MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə10/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

 
=  39  =
Peyğəmbər  (s.s)  onları  dinləyib  dedi:  “Məndən  yox, 
Allahdan kömək istəmək olar”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  “Dua”  sözünün  “pənah  aparmaq”  mə’nasında 
işlədilməsi ümuminin xüsusinin yerinə işlədilməsidir; 
2. “Allahdan başqa sənə nə bir xeyir, nə də bir zərər 
verə bilənə dua etmə...” ayəsinin təfsiri; 
3. Bunun ən böyük şirk olması; 
4. Ən əməlisaleh adam da bir başqasını razı salmaq 
üçün  Allahdan  başqasına  dua  edərsə,  onun  çevrilib 
zalımlardan olması; 
5. Bu ayədən sonrakı ayənin təfsiri; 
6. Bunun küfr olmaqla yanaşı, bu dünyada da xeyir 
verməməsi; 
7. Üçüncü ayənin təfsiri; 
8.  Ruzinin,  eləcə  də  Cənnətin  yalnız  Allahdan  istə‐
nilməsi; 
9. Dördüncü ayənin təfsiri; 
10.  Allahdan  başqasına  dua  etməkdən  böyük  yol 
azmağın olmaması; 
11.  Allahdan  başqa  dua  olunanların  dua  edənin 
duasından qafil və xəbərsiz olmaları; 
12.  Həmin  duanın  dua  edilənin  duaçıya  qarşı  nif‐
rətinə və ədavətinə səbəb olması; 
13. Həmin duanın dua edilənə ibadət adlandırılması; 
14. Bu ibadət nəticəsində dua edilənin kafir olması; 
15. Bu, həmin adamın ən çox yol azmışlardan olma‐
sının səbəbi kimi; 
16. Beşinci ayənin təfsiri; 
17. Bütpərəstlərin də çətinliyə düşüb imdad diləyən 
adamın səsinə Allahdan başqa heç kəsin səs vermədiyini 


e’tiraf etməsindən ibarət qəribə bir iş. Ona görə də büt‐
pərəstlər  də  çətin  məqamlarda  Allaha  dua  edir,  Onun 
dininə sadiq olduqlarını bəyan edirlər; 
18.  Allahın  seçilmiş  peyğəmbəri  Məhəmmədin  (s.s) 
tövhidin  toxunulmazlığını  himayə  etməsi  və  adamlar‐
dan Allaha qarşı nəzakətli və ədəbli rəftar tələb etməsi. 
 
 
ƏL‐Ə’RAF SURƏSİNİN 191‐192‐Cİ VƏ FATİR 
SURƏSİNİN 13‐CÜ AYƏLƏRİNƏ DAİR FƏSİL 
 
llah‐təala  buyurur:  “Yoxsa  onlar  heç  bir  şeyi 
yaratmağa  qadir  olmayıb  özləri  yaradılmış 
olan bütləri Allaha şərik qoşurlar? Bütlər nə onlara, nə 
də özlərinə yardım edə bilirlər” (əl‐Ə’raf, 191‐192). 

Allah  başqa  bir  ayədə  buyurur:  “Sizin  Allahdan 
başqa ibadət etdikləriniz bir xurma çəyirdəyi pərdəsinə 
belə malik deyillər” (Fatir, 13). 
Hədis  kitablarında  Ənəsdən  rəvayət  olunur:  “Pey‐
ğəmbər  (s.s)  Ühüd  döyüşündə  başından  yaralanmış, 
qabaq  dişi  sınmışdı.  O  dedi:  “Peyğəmbərini  başından 
yaralayan  qövm  necə  xoşbəxt  ola  bilər?”  Bu  zaman 
belə  bir  ayə  nazil  oldu:  (Ya  Məhəmməd!)  Bu  işdə  sənə 
dəxli olan bir şey yoxdur” (Ali‐İmran, 128). 
Buxaridə  (3842)  İbn  Ömərdən  (Allah  ondan  da,  ata‐
sından da razı olsun!) belə rəvayət olunur ki, o, Rəsulul‐
lahın  (s.s)  fəcr  namazının  axırıncı  rük’ətində  rükudan 
başını  qaldıran  zaman  belə  dediyini  eşitmişdir:  “İlahi, 
filankəsə  və  filankəsə  lə’nət  et!”  Peyğəmbər  ondan 
sonra demişdir: “Allah ona şükür edən adamı eşidər. Ey 
Rəbbimiz,  Sənə  şükür  olsun”.  Belə  olduqda  Allah  bu 
 =  40  = 


 
=  41  =
ayəni  nazil  etdi:  (Ya  Məhəmməd!)  Bu  işdə  sənə  dəxli 
olan bir şey yoxdur”. Başqa  bir  rəvayətə  görə peyğəm‐
bər  Səfvan  ibn  Üməyyəni  və  Süheyl  ibn  Amr  və  Haris 
ibn  Hişamı  qarğayır  və  (Ya  Məhəmməd!)  Bu  işdə  sənə 
dəxli olan bir şey yoxdur!” ayəsi nazil olur. 
Başqa bir hədisdə Əbu Hüreyrənin (Allah ondan razı 
olsun!)  dilindən  belə  deyilir:  “Peyğəmbərə  (s.s)  “Ən 
yaxın qohumlarını xəbədar et!” (əş‐Şüəra, 214) ayəsi nazil 
olanda o bizim aramızda dayanmışdı. O, bu ayəni eşidib 
dedi: “Ey Qüreyş camaatı, günahlarınızı özünüz yuyun, 
mən Allah yanında sizin dadınıza çata bilməyəcəyəm Ey 
Abbas ibn Əbdülmüttəlib, mən sənin dadına çata bilmə‐
yəcəyəm. Ey Peyğəmbərin (s.s) bibisi Səfiyyə, mən sənin 
dadına  çata  bilməyəcəyəm.  Ey  Fatimə  bint  Məhəmməd, 
məndən  mal‐dövlətdən  nə  istəyirsənsə  istə,  ancaq  Allah 
yanında sənin dadına çata bilməyəcəyəm”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. İki ayənin təfsiri; 
2. Ühüd döyüşündə baş vermiş əhvalat; 
3. Peyğəmbərlərin ağası Məhəmmədin (s.s) və onun 
ardınca hörmətli mö’min əshabələrinin namaz zamanı 
dua (qünut) etmələri; 
4. Əleyhinə dua olunanların kafirlərdən olmaları; 
5.  Onlar  əksər  kafirlərin  tutmadığı  əməlləri  tutmuş‐
lar.  Bu  əməllərdən  özlərinin  Peyğəmbərinin  başını  yar‐
maqlarını,  onu  öldürmək  istəmələrini,  qətlə  yetirilmiş 
adamların onların əmiuşağıları olmalarına baxmayaraq, 
onların meyitlərini təhqir etmələrini göstərmək olar; 
6.  Allahın  bu  məsələ  ilə  əlaqədar  ona  (Ya  Məhəm‐
məd!)  Bu  işdə  sənə  dəxli  olan  bir  şey  yoxdur!”  ayəsini 
nazil etməsi; 


7. Peyğəmbərin “Allah ya onların günahlarını bağış‐
lar,  ya  da  onlara  əzab  verər.  O  onların  günahlarını  ba‐
ğışlasa, onlar əmin‐amanlığa çıxarlar” kəlamı; 
8.  Bədbəxtlik  baş  verdikdə  namaz  üstündə  Allaha 
dua edilməsi; 
9.  Namaz  vaxtı  əleyhinə  dua  olunanların  adlarının 
və atalarının adlarının çəkilməsi; 
10. Dua zamanı konkret adamların lə’nətlənməsi; 
11. Peyğəmbərə (s.s) “Ən yaxın qohumlarını xəbər‐
dar et!” ayəsinin nazil olması hekayəti; 
12.  Peyğəmbərin  (s.s)  etdiyi  bu  hərəkətə  görə  dəli 
hesab  olunduğuna  baxmayaraq,  bunu  cidd‐cəhdlə 
etməsi.  Elə  indi  də  bir  müsəlman  belə  bir  iş  etsə,  onu 
dəli hesab edərlər; 
13. Peyğəmbərin (s.s) öz yaxın və uzaq qohumlarına 
“Mən  Allah  yanında  sizin  dadınıza  çata  bilməyəcə‐
yəm”  deməsi.  Onun  peyğəmbərlərin  ağası  olduğu 
halda  Allahın  yanında  bütün  aləmlərin  qadınlarının 
xanımının  da  dadına  yetə  bilməyəcəyini  bəyan  etmə‐
sini  eşidəndə  adam  onun  yalnız  haqq  söz  danışdığına 
inanır,  bu  gün  böyük  (vəzifəli – Ə.Ə.)  adamların  qəlb‐
lərində baş verənləri (təkəbbürü – Ə.Ə.) gördükdə töv‐
hid və dinin görünməyən tərəfi onun üçün aydınlaşır. 
 
 
SƏBA SURƏSİNİN 23‐CÜ AYƏSİNƏ 
DAİR FƏSİL
 

 
llah‐təala  buyurur:  “Elə  ki  ürəklərindəki  o 
müdhiş qorxu çıxdı, onların bir qismi o birilə‐
rindən:  “Rəbbiniz  nə  buyurdu?” – deyə  soruşdular,  o 
 =  42  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə