MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə13/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

 
=  51  =
də məni həddən artıq tə’rifləməyin! Mən sadəcə olaraq 
bir  bəndəyəm.  Mənə  Allahın  qulu  və  Allahın  Rəsulu 
deyin” (Buxari – 3261, Əhməd – 1/23). 
Ömər  daha  sonra  demişdir:  “Peyğəmbər  əleyhis‐
səlam  buyurmuşdur: – Məbadə  həddinizi  aşasınız. 
Sizdən  əvvəlkiləri  həddini  aşmaq  məhv  etmişdir” 
(Əhməd – 1/215). 
Müslim  (2670)  isə  İbn  Məs’uddan  rəvayət  etmişdir 
ki,  Rəsulullah  (s.s)  belə  demişdir:  “Həddən  artıq  xır‐
daçılıq  edənlər  də  məhv  olmuşlar”.  Peyğəmbər  bunu 
üç dəfə təkrar etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Bu fəsli, habelə bundan sonra gələn iki fəsli başa 
düşən  adama  İslamın  o  biri  tərəfinin  görünməsi;  o 
adamın  Allahın  qüdrətinə  və  onun  insanların  qəlbini 
istədiyi  anda  alt‐üst  etməsinə  (onları  öz  fikirlərindən 
döndərməsinə – Ə.Ə.) heyran olması; 
2.  Yer  üzündə  ilk  şirkin  əməlisaleh  adamların 
Allaha bənzədilməsindən baş verməsi; 
3.  Peyğəmbərlərin  dinini  dəyişdirən  ilk  şey;  pey‐
ğəmbərləri  Allahın  özünün  göndərdiyi  bilindiyi  halda 
buna səbəb nə idi? 
4.  Şəriətin  və  təbiətin  bid’ətləri  (yenilikçilik,    qon‐
darmaçılıq,  küfr – Ə.Ə.) rədd  etməsi ilə yanaşı onların 
qəbul olunması; 
5.  Bütün  bunlara  haqqın  batillə  qarışdırılmasının 
səbəb olması. Bunlardan birincisi əməlisaleh adamlara 
olan  məhəbbət,  ikincisi  isə  elm  və  din  adamlarından 
bə’zilərinin  yaxşılıq  etmək  məqsədilə  etdikləri  bir 
şeyin  onlardan  sonrakılar  tərəfindən  başqa  cür  başa 
düşülməsidir; 


 =  52  = 
6. Nuh surəsindən bir ayənin təfsiri; 
7. İnsan qəlbində haqqın azalıb nahaqqın artmasının 
onun xislətində olması; 
8.  Bu  fəsildə  sələflərdən  gəlmiş  belə  bir  fikrə  sübut 
var  ki,  bid’ətlər  küfrə  səbəb  olur  (belə  ki,  o,  İblisə 
Allaha  asi  olmaqdan  daha  əzizdir;  çünki  asiliyə  görə 
bağışlanmaq olar, bid’ətə görə isə yox); 
9.  Bid’ət  işlətmək  istəyənin  niyyəti  yaxşı  olsa  belə, 
bid’ətin şeytana aid bir şey olması; 
10.  Hər  hansı  bir  işdə  həddi  aşmağın  (ifrata  var‐
mağın) qadağan olmasının ümumi bir qayda olması və 
nəyin həddi aşmaq olması; 
11. Yaxşı bir iş görmək (ibadət etmək – Ə.Ə.) məqsə‐
dilə qəbir üstünə çox gedib‐gəlməyin zərəri; 
12.  Heykəl  ucaltmağın  qadağan  olması  və  heykəl‐
lərin dağıdılmasının hikməti; 
13.  Bu  hekayətin  əhəmiyyətinin  böyüklüyü  və  in‐
sanların  ona  çox  ehtiyacları  olduğu  halda  ondan  qafil 
olması; 
14.  Ən  təəccüblü  şey  onların,  yə’ni  bid’ət  əhlinin 
özlərinin  bu  hekayəti  hədis  və  təfsir  kitablarında  oxu‐
yub  hərfi  mə’nada  başa  düşməsidir.  Belə  ki,  Allah 
onların qəlbini özlərindən elə ayırmışdır ki, onlar Nuh 
qövmünün  etdiyi  hərəkətin  ən  yaxşı  ibadətlərdən  biri 
olduğuna, Allahın və Onun Rəsulunun qadağan etdiyi 
şeyin  isə  insanın  qanının  tökülməsinə  və  malına  qəsd 
olunmasına icazə verən küfr olduğuna inanmışlar; 
15. Onların bununla (bütlərə ibadətlə – Ə.Ə.) yalnız 
şəfaət istəməsinin bəyanı; 
16.  Onların  surət  yaradan  alimlərin  də  bunu  istə‐
məsini zənn etməsi; 


17.  Peyğəmbərin  “Xristianlar  Məryəmin  oğlunu 
həddən  artıq  tə’riflədikləri  kimi,  siz  də  məni  həddən 
artıq  tə’rifləməyin!”  sözünün  buna  parlaq  sübut 
olması.  Ona  Allahın  salavatı  və  salamı  olsun  ki,  belə 
aydın bəlağət dərəcəsinə çatmışdır; 
18.  Peyğəmbərin  bizə  həddən  artıq  xırdaçılıq  edən‐
lərin  (yaxud  burnunu  hər  işə  soxanların – Ə.Ə.)  də 
məhvi barədə nəsihət verməsi; 
19. Heykəllərin sahibləri unudulmayınca heykəllərə 
ibadət  olunmadığının  bəyanı.  Burada  tövhidin  nə 
vaxtadək  mövcud  olduğu  və  onun  unudulmasının 
zərəri də aydınlaşır; 
20.  Bu  mə’lumatların  unudulmasına  onları  bilən‐
lərin ölüb getməsinin səbəb olması. 
 
 
NƏİNKİ BİR ƏMƏLİSALEH ADAMIN 
QƏBRİNƏ, HABELƏ ONUN QƏBRİ 
ÜSTÜNDƏ ALLAHA İBADƏT EDƏNLƏRƏ 
CİDDİ XƏBƏRDARLIQ FƏSLİ 

 
ədis  kitablarında  Aişədən  (Allah  ondan  razı 
olsun!)  belə  rəvayət  olunur  ki,  Ümm  Səlmə 
Rəsulullaha  (s.s)  Həbəşistan  torpağında  gördüyü  bir 
kilsə  və  onun  içindəki  şəkillər  haqqında  danışmışdır. 
Peyğəmbər  onu  dinləyib  demişdir:  “Onlarda  bir  yaxşı 
adam,  yaxud  yaxşı  qul  öləndə  onun  qəbri  üstündə 
səcdəgah  tikmək  və  orada  şəkillər  çəkmək  adətdir. 
Onlar  bununla  iki  fitnəni – qəbirlərə  ibadət  etmək 
fitnəsini  və  heykəl  qoymaq  fitnəsini  birləşdirmişlər” 
(Əhməd – 6/519, Buxari – 424, Müslim – 298). 
 
=  53  =


 =  54  = 
Aişədən  bu  məzmunlu  daha  bir  hədis  rəvayət 
olunur: “Peyğəmbərə (s.s) ölüm mələyi nazil olarkən o 
öz  xəmisəsini  (zolaqlı  paltarını,  köynəyini)  üzünə 
çəkmişdi. Birdən canı sıxıldı və onu üzündən çəkib elə 
uzanmış  halda  dedi:  “Allah  yəhudilərə  və  xristianlara 
lə’nət  eləsin  ki,  onlar  öz  peyğəmbərlərinin  qəbirlərini 
səcdəgaha  çevirmişlər”.  O  bununla  onların  etdiklərini 
etməməyə  xəbərdarlıq  edirdi.  Bu  xəbərdarlıq  olma‐
saydı,  o,  açıq  yerdə – əshabələrin  dəfn  olunduqları 
qəbristanlıqda  dəfn  olunardı.  Lakin  qorxu  vardı  ki, 
onun  qəbrini  səcdəgah  edərlər...”  (Buxari – 425, 
Müslim – 531). 
Müslim (521) isə Cündəb ibn Abdullanın belə dedi‐
yini  rəvayət  edir:  “Mən  Peyğəmbərin  (s.s)  vəfatından 
beş gün əvvəl onun belə dediyini eşitmişəm: “İbrahimi 
özünə xəlil (ən yaxın, sevimli dost – Ə.Ə.) seçən Allah 
məni  də  seçdiyi  kimi,  ümmətimdən  bir  xəlil  seçmək 
ixtiyarım  olsaydı,  Əbu  Bəkri  özümə  xəlil  seçərdim. 
Məbadə  sizdən  əvvəlkilər  öz  peyğəmbərlərinin  qəbir‐
lərini səcdəgah etdikləri kimi siz də qəbirləri səcdəgah 
edəsiniz; mən bunu sizə qadağan edirəm”. Göründüyü 
kimi, o bunu ömrünün sonunda qadağan etdi. Həm də 
o  bunu  edənləri  ölüm  ayağında  lə’nətlədi.  Qəbrin 
yanında səcdəgah tikilmədən namaz qılınması da belə‐
dir.  Aişənin  “Qorxu  vardı  ki,  onun  qəbrini  səcdəgah 
edərlər”  sözü  bu  mə’nadadır.  Namaz  qılmaq  məqsə‐
dilə  seçilən  hər  bir  yer  səcdəgah  seçilmiş  olur,  axı 
namaz qılınan hər bir yer məscid adlanır. Peyğəmbərin 
(s.s)  dediyi  kimi:  “Torpaq  mənim  üçün  pak  səcdəgah 
buyurulmuşdur”. 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə