SİFƏTLƏRİNDƏN HƏR HANSI BİRİNİ 
İNKAR EDƏNLƏR HAQQINDA FƏSİL
 
 
barədə  Allah  kəlamı:  “...  Onlar  Rəhmanı 
(mərhəmətli Allahı – Ə.Ə.) inkar edirlər...” 
(ər‐Rə’d, 30). 
Bu 
Buxarinin  hədis  kitabında  (11/138)  deyilir:  “Əli  de‐
mişdir  ki,  adamlara  hədis  danışanda  onların  bildik‐
lərindən  danışın.  Yoxsa  Allahın  və  Onun  Rəsulunun 
təkzib olunmasını istəyirsiniz?” 
Əbdürrəzzaq  Mə’mərdən,  Mə’mər  İbn  Tavusdan, 
İbn  Tavus  da  öz  atasından  İbn  Abbasın  belə  dediyini 
rəvayət  edirlər  ki,  bir  kişi  Peyğəmbərdən  (s.s)  Allahın 
sifətlərinə  dair  bir  hədisi  dinləyərkən  buna  e’tiraz 
əlaməti  olaraq  titrəyib‐əsdi.  Bunu  görən  Peyğəmbər 
(s.s) dedi: “Görəsən, bunlar nədən qorxdular? Axı niyə 
aydın  ayələr  (Qur’an – Ə.Ə.)  oxunanda  ədəb‐ərkanla 
dinləyirlər,  onların  bənzərləri  (hədislər – Ə.Ə.)  oxu‐
nanda isə canları çıxır?” 
Qüreyş  camaatı  Rəsulullahdan  (s.s)  Rəhman  adını 
eşidəndə  bunu  qəbul  etmədilər  və  Allah  onlar  haq‐
qında  bu  ayəni  nazil  etdi:  “...  Onlar  Rəhmanı  inkar 
edirlər...” (ər‐Rə’d, 30). 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  Allahın  adlarından  və  sifətlərindən  hər  hansı 
birini inkar edənin imanının olmaması; 
 
=  89  =


2. Dinləyənin başa düşmədiyi hədisi danışmamağın 
məsləhət görülməsi; 
3. ər‐Rə’d surəsinin bir ayəsinin təfsiri; 
4.  Mə’nası  anlaşılmayan  hədisin  adamların  Allahı 
və  Onun  Rəsulunu  (s.s)  qəsdən  də  olmasa,  təkzib 
etməsi ilə nəticələnməsi; 
5.  İbn  Abbasın  adlar  və  sifətlərdən  hər  hansı  birini 
qəbul  etməyənlərə  həmin  inkar  etdikləri  şeyin  onları 
həlak etməsini (canlarını çıxarmasını – Ə.Ə.) deməsi. 
 
 
ƏN‐NƏHL SURƏSİNİN 83‐CÜ  
AYƏSİNƏ DAİR FƏSİL
 
 
“Onlar  Allahın  ne’mətini  qəbul  edər,  sonra  inkar 
edərlər...” (ən‐Nəhl, 83). 
Mücahid  bu  ayənin  mə’nasını  belə  izah  etmişdir: 
“Bu  sözlər  “Bunlar  mənim  malımdır,  mənə  ata‐
babamdan miras qalıb” deyən adamlara aiddir”. 
Övn ibn Abdulla isə demişdir: “Bu sözlər “filan şey 
olmasaydı, filan cür olmazdı” deyənlərə aiddir”. 
İbn  Qüteybə  demişdir:  “Bu  sözlər  “Bu  bizim  tanrı‐
mızın şəfaəti ilə belə oldu” deyənlər haqqındadır”. 
Əbülabbas isə Zeyd ibn Xaliddən rəvayət olunmuş, 
Allah‐təalanın:  “Mənim  qullarımdan  biri  mənə  iman 
gətirdi  və  kafir  oldu...  (əvvələ  bax)”  kəlamı  ilə  bağlı 
hədisi danışdıqdan sonra qeyd etmişdi ki, Qur’anda və 
Sünnədə  Allah‐sübhanəhünün  Onun  ne’mətlərini 
başqalarına əlavə edib (aid edib – Ə.Ə.) Ona şərik çıxa‐
ranları pislədiyinə aid çoxlu misallar var. 
 =  90  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə