MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə14/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 
=  55  =
Əhməd (1/405) çox yaxşı bir isnadla İbn Məs’uddan 
(Allah ondan razı olsun!) Peyğəmbərin (s.s) belə dedi‐
yini  rəvayət  edir:  “Ən  pis  adamlar  Qiyamət  günü‐
nədək  sağ  qalacaq  (qurdla  qiyamətə  qalacaq – Ə.Ə.) 
adamlar və qəbirləri səcdəgah edən adamlardır”. Əbu 
Hatəm  də  bu  hədisi  öz  hədis  kitabında  rəvayət 
etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  Peyğəmbərin  (s.s)  yaxşı  niyyətlə  də  olsa,  əməli‐
saleh bir adamın qəbri yanında Allaha ibadət edilmək 
üçün məscid tikmiş adamlar haqqında dedikləri; 
2.  Abidə  ucaltmağın  qadağan  olunması  və  bunu 
edənlərə ciddi xəbərdarlıq; 
3. Peyğəmbərin (s.s) bu işdə mübaliğəyə yol vermə‐
sindəki ibrət dərsi: onun bunu onlara əvvəllər qadağan 
etməsi,  sonra  ölümündən  beş  gün  əvvəl  söylədikləri, 
daha  sonra  ölüm  yatağında  ikən  əvvəllər  dedikləri  ilə 
kifayətlənməməsi; 
4.  Onun  bunu  öz  qəbri  üstündə  etməyi  hələ  qəbri 
yox ikən qadağan etməsi; 
5.  Qəbir  üstə  abidə  ucaltmağın  yəhudilərin  və 
xristianların  öz  peyğəmbərlərinin  qəbirləri  üstündə 
abidə ucaltmaq adətlərinin qalığı olması; 
6.  Peyğəmbərin  (s.s)  buna  görə  yəhudiləri  və  xris‐
tianları lə’nətləməsi; 
7.  Onun  bununla  bizi  öz  qəbri  üstündə  belə  şeylər 
inşa etməkdən çəkindirmək istəməsi; 
8. Onun açıq sahədə – qəbristanda dəfn olunmama‐
sının səbəbi; 
9. Buna onun qəbrinin səcdəgah edilməsindən ehti‐
yat edilməsinin səbəb olması; 


10.  Onun  qəbirləri  səcdəgah  edənləri  ölməyib 
Qiyamət gününə qalacaq adamlarla bərabər tutması və 
beləliklə  də,  şirk  baş  verməmiş  onun  baş  verməsinə 
bəhanə olan şeyi onun nəticəsi ilə birlikdə göstərməsi; 
11.  Onun  ölümündən  beş  gün  qabaq  söylədiyi 
xütbədə (nitqdə) bə’zi elm adamlarının yetmiş iki mil‐
lətin hamısından xaric hesab etdikləri ən pis bid’ətçilər 
olan  iki  tayfaya – rafizilərə  və  cəhmilərə  cavab  ver‐
məsi.  Mə’lum  olduğu  kimi,  şirk  və  qəbrlərə  ibadət 
məhz rafizilərdə baş verdi, qəbirlərin üstündə məscid‐
lər tikən ilk adamlar onlar oldular; 
12.  Peyğəmbərin  (s.s)  ölümqabağı  ağrılardan  çək‐
diyi əziyyət; 
13.  Ona  ehtiram  göstərilib  Allahın  xəlilliyinə  layiq 
görülməsi; 
14. Xəlilliyin məhəbbətdən üstün olmasının bəyanı; 
15. Əbu Bəkr Siddiqin əshabələrin ən fəzilətlisi olması; 
16. Əbu Bəkrin xəlifəliyinə işarə olunması. 
 
 
ƏMƏLİSALEH ADAMLARIN QƏBİRLƏRİNƏ 
HƏDDƏN ARTIQ EHTİRAM GÖSTƏRİL‐
MƏSİNİN BU QƏBİRLƏRİ ALLAHDAN 
QEYRİ İBADƏT OLUNAN BÜTLƏRƏ 
ÇEVİRMƏSİ HAQQINDA FƏSİL 

 
alik  “əl‐Müvəttə’”də  rəvayət  etmişdir  ki, 
Rəsulullah (s.s) belə demişdir: “İlahi, mənim 
qəbrimi  ibadət  olunan  büt  etmə,  öz  peyğəmbərinin 
qəbirlərini  səcdəgah  edən  bir  qövmü  Allahın  şiddətli 
qəzəbi tutar”. 
 =  56  = 


 
=  57  =
İbn  Cəririn  “İğasət  əl‐ləhfan”  əsərində  Süfyana, 
onun  da  Mənsura  istinadla  Mücahiddən  etdiyi  rəva‐
yətdə Mücahidin “Siz Latı və Üzzanı görmüsünüzmü?” 
(ən‐Nəcm,  19)  ayəsindəki  Lat  haqqında  belə  dediyi 
göstərilir:  “O  həmişə  onlar  üçün  sıyıq  bişirərdi,  ölən‐
dən  sonra  isə  onun  qəbrini  ziyarət  etməyə  başladılar. 
Əbülcövza  da  İbn  Abbasın  elə  belə  dediyini  rəvayət 
etmişdir: “O, ziyarətçilər üçün sıyıq çalardı”. 
Yenə də İbn Abbasın (Allah ondan da, atasından da 
razı  olsun!)  belə  dediyi  rəvayət  olunur:  “Rəsulullah 
(s.s) qəbirləri ziyarət edən qadınları və onların üstündə 
səcdəgah  tikən,  çıraq  yandıran  kişiləri  lə’nətləmişdir”. 
Bu hədisi bir çox Sünnə alimləri rəvayət etmişlər. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Bütlərin nə olduqlarının təfsiri (aydınlaşdırılması); 
2. İbadətin təfsiri; 
3. Peyğəmbərin (s.s) yalnız bir xoşagəlməz şeyin baş 
verəcəyindən qorxduğu zaman Allaha pənah aparması 
(müraciət etməsi); 
4.  Onun  peyğəmbərlərin  qəbirlərinin  səcdəgah  edil‐
məsini bununla əlaqələndirməsi (belə işlərdən sayması); 
5. Allah qəzəbinin şiddətli olmasının qeyd olunması; 
6.  Ən  mühüm  məsələlərdən  biri:  ən  böyük  bütlər‐
dən biri olmuş Lata ibadət olunmasının səbəbi; 
7. Onun əməlisaleh bir adamın qəbri olması; 
8. “Lat” sözünün qəbir sahibinin adı olması və ona 
verilmiş  adın  (sıyıqçalan,  xəşilçalan  və  s. – Ə.Ə.)  mə’‐
nasının izahı; 
9. Qəbirləri ziyarət edən qadınların lə’nətlənməsi; 
10.  Qəbirlərin  üstündə  çıraq  yandıranların  lə’nət‐
lənməsi. 


 
ALLAHIN SEÇMƏ PEYĞƏMBƏRİ 
MƏHƏMMƏDİN (s.s) TÖVHİDİN ŞƏRƏFİNİ 
QORUMASI VƏ ŞİRKƏ APARAN HƏR BİR 
YOLU BAĞLAMASI HAQQINDA FƏSİL 
 
llah‐təalanın kəlamı: “Sizə özünüzdən bir pey‐
ğəmbər gəlmişdir” (ət‐Tövbə, 128). 
Əbu Hüreyrənin (Allah ondan razı olsun!) dediyinə 
görə Rəsulullah (s.s) demişdir: “Öz evlərinizi qəbirlərə, 
mənim  qəbrimi  ziyarətgaha  çevirməyin.  Mənim  üçün 
namaz  qılıb  Allahdan  xeyir‐dua  istəyin.  Harada  olur‐
sunuzsa‐olun,  xeyir‐duanız  (salavatınız)  mənə  çatar”. 
Bu  hədisi  Əbu  Davud  yaxşı  isnadla  rəvayət  etmişdir; 
onu rəvayət edənlər nüfuzlu ravilərdir. 

Əli  ibn  Hüseyndən  (Allah  ondan  razı  olsun!)  rəva‐
yət  olunur  ki,  o  belə  demişdir:  “Bir  dəfə  atam  bir 
kişinin  Peyğəmbərin  (s.s)  qəbrinin  yanına  gəlib  ora‐
dakı deşikdən içəri keçərək dua etmək istədiyini gördü 
və  onu  bunu  etməyə  qoymadı.  Atam  o  kişiyə  belə 
dedi: – Gəl  sənə  babam  Rəsulullah  (s.s)  haqqında 
atamdan  eşitdiyim  bir  hədis  danışım...  Babam  belə 
deyərmiş:  “Mənim  qəbrimi  ziyarətgah,  öz  evlərinizi 
qəbristan  etməyin.  Sizin  təsliminiz  (duanız – Ə.Ə.), 
harada  olsanız,  mənə  çatar”.  Bu  hədisi  Məqdisi  özü‐
nün “əl‐Muxtarə” kitabında rəvayət etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunub: 
1. Bəraət (ət‐Tövbə) surəsinin bir ayəsinin təfsiri; 
2.  Peyğəmbərin  öz  ümmətini  tövhidin  şərəfinə 
toxunmaqdan və şirkə qurşanmaqdan tamamilə uzaq‐
laşdırması; 
 =  58  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə