MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə5/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   2   3   4   5   6   7   8   9   ...   31

7.  Allaha  heç  bir  şərik  qoşmayan  adamın  Cənnətə, 
ona hər hansı bir şərik qoşan adamın isə, ən çox ibadət 
edən bir şəxs olsa belə, Cəhənnəmə düşəcəyi; 
8.  Xəlilin  Allahdan  özünü  və  övladlarını  bütlərə 
ibadət  etməkdən  qorumasını  rica  etməsi  kimi  böyük 
bir məsələ; 
9. İbrahimin özünün bir çox hallarda ʺRəbbim, o bütlər 
çox adamı yoldan çıxarmışlarʺ sözünə görə xatırlanması; 
10.  Bu  fəsildə  ʺLa  ilahə  illəllahʺın  təfsirinin  Buxa‐
rinin qeyd etdiyi kimi verilməsi; 
11.  Allaha  şərik  qoşmaq  günahından  azad  olan 
adamların fəziləti. 
 
 
 
=  19  =
 
 
 
 
llah‐təalanın kəlamında deyilir: ʺDe: – Mənim 
yolum insanları ağıl və bəsirətlə Allaha iman 
gətirməyə dəʹvət etmək yoludurʺ (Yusif, 108). 
BAŞQALARINI “LA İLAHƏ İLLƏLLAH”
ŞƏHADƏTİNƏ DƏVƏT ETMƏK 
HAQQINDA FƏSİL 

İbn  Abbasdan  (Allah  ondan  da,  atasından  da  razı 
olsun!)  rəvayət  olunur  ki,  Rəsulullah  (s.s)  Müazı 
Yəmənə  göndərəndə  ona  demişdir:  ʺSən  Kitab  əhlin‐
dən  olan  adamların  yanına  gedirsən.  Onları  dəʹvət 
etdiyin ilk şey ʺLa ilahə illəllahʺ şəhadəti olsun!ʺ Başqa 
bir  rəvayətdə  isə  belə  deyilir:  ʺOnlar  Allahın  təkliyini 
qəbul edənə qədər onları şəhadətə dəʹvət et. Əgər onlar 
sənə  itaət  göstərsələr  və  bunu  qəbul  etsələr,  onlara 
bildir  ki,  Allah‐təala  onlara  bir  gecə‐gündüz  ərzində 
beş dəfə namaz qılmağı fərz buyurmuşdur. 


 =  20  = 
                                                          
Əgər  onlar  buna  da  itaət  göstərsələr,  onlara  bildir  ki, 
Allah‐təala  onların  varlılarının  mal‐dövlətlərindən  kasıb‐
larına  sədəqə  verilməsini  də  fərz  buyurmuşdur.  Əgər 
onlar buna da itaət etsələr, məbadə onların mal‐dövlətinin 
qiymətlisinə  toxunasan!  Məzlumun  qarğışından  qorx, 
çünki onun qarğışı ilə Allah arasında pərdə yoxdurʺ. 
Yenə  də  onların  ikisinin  Səhl  bin  Səʹddən  (Allah 
ondan  razı  olsun!)  rəvayət  etdikləri  hədisdə  deyilir  ki, 
Rəsulullah  (s.s)  Xeybər  döyüşü  günü  demişdir:  ʺMən 
sabah bayrağı Allahı və Onun Rəsulunu sevən bir kişiyə 
verəcəyəm. Allah və Onun Rəsulu da o adamı sevirlər. 
Allah  bizə  onun  əli  ilə  qalibiyyət  gətirərʺ.  Adamlar 
bütün gecəni bayrağın kimə veriləcəyi barədə mübahisə 
etməklə  keçirdilər.  Səhər  duran  kimi  onlar  hamısı 
Peyğəmbərin (s.s) yanına yollanıb hər biri xahiş etdi ki, 
bayraq  ona  verilsin.  Peyğəmbər  soruşdu:  ʺƏli  ibn  Əbu 
Talib haradadır?ʺ Dedilər: ʺO, gözlərindən şikayət edirʺ. 
Onun  dalınca  adam  göndərdilər.  Onu  gətirdilər.  Rəsu‐
lullah  (s.s)  onun  gözlərinə  tüpürüb  dua  oxudu.  Onun 
gözləri  sanki  ağrımırmış  kimi  dərhal  sağaldı.  Peyğəm‐
bər  əleyhissəlam  bayrağı  ona  verdi  və  dedi:  ʺSakitcə 
onların  arasına  get,  döyüş  meydanına  çat,  sonra  onları 
İslama  dəʹvət  et  və  onda  Allah‐təalanın  onlar  üzərində 
vacib  olan  haqlarından  onları  xəbərdar  et.  Əgər  sənin 
köməyinlə bir adam belə Allahın düz yoluna çıxarsa, bu 
sənin üçün qırmızı heyvanlardan
*
 daha xeyirlidirʺ. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Allaha iman gətirməyə çağırışın Rəsulullahın (s.s) 
ardınca gedənlərin əsas yolu olması; 
 
*
  “Qırmızı  dəvələr”  variantına  da  rast  gəlinir.  Ərəblərdə 
ən qiymətli mal‐dövlət mənasındadır. (Ə.Ə.) 


 
=  21  =
2.  Diqqətin  yalnız  Allaha  sədaqətlə  ibadətə  yönəl‐
dilməsi,  çünki  adamlardan  çoxu  haqqa  dəʹvət  edəndə 
özü üçün dua edir; 
3. Bəsirətin  Allahın  fərz  buyurduğu  əməllərdən 
olması; 
4. Təhqirin  Allah‐təaladan  uzaqlaşdırılmasının  töv‐
hidin gözəlliyini sübut edən dəlillərdən biri olması; 
5.  Şirkin  qəbahətli  cəhətlərindən  birinin  də  onun 
Allahı təhqir etmək olması; 
6. Bu  buradakı  məsələlərin  ən  əhəmiyyətlilərin‐
dəndir:  müsəlman  Allaha  heç  vaxt  şərik  qoşmamışsa 
da,  onu  müşriklərdən  uzaqlaşdırmaq  lazımdır  ki,  ona 
onlardan şirk yoluxmasın; 
7. Tövhidin ən vacib borc olması; 
8. Hər şeyin, hətta namazın da tövhidlə başlanması; 
9. ʺAllahın vahid olduğunu bilsinlərʺ ifadəsinin ʺLa 
ilahə illəllahʺ şəhadəti ilə eyni məʹnaya malik olması; 
10.  İnsanın  Allah  kitablarını  bilmədən,  yaxud  bilib, 
onlara əməl etmədən də Kitab əhlindən ola bilməsi; 
11. Peyğəmbərin dinin tədricən təʹlim edilməsi haq‐
qında xəbərdarlığı; 
12.  Daha  mühüm  şeydən  başlamağın  əhəmiyyətli 
olması; 
13. Zəkatın sərf olunması qaydası; 
14. Alimin şagirddən şübhəni uzaqlaşdırması; 
15. Mal‐dövlətin ən qiymətlisini zəkat üçün almağın 
qadağan olunması; 
16. Məzlumun qarğışından qorxmağın zəruriliyi; 
17.  Məzlumun  qarğışının  Allahdan  gizli  olmaması 
haqda xəbərdarlıq; 


 =  22  = 
18.  Peyğəmbərlərin  ağasının  və  onun  hörmətli 
əshabələrinin  başlarına  gələn  məşəqqət,  aclıq  və  bəla‐
ların tövhidin dəlillərindən olması; 
19.  Peyğəmbərin  ʺMən  sabah  bayrağı  Allahı  və 
Onun Rəsulunu sevən bir adama verəcəyəmʺ sözünün 
peyğəmbərlik əlamətlərindən biri olması; 
20.  Onun  Əli  ibn  Əbu  Talibin  gözlərinə  tüpürmə‐
sinin də həmin əlamətlərdən olması; 
21. Əlinin (Allah ondan razı olsun!) fəziləti; 
22.  Həmin  gecə  bayrağın  kimə  veriləcəyi  barədə 
mübahisə  edən  və  qələbə  müjdəsini  gözləyən  əshabə‐
lərin fəziləti; 
23. Qədərə  (taleyə,  qismətə – Ə.Ə.),  bir  şeyə  səʹy 
etməyənlərin  bəxtinin  gətirib  ona  nail  olmasına,  səʹy 
edənlərin isə nail olmamasına inam; 
24. Peyğəmbərin  ʺsakitcə  getʺ  sözlərindəki  ədəb‐
ərkan; 
25. Döyüşdən  əvvəl  İslama  çağırışın  bir  qayda 
olması; 
26. Döyüşdən  əvvəl  İslama  dəʹvət  olunub,  onu 
qəbul etməyənlərin qətlə yetirilməsinin qanuniliyi; 
27.  Peyğəmbərin  ʺOnlara  vacib  olanlardan  onları 
xəbərdar etʺ sözünün dinə hikmətlə dəʹvət olması; 
28. İslamda Allahın haqqı ilə tanışlıq; 
29. Bir  nəfərin  belə  düzgün  yola  düşməsində  xid‐
məti olan şəxsin savabı; 
30. Peyğəmbərin  fitva  (qərar,  hökm – Ə.Ə.)  verər‐
kən and içməsi. 
 
 
 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə