MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə8/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

 
=  31  =
3. Onların dediklərini etməmələri; 
4. Onların Allahın bu işi sevdiyini zənn edib, onunla 
Allaha yaxın olmaq istəmələri; 
5.  Onlar  bunda  cahillik  etsələr  də,  başqalarının 
onlardan daha cahil olmaları; 
6.  Onlara  başqalarına  müyəssər  olmayan  yaxşılıq‐
ların və başqalarına müyəssər olmayan bağışlanmanın 
və’d olunması; 
7.  Peyğəmbərin  (s.s)  onları  üzürlü  hesab  etmək 
əvəzinə,  onlara  “Allahü  əkbər!  Bunlar  keçmiş  adət‐
lərdir.  Siz  də  özünüzdən  əvvəlkilərin  adətlərini  işlət‐
mək  istəyirsinizmi?”  deməsilə  onlara  bundan  sonrakı 
üç bənddəki üç ciddi xəbərdarlığı etməsi; 
8. Peyğəmbərin (s.s) onların xahişinin Musaya “Bizə 
bir  mə’bud  (büt – Ə.Ə.)  düzəlt”  deyən  Bəni  İsrailin 
xahişinə  oxşamasını  onlara  xəbər  verməsindən  ibarət 
böyük məsələ; 
9.  Peyğəmbərin  bu  inkarının  öz  dəqiqliyi  və  onlar 
üçün  sirr  olması  ilə  yanaşı,  “La  ilahə  illəllah”  mə’nası 
verməsi; 
10.  “Allahü  əkbər”  sözünün  onun  hökmünü  qüv‐
vətləndirən and olması; 
11.  Orada  şirkin  böyük‐kiçikliyinin  əhəmiyyətsiz 
olduğunun  nəzərə  alınması;  çünki  onlar  bununla  da 
dindən üz döndərmədilər; 
12.  Onların “O  zaman  biz  İslamı  yenicə  qəbul  etdi‐
yimizdən bə’zi məsələləri bilmirdik” deməsinin başqa‐
larının bundan xəbərdar olduqlarını bildirməsi; 
13.  “Allahü  əkbər”  ifadəsinin  bir  şeyə  təəccüb 
mə’nasında işlədilərkən e’tiraz bildirməsi; 
14. Bəhanələrin qarşısının alınması; 


 =  32  = 
15.  Cahiliyyə  (islamaqədərki – Ə.Ə.)  dövrünün 
adamlarına oxşamağın qadağan edilməsi; 
16.  Tə’lim  zamanı  öyrədənin  öyrətdiyi  adamlara 
acıqlanmasının mümkünlüyü; 
17.  Peyğəmbərin  (s.s)  dediyi  “Onlar  keçmiş  adət‐
lərdir...” sözünün şirkə aid olan bütün şeyləri ümumi‐
ləşdirməsi; 
18.  Hər  şey  Peyğəmbərin  əvvəlcədən  xəbər  verdiyi 
kimi  baş  verdiyinə  görə,  bunun  peyğəmbərliyin  nişa‐
nələrindən biri olması; 
19.  Allah‐təalanın  Qur’anda  yəhudiləri  və  xristian‐
ları məzəmmət etdiyi sözlərlə bizə xəbərdarlıq etməsi; 
20.  Onlara  elə  gəlirdi  ki,  ibadətlər  bir  şeyə  əsas‐
lanmalıdır.  Beləliklə,  hədisdə  diqqət  öləndən  sonra 
qəbirdə insana verilən suallara yönəldilir. 
“Tanrın  kimdir?”  sualının  cavabı  aydındır.  “Pey‐
ğəmbərin  kimdir?”  sualının  cavabı  kiminsə  qeybdən 
xəbər  verdiyini  deməklərindən  bilinir.  “Dinin  hansı‐
dır?”  sualına  onların  cavabı  Bizim  üçün  bir  mə’bud 
(büt) düzəlt ayəsindən mə’lum olur. (Beləliklə, birinci 
suala  cavabda  tam  gizli  olan  şirk  ikinci  suala  cavabda 
qismən,  üçüncü  suala  cavabda  isə  tam  üzə  çıxır. –
 Ə.Ə.); 
21. Kitab əhlinin adətlərinin də müşriklərin adətləri 
kimi pislənməsi; 
22. “O zaman biz İslamı yeni qəbul etdiyimizdən...” 
sözündən  göründüyü  kimi,  qəlbinin  adət  etdiyi  batil 
şeydən  uzaqlaşmış  adamın  qəlbində  həmin  adətin 
qalığının olmadığına arxayın olmaq olmaz. 
 
 


 
ALLAHDAN QEYRİSİNİN YOLUNDA  
QURBAN KƏSMƏK HAQQINDA FƏSİL
 
 
llah‐təala buyurmuşdur: “De: – Mənim nama‐
zım da, qurbanım da, həyatım da, ölümüm də 
aləmlərin  şəriksiz  sahibi  Allah  üçündür”  (əl‐Ən’am, 
162‐163). 

Allah‐təalanın daha bir kəlamı: “Rəbbin üçün namaz 
qıl və qurban kəs” (əl‐Kövsər, 2). 
Əlinin  (Allah  ondan  razı  olsun!)  belə  dediyini 
rəvayət edirlər: “Rəsulullah (s.s) mənə dörd söz deyib: 
“Allahdan  özgəsinə  qurban  kəsənə  Allah  lə’nət 
eləsin!”,  “Öz  valideynlərini  lə’nətləyənə  Allah  lə’nət 
eləsin!”, “Yenilik edib dini dəyişdirən adama sığınacaq 
verənə  Allah  lə’nət  eləsin!”,  “Torpaq  üstündəki 
nişanları dəyişən adama Allah lə’nət eləsin!”. Bu hədisi 
Müslim  rəvayət  etmişdir.  Tariq  ibn  Şihabın  rəvayət 
etdiyinə görə isə, Rəsulullah (s.s) demişdir: “Bir kişi bir 
milçəyə  görə  Cənnətə,  başqa  bir  kişi  bir  milçəyə  görə 
Cəhənnəmə  düşdü”.  Soruşdular: – Ya  Rəsulullah,  bu 
necə  ola  bilər?  Cavabında  dedi:  “İki  nəfər  adam  bütə 
sitayiş  edən  bir  tayfanın  yanından  keçirdi.  Onlar  heç 
kimə  həmin  bütə  qurban  kəsməmiş  oradan  keçməyə 
icazə  vermirdilər.  Həmin  iki  şəxsdən  birinə  dedilər: 
“Qurban de!” Cavabında: “Mənim qurban deməyə heç 
nəyim  yoxdur” – dedi.  Ona  dedilər:  “Bir  milçək  də 
olsa,  qurban  de!”  Həmin  şəxs  də  milçəyi  bütə  qurban 
etdi, onu buraxdılar, buna görə də öləndə Cəhənnəmə 
vasil  oldu.  İkincisinə  dedilər:  “Qurban  de!”  Cavab 
verdi:  “Mən  hələ  Qüdrət  və  Cəlal  sahibi  Allahdan 
 
=  33  =


 =  34  = 
başqa heç kimin yolunda qurban kəsməmişəm”. Onlar 
onun boynunu vurdular. O isə öləndən sonra Cənnətə 
düşdü”. Bu hədisi Əhməd rəvayət etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  “De: – Mənim  namazım  da,  qurbanım  da...”  ayə‐
sinin təfsiri; 
2. “Rəbbin üçün namaz qıl və qurban kəs” ayəsinin 
təfsiri; 
3.  Allahdan  qeyrisinin  yolunda  qurban  kəsəni  lə’‐
nətləməkdən başlamaq məsələsi; 
4.  Öz  valideynlərini  lə’nətləyənin  lə’nətlənməsi. 
Yə’ni  sən  birinin  valideynlərini  lə’nətləsən,  o  da  sənin 
valideynlərini lə’nətləyər; 
5.  Yenilik  edib  dini  dəyişdirən  adamın  lə’nətlən‐
məsi.  Çünki  o,  dində  yenilik  yaratmaqla  Allahın  bu 
haqqına  şərik  çıxır  və  onun  pənah  apardığı  adam  da 
ona bu işdə himayədarlıq edir; 
6.  Torpaq  üstündəki  nişanları  dəyişən  adamın  lə’‐
nətlənməsi. Çünki bu elə şeydir ki, sənin və qonşunun 
torpağını  bir‐birindən  ayırır.  Sənsə  bunu  irəli  və  geri 
çəkməklə dəyişdirib günah edirsən; 
7. Müəyyən adama oxunan lə’nətlə Allaha asi olan‐
ların hamısına oxunan lə’nətin fərqi; 
8. Milçək haqqında hekayətin mə’naca böyük heka‐
yət olması; 
9.  Məqsədli  surətdə  deyil,  bütpərəstlərin  şərindən 
qurtarmaq  üçün  milçəyi  qurban  edən  adamın  Cəhən‐
nəmə düşməsi; 
10.  Mö’minlərin  qəlbindəki  şirkin  qədərini  bilmək 
məsələsi. Bəs necə oldu ki, ikinci şəxs öz ölümünə razı 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə