MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə18/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

 
=  71  =
sözüm  yoxdur”.  Soruşmuşlar  ki,  fal  deyəndə  nə 
nəzərdə tutursan, cavab vermişdir: “Bir adamın başqa‐
sına ürək oxşayan, ümid verən söz deməsini”. 
Əbu Davud da e’tibarlı bir isnadla Üqbə ibn Amirin 
belə  dediyini  rəvayət  etmişdir:  “Bir  dəfə  Rəsulullahın 
(s.s) yanında tirənin növlərindən söz düşdü. O dedi: –
 Onların  içərisində  ən  yaxşısı  faldır  ki,  bir  müsəlmanı 
yolundan qaytarmır, gördüyü işdən çəkindirmir. Əgər 
biriniz bir xoşagəlməz işə rast gəlsə, belə desin: “İlahi, 
bizə nə yaxşı şeyləri Səndən başqa kimsə verə bilməz, 
nə  də  pis  şeyləri  Səndən  başqa  kimsə  bizdən  uzaq‐
laşdıra bilməz; hər şey Sənin iradənlədir”. 
İbn  Məs’udun  Peyğəmbərin  özündən  danışdığı 
hədisdə  deyilir:  “Tirəyə  inanmaq  şirkdir,  tirəyə  inan‐
maq  şirkdir,  ona  inanan  adam  heç  vəhclə  bizdən 
deyil... Lakin Allaha təvəkkül etsən, onu səndən uzaq‐
laşdırar”.  Bu  hədisi  Əbu  Davud  və  Tirmizi  rəvayət 
etmiş, Tirmizi həm də ona düzəliş vermiş, sonunu (üç 
nöqtədən sonra – Ə.Ə.) İbn Məs’udun sözü ilə tamam‐
lamışdır. 
Əhmədin  hədis  kitabında  İbn  Ömərin  danışdığı 
hədisdə  Peyğəmbərin  (s.s)  bu  sözlərini  oxuyuruq: 
“Kim  işin  nəhs  gətirməyinə  inanıb  yolundan  qayıtsa, 
şirkə  qurşanmış  olur”.  Dedilər:  “Bəs  bu  günahı  nə  ilə 
yumaq  olar?”  Dedi:  “İlahi,  xeyir  də  Səndəndir,  nəhs 
də. Səndən başqa ilahi yoxdur” (Əhməd – 2/220). Yenə 
də Əhmədin Fəzl ibn Abbasdan rəvayət etdiyi hədisdə 
Peyğəmbərin  belə  dediyini  görürük:  “Tirə – adamı 
fikrindən  döndərən,  onu  yoldan  qaytaran  şeyə  (nəhs 
fala – Ə.Ə.) deyilir”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 


1.  Diqqətin  Allah‐təalanın:  “...  Onların  bu  uğursuz‐
luğu Allahdan deyilmi?” kəlamına və “... işinizin nəhs 
gətirməsində  özünüz  günahkarsınız”  kəlamına  yönəl‐
dilməsi; 
2. Xəstəliyin yoluxmasının inkarı; 
3. Tirənin inkarı; 
4. Bayquş ulamasının uğursuzluq gətirməsinin inkarı; 
5.  Səfər  ayının  nəhs  ay  olmasının  inkarı  (ümumiy‐
yətlə  hər  hansı  bir  zaman  fasiləsinin  nəhs  olmasının 
inkarı – Ə.Ə.); 
6. Fala baxmağın və baxdırmağın inkar edilməsi və 
məqbul sayılmaması; 
7. Peyğəmbər (s.s) fal deyəndə nə nəzərdə tuturdu; 
8. Qəlbdə bu kimi şeylərin (falabaxana, kahinə, işin 
nəhs  gətirməsinə  və  s.  inam – Ə.Ə.)  arzuolunmaz  hal 
olmasına baxmayaraq, onların insana ziyan verməməsi 
və  Allahın  bunları  Ona  təvəkkül  edən  adamlardan 
uzaqlaşdırması; 
9. Özündə belə şeylərin olduğunu görən adamın öz 
günahını yumaq üçün deməli olduğu sözlər; 
10.  Tirənin  (sınağın,  nəhsliyə  inanmağın  və  s. –
 Ə.Ə.) şirk olmasının bəyanı; 
11. Pislənən tirənin izahı. 
 
 
ASTROLOGİYA (ULDUZ FALI)  
HAQQINDA FƏSİL
 

 
uxari  özünün  hədis  kitabında  deyir:  “Qətadə 
demişdir: “Allah ulduzları üç məqsədlə yarat‐
mışdır:  səmaya  zinət  olmaq  üçün,  şeytanların  başına 
 =  72  = 


daş  salmaq  üçün  (yada  sal:  meteorun  Allah  kəlamını 
kahinə  ötürən  şeytanı  məhv  etməsi – Ə.Ə.)  və  istiqa‐
mətlərin tə’yin olunmasında nişanlar kimi istifadə edil‐
mək  üçün;  kim  onların  yaradılmasının  məqsədini 
başqa  cür  izah  etsə,  səhv  etmiş  və  öz  nəsibini  itirmiş, 
bilmədiyi  şey  haqqında  danışmış  olar”.  Hərbin  qeyd 
etdiyinə  görə,  Qətadə  ayın  mənzillərinin  (ay  hansı 
bürcdə  olanda  nə  baş  verməsini – Ə.Ə.)  öyrənilməsini 
də  pisləmiş,  buna  İbn  Üyeynə  də  izn  verməmişdir. 
Ayın  mənzillərinin  öyrənilməsinə  Əhməd  və  İshaq 
e’tiraz etməmişlər. 
Əbu Musadan Rəsulullahın (s.s) belə dediyi rəvayət 
olunur:  “Üç  adam  Cənnətə  düşməz:  sərxoşluq  edən, 
qohumluq bağlarını kəsən, sehrin doğruluğunu təsdiq 
edən”.  Bu  hədisi  Əhməd  və  İbn  Hibban  rəvayət 
etmişlər. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Ulduzların yaradılmasının hikməti; 
2. Bunun əksini iddia edənlərə cavab; 
3.  Ayın  mənzillərinin  öyrənilməsi  məsələsində  mü‐
həddislərin müxtəlif fikirdə olması; 
4.  Sehrin  puç  olduğunu  bilə‐bilə  ona  inananların 
hədələnməsi. 
 
 
ULDUZ BÜRCLƏRİNDƏN YAĞMUR 
DİLƏYƏNLƏRƏ DAİR FƏSİL
 

 
llah‐təalanın  kəlamı:  “Sizə  ruzi  verənə  şükür 
etmək  əvəzinə,  onu  yalana  çıxarıb,  ruzini  bir 
başqasının verdiyini deyəcəksinizmi?” (əl‐Vaqiə, 82). 
 
=  73  =


 =  74  = 
Əbu  Malik  Əş’əridən  (Allah  ondan  razı  olsun!) 
rəvayət olunur ki, Rəsulullah (s.s) demişdir: “Ümmətim 
cahiliyyə dövründən qalmış dörd adəti tərk etməyəcək: 
öz  ləyaqəti  ilə  fəxr  etmək,  başqasının  keçən  keçmişinə 
tə’nə  etmək,  ulduzlardan  yağmur  diləmək  və  ölü 
üstündə  mərsiyə  deyib  ağlamaq”.  Həmçinin  demişdir: 
“Mərsiyə deyən qadın özü öləndən qabaq tövbə etməsə, 
Qiyamət  günü  ona  qatrandan  paltar  və  qoturdan  zireh 
(bədəni  köz  yara  olacaq – Ə.Ə.)  geydirəcəklər”.  Hədisi 
Müslim  (934)  rəvayət  etmişdir.  Buxari  və  Müslimin 
Zeyd  ibn  Xaliddən  (Allah  ondan  razı  olsun!)  etdikləri 
rəvayətdə  Zeyd  belə  deyir:  “Bir  dəfə  Rəsulullah  (s.s) 
Hüdeybiyyədə  bizim  qarşımızda  sübh  namazı  qıldı.  O 
gecə güclü yağış yağmışdı. Rəsulullah (s.s) namaz qılıb 
qurtarandan  sonra  adamların  qarşısında  dayanıb  dedi: 
“Bilirsiniz Rəbbiniz nə dedi?” Dedilər: “Allah və Onun 
Rəsulu  hamıdan  yaxşı  bilirlər”.  Rəsulullah  (s.s)  dedi: 
“Rəbbiniz  dedi  ki,  qullarımdan  biri  mənə  iman  gətirdi 
və  kafir  oldu.  Kim  dedi  ki,  bizim  üçün  Allahın  fəziləti 
və  mərhəməti  ilə  yağış  yağdı,  o  mənə  iman  gətirdi  və 
ulduza qarşı kafir oldu. Əksinə, kim dedi ki, bizim üçün 
filan  bürc  filan  ulduz  yağış  yağdırdı,  o  mənə  qarşı 
kafirlik etdi və ulduza iman gətirdi”. 
Buxari  ilə  Müslimin  İbn  Abbasın  dilindən  rəvayət 
etdikləri  hədis  də  bu  mə’nanı  verir.  Orada  deyilir  ki, 
bə’zi  adamlar  dedilər  ki,  filan  bürc,  filan  ulduz  doğru 
dedi.  Belə  olduqda  Allah  bu  ayələri  nazil  etdi:  “Mən 
ulduzların mövqelərinə necə and içməyim? Bilsəydiniz 
o  necə  böyük  bir  anddır!  O,  Qur’ani‐Kərimdir.  Qoru‐
nub  saxlanan  bir  kitabdadır.  Ona  yalnız  pak  olanlar 
toxunar.  O,  aləmlərin  Rəbbindən  nazil  olmuşdur.  Siz 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə