MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ


TÖVHİDİN VƏ ʺLA İLAHƏ İLLƏLLAHʺ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə6/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   2   3   4   5   6   7   8   9   ...   31

 
TÖVHİDİN VƏ ʺLA İLAHƏ İLLƏLLAHʺ 
ŞƏHADƏTİNİN TƏFSİRİ FƏSLİ 
 
llah‐təalanın  müşriklər  (Allaha  şərik  qoşan‐
lar – Ə.Ə.)  haqqında  ayələrindən  bir  neçəsi: 
ʺOnların  dua  etdikləri  tanrılarının  (bütlərin – Ə.Ə.) 
özləri onlara dua edənlərin Rəbbinə daha yaxın olmaq 
üçün vasitə axtarırlarʺ (əl‐İsra, 57). 

ʺİbrahim atasına və qövmünə dedi: ʺMən, məni ya‐
radandan başqa, sizin ibadət etdiklərinizdən uzağamʺ 
(əz‐Züxrüf, 26). 
ʺOnlar  Allahı  deyil,  öz  kahinlərini  və  rahiblərini 
özlərinə tanrı qəbul etdilərʺ (ət‐Tövbə, 31). 
ʺAdamlar  arasında  qeyrilərini  Allaha  bərabər 
tutub, onları möʹminlərin Allahı sevdikləri kimi sevən‐
lər də vardırʺ (əl‐Bəqərə, 165). 
Peyğəmbərin  (s.s)  belə  dediyi  rəvayət  olunur:  ʺLa 
ilahə illəllahʺ deyib Allahdan başqa ibadət olunan hər 
bir  şeyi  inkar  edən  adamın  malına  qəsd  etmək  və 
qanını tökmək haramdır. Onunla haqq‐hesabı Qüdrətli 
və Böyük Allah Özü çəkəcəkʺ (Müslim – 53). 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
Bu  fəsildə  qarşıya  qoyulan  ən  böyük  məsələ  tövhi‐
din və şəhadətin təfsiridir. Bu fəsil onları aydın misal‐
larla  izah  etmişdir.  Bu  misallardan  biri  də  ʺəl‐İsraʺ 
surəsindən  olan  bir  ayədir  ki,  onda  əməlisaleh  adam‐
ları bütlərə inanmağa çağıran müşriklərə cavab verilir. 
Elə  həmin  ayədə  onların  bu  dəʹvətinin  ən  böyük  şirk 
olması  bəyan  edilir.  Misallardan  biri  də  Bəraət  (ət‐
Tövbə) surəsinin ayəsidir. Ayədən aydın olur ki, Kitab 
əhli Allahı qoyub öz kahinlərini və rahiblərini özlərinə 
 
=  23  =


 =  24  = 
tanrı qəbul etmişlər, həm də aydın olur ki, onlar yalnız 
vahid  bir  ilahiyə  ibadət  etmək  üçün  iman  gətirmişlər. 
Bu ayənin heç bir şübhə olmayan təfsirində isə söhbət 
alimlərin və abidlərin özlərinin dua etməsindən deyil, 
onların  özlərinə  itaət  olunmasından  gedir  ki,  bu  da 
Allaha asilikdir. 
Başqa bir misal Xəlil əleyhissəlamın kafirlərə dediyi 
bu sözdür: ʺMən, məni yaradandan başqa, sizin ibadət 
etdiklərinizdən uzağamʺ. Beləliklə, o, ibadət olunanlar‐
dan  yalnız  Rəbbini  istisna  etdi.  Sübhan  Allah  bütlər‐
dən bu uzaqlığın və Allaha bu yaxınlığın elə ʺLa ilahə 
illəllahʺ şəhadətinin təfsiri olduğunu qeyd edib demiş‐
dir  ki,  Allah  şəhadət  kəlməsini  İbrahimin  zürriyyəti 
arasında  əbədi  qalan  bir  söz  etdi  ki,  bəlkə,  onlar  onu 
oxuduqda  və  eşitdikdə  düz  yola  qayıdıb  Allahdan 
başqa heç bir tanrının olmadığını bilsinlər. 
Bu misallardan biri də ʺəl‐Bəqərəʺ surəsində Allahın 
kafirlər  haqqında  dediyi  ayədir:  ʺOnlar  heç  vaxt  Cə‐
hənnəmdən  çıxmayacaqlarʺ.  Allah  orada  göstərmişdir 
ki,  onlar  Allaha  bənzətdiklərini  Allahı  sevdikləri  kimi 
sevirlər. Buradan belə çıxır ki, onlar Allahı böyük mə‐
həbbətlə sevdiklərinə baxmayaraq, Allah onları İslama 
daxil  etməmişdir.  Bəs  onda  Allaha  bənzətdiklərini 
Allahı  sevdiklərindən  çox  sevənlərin  və  yalnız  Allaha 
bənzətdiyini  sevib  Allahı  sevməyənlərin  aqibəti  necə 
olacaq? 
Bu  misallardan  biri  də  Rəsulullahın  (s.s)  ʺLa  ilahə 
illəllahʺ  deyib,  Allahdan  başqa  ibadət  olunan  hər  bir 
şeyi  inkar  edən  adamın  malına  qəsd  etmək  və  qanını 
tökmək  haramdır.  Onunla  haqq‐hesabı  Allah  özü 
çəkəcəkʺ sözüdür. 


Bu,  ʺLa  ilahə  illəllahʺın  məʹnasını  aydınlaşdıran  ən 
böyük  misaldır.  Buradan  məʹlum  olur  ki,  bu  şəhadəti 
yalnız  tələffüz  etmək  insanın  qanını  və  canını  tam 
toxunulmaz etmir. 
Habelə insanın bu ifadəni tələffüz etməsi ilə yanaşı 
onun  məʹnasını  bilməsi,  onu  təsdiq  etməsi,  yalnız  heç 
bir şəriki olmayan Allaha dua etməsi belə onun malına 
qəsd etməyi və qanını tökməyi haram etmədiyi halda, 
insan  Allahdan  başqa  nəyəsə  ibadət  etməsi  ilə  bu 
küfrünü artırırsa, onun bağışlanmasından söhbət gedə 
bilməz.  Belə  olduqda  Allaha  şəkk edən  və  iman  gətir‐
məkdə tərəddüd edən adamın malına qəsd edilməsi və 
qanının  tökülməsi  də  qadağan  olmaz.  Bundan  da 
böyük və aşkar məsələ nə ola bilər? Mübahisə edənlərə 
qarşı  bundan  da  aydın  bir  bəyan,  bundan  da  qəti  bir 
sübut ola bilərmi? 
 
 
BƏLANIN QARŞISININ ALINMASI VƏ YA 
UZAQLAŞDIRILMASI ÜÇÜN QOLBAĞ 
TAXMAĞIN, İP BAĞLAMAĞIN VƏ BUNUN 
KİMİ BAŞQA İŞLƏRİN ŞİRK OLMASI 
HAQQINDA FƏSİL 
 

 
llah‐təalanın  bu  kəlamındakı  hikmətə  bax: 
ʺDe: – Eləsə  bir  söyləyin  görək,  Allah  mənə 
bir  zərər  toxundurmaq  istəsə,  sizin  Allahdan  qeyri 
ibadət  etdikləriniz  (bütlər – Ə.Ə.)  onun  toxundurduğu 
zərəri  aradan  qaldıra  bilərlərmi?!  Yaxud  əgər  Allah 
mənə  bir  mərhəmət  əta  etmək  istəsə,  onlar  onun  mər‐
həmətinə mane ola bilərlərmi?!” (əz‐Zümər, 38). 
 
=  25  =


 =  26  = 
İmran bin Huseyndən (Allah ondan razı olsun!) belə 
rəvayət  edirlər:  ʺPeyğəmbər  (s.s)  qolunda  sarı  rəngli 
metaldan  qolbağ  olan  bir  kişini  görüb  soruşdu: – Bu 
nədir? – Zəifliyin  qarşısını  almaq  üçündür, – deyə 
həmin  adam  cavab  verdi.  Peyğəmbər  dedi: – Onu 
çıxar,  çünki  o  sənin  zəifliyini  daha  da  artırır.  Əgər  bu 
qolbağ  qolunda  ola‐ola  ölsən,  heç  vaxt  rahatlıq  tap‐
mazsanʺ.  Bu  hədisi  Əhməd  eʹtibarlı  sayılan  bir  mən‐
bəyə  əsasən  rəvayət  etmişdir.  Əhməd  başqa  bir 
hədisdə  Üqbə  bin  Amirin  Peyğəmbərin  özündən 
eşitdiyi bu sözləri qeyd  edir: ʺAllah  boynundan tilsim 
asana  duaçı  olmaz,  gözmuncuğu  gəzdirənə  rahatlıq 
verməzʺ. 
Başqa  bir  rəvayətdə  belə  deyilir:  ʺKim  tilsim  taxsa, 
Allaha şərik qoşmuş olurʺ. 
İbn Əbu Hatəm Hüzeyfədən rəvayət edir: ʺBir dəfə 
Peyğəmbər əlinə qızdırmaya qarşı ip bağlamış bir kişi 
gördü  və  ipi  kəsdi.  Sonra  Allah‐təalanın  bu  sözlərini 
oxudu:  ʺİman  gətirənlərin  əksəriyyəti  Allaha  şərik 
qoşmadan inanmırlarʺ (Yusif, 106). 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  Bir  şeydən  qorunmaq  üçün  qola  qolbaq  taxmaq, 
ip,  habelə  buna  bənzər  şeylər  bağlamağa  qarşı  ciddi 
xəbərdarlıq; 
2. Bir əshabə belə ölərkən onun üstündə belə şeylər 
olarsa,  onun  o  dünyada  rahatlıq  tapmayacağı.  Bu, 
əshabələrin  ʺŞirkin  ən  kiçiyi  ən  böyük  günahlardan 
daha böyükdürʺ sözünə sübutdur; 
3.  Belə  hərəkətlərin  bilmədən  baş  verərkən  belə 
üzürlü hesab olunmaması; 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə