MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə16/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

ümmətinin ərazisinin şimala və cənuba deyil, şərqə və 
qərbə doğru genişlənməsi, bu ümmətə iki xəzinə (Kəs‐
ranın  və  Qeysərin  taxt‐tacları  və  sərvətləri)  verilməsi, 
Allahdan  ümməti  üçün  istədiyi  iki  şeyə  (indicə  qeyd 
olunmuş  torpaqlara  və  xəzinələrə  işarədir – Ə.Ə.) 
müsbət,  üçüncüyə  mənfi  cavab  alınması – artıq  onlar 
arasında  ədavətin  düşməsi  və  bunun  qiyamət  qopa‐
nadək  davam  edəcəyinin  doğru  çıxması,  onun  öz 
ümmətindən  bə’zilərinin  bir‐birini  həlak  edəcəyi, 
bə’zilərinin  bir‐birini  əsir  edəcəyi,  öz  ümməti  üçün 
onları  doğru  yoldan  azdıracaq  başçılarından  haqlı 
olaraq  qorxması,  onun  bu  ümmətdən  peyğəmbərlik 
edərək  gələcəkdən  xəbər  vermək  iddiasında  olan 
adamların çıxacağı haqqındakı verdiyi xəbərlərin doğ‐
ruluğu,  bir  tayfanın  haqq  uğrunda  mübarizədə  qalib 
çıxacağının  doğruluğu.  Artıq  bütün  bunlar,  ayrılıqda 
hər  birinin  ağlasığmaz  olması  ilə  yanaşı,  onun  xəbər 
verdiyi kimi olmuşdur; 
13.  Peyğəmbərin  öz  ümməti  üçün  adamları  doğru 
yoldan  azdıran  imamlardan  qorxmasının  xüsusi  vur‐
ğulanması; 
14.  Bütlərə  ibadətin  nə  mə’na  verməsinə  diqqətin 
yönəldilməsi. 
 
 
SEHR HAQQINDA FƏSİL 
 
llah‐təalanın kəlamları: “... Onlar bilirdilər ki, 
onu  (sehri – Ə.Ə.)  öyrənənin  Axirətdə  bir 
nəsibi olmaz...” (əl‐Bəqərə, 102). 

“... Cibtə və tağuta aldanıb...” (ən‐Nisa, 51). 
 
=  63  =


 =  64  = 
Ömər  (Allah  ondan  razı  olsun!)  demişdir:  “Cibt –
 sehrdir,  tağut – şeytan”.  Cabir  (Allah  ondan  razı 
olsun!)  demişdir:  “Tağutlar  şeytanların  səmadan  enib 
xəbərlər  gətirdikləri  kahinlərdir;  onlardan  hər  məhəl‐
lədə (tayfada, insanda, canlıda – Ə.Ə.) biri var”. 
Əbu  Hüreyrədən  (Allah  ondan  razı  olsun!)  rəvayət 
olunur  ki,  Rəsulullah  (s.s)  demişdir:  “Özünüzü  onları 
işləyənin  məhvi  ilə  nəticələnən  yeddi  günahdan  göz‐
ləyin!”  Soruşmuşlar:  “Ya  Rəsulullah,  onlar  hansılar‐
dır?”  Demişdir:  “Allaha  şərik  qoşmaq,  sehrlə  məşğul 
olmaq,  Allahın  haqlı  hesab  etmədiyi  halda  adam  öl‐
dürmək,  rüşvət  və sələm almaq, yetim malını  mənim‐
səmək,  döyüş  günü  meydandan  qaçmaq,  namuslu, 
qafil, mö’min qadınları namussuzluqda günahlandırıb 
onlara böhtan atmaq” (Buxari – 2615, Müslim – 89). 
Cündəbdən  isə  Peyğəmbərin  (s.s)  özündən  eşitdiyi 
belə  bir  hədis  rəvayət  olunur:  “Sehrkarın  öhdəsindən 
qılınc zərbəsi ilə gəlmək olar”. Bu hədisi Tirmizi (1460) 
rəvayət  etmiş  və  onun  Peyğəmbərin  özündən  deyil, 
əshabələrindən eşidilmə hədis olduğunu söyləmişdir. 
Buxarinin  hədis  kitabında  isə  Bücalə  ibn  Əbədənin 
belə  dediyi  göstərilir:  “Ömər  ibn  Xəttab  (Allah  ondan 
razı  olsun!)  yazılı  əmr  (fərman)  vermişdi  ki,  hər  bir 
sehrkar kişini və qadını öldürün. Biz də üç sehrkar kişi 
öldürdük”. Həfsədən (Allah ondan razı olsun!) də onu 
sehirləmiş  bir  cariyəsini  (kənizini – Ə.Ə.)  öldürməyi 
əmr etdiyi və cariyənin öldürüldüyü rəvayət olunmuş‐
dur.  Həmin  hadisə  Cündəbdən  də  rəvayət  olunmuş‐
dur.  Əhməd  bu  hədisin  Peyğəmbərin  (s.s)  üç  əshabə‐
sindən  (Ömər,  Həfsə,  Cündəb – Ə.Ə.)  rəvayət  olun‐
duğunu söyləmişdir. 


Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. əl‐Bəqərə surəsindən bir ayənin təfsiri; 
2. ən‐Nisa surəsindən bir ayənin təfsiri; 
3. Cibtin və tağutun, onların arasındakı fərqin təfsiri 
(izahı); 
4.  Tağutun  həm  cinlərdən,  həm  də  insanlardan  ola 
bilməsi; 
5.  Qəti  qadağan  olunan  yeddi  həlakedici  günahla 
tanışlıq; 
6. Sehrkarın kafirlik (Allahı inkar – Ə.Ə.) etməsi; 
7. Onun qətlə məhkum edilməsi və tövbəsinin qəbul 
olunmaması; 
8.  Sehrbazlığın  müsəlmanlar  arasında  Ömərin  döv‐
ründə belə mövcud olduğunu görürüksə, ondan sonra 
bunun nə dərəcədə yayılmasının təsəvvürə gətirilməsi. 
 
 
SEHRİN NÖVLƏRİNDƏN BƏ’ZİLƏRİNİN 
BƏYANI FƏSLİ 
 
hməd  demişdir:  “Məhəmməd  ibn  Cə’fər 
Övfdən, Övf Həyyan ibn Əladan, Həyyan da 
Qütn  ibn  Qəbisədən,  Qütn  ibn  Qəbisənin  atasının 
Peyğəmbərdən  (s.s)  bu  sözləri  eşitdiyini  danışmışdır: 
“İyafə (quşları hürkütməklə fal açmaq – Ə.Ə.) də, tərq 
(yer  üstündə  xətlər  çəkmək – Ə.Ə.)  də,  tirə  (işin  nəhs 
gətirməsinə inam – Ə.Ə.) də cibtdir”. 
Ə 
Övf  demişdir:  “İyafə – quşları  hürküdüb  uçur‐
maqdır, tərq – yer üstündə çəkilən xətdir”. 
Cibt,  Həsənin  dediyinə  görə,  şeytan  sədasıdır.  Bu 
çox  yaxşı  isnadlı  bir  hədisdir,  Əbu  Davudda,  Nəsaidə 
 
=  65  =


 =  66  = 
və  İbn  Hibbanın  hədis  kitabında  ona  istinadən 
verilmişdir. 
İbn  Abbasdan  (Allah  ondan  da,  atasından  da  razı 
olsun!)  isə  Rəsulullahın  (s.s)  belə  dediyi  rəvayət  olun‐
muşdur:  “Nücum  (ulduz  elmi,  astronomiya,  çox 
ehtimal ki, ancaq astrologiya – Ə.Ə.) elmindən bir fəsil 
öyrənən sehrdən bir fəsil öyrənmiş olur. Birincidən nə 
qədər  öyrənərsə,  ikincidən  də  o  qədər  öyrənər”.  Bu 
hədisi  Əbu  Davud  rəvayət  etmişdir.  Səhih  hədisdir, 
isnadı e’tibarlıdır. 
Nəsai  (7/112)  isə  Əbu  Hüreyrənin  danışdığı  bu 
hədisi  verir:  “Kim  bir  düyün  bağlayıb  ona  üfürərsə, 
sehr  etmiş  olur;  kim  sehr  edərsə,  Allaha  şərik  qoşmuş 
olur. Kim bir şeyə (ürəkdən – Ə.Ə.) bağlanarsa, (Allaha 
yox – Ə.Ə.) ona təvəkkül etmiş olur”. 
İbn  Məs’uddan  da  Rəsulullahın  (s.s)  belə  dediyi 
rəvayət olunur: “Mən sizə dedi‐qodunun nə olduğunu 
deyimmi?  Bu,  böhtan  və  adamlar  arasında  söz  gəz‐
dirməkdir”.  Hədisi  Müslim  (2606)  rəvayət  etmişdir. 
Buxari  və  Müslim  İbn  Ömərdən  (Allah  ondan  da, 
atasından  da  razı  olsun!)  Rəsulullahın  (s.s)  belə  dedi‐
yini rəvayət etmişlər: “Bəlağətdə də bir sehr var”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. İyafənin, tərqin və tirənin cibtə aid olması; 
2. İyafənin, tərqin və tirənin izahı; 
3. Nücum elminin sehrin bir növü olması; 
4. Düyün vurub üfürməyin də sehr olması; 
5. Qeybət qılmağın, söz gəzdirməyin də bu qəbildən 
olması; 
6.  Bə’zən  fəsahətin  (gözəl  danışığın – Ə.Ə.)  də  bu 
qəbildən olması. 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə