MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə7/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   2   3   4   5   6   7   8   9   10   ...   31

4.  Bu  cür  tilsimlərin  nəinki  bu  dünyada  bir  fayda 
verməməsi,  habelə  Peyğəmbərin  buyurduğu  kimi, 
zəifliyi daha da artırması; 
5.  Bu  cür  iş  tutanların  hərəkətlərinə  qarşı  ciddi 
xəbərdarlıq  etməklə  onların  bu  əməllərinin  inkar 
edilməsi; 
6.  Kiminsə  belə  şeylər  gəzdirməsinin  o  adamın 
həmin  şeyə  ümid  bağlaması,  təvəkkül  etməsi  olduğu‐
nun açıq‐aşkar bəyanı; 
7.  Tilsim  asan  şəxslərin  müşrik  olmalarının  açıq‐
aydın bəyanı; 
8. Qızdırmaya qarşı ip bağlamağın şirk olması; 
9. Hüzeyfənin bu ayəni oxumasının əshabələrin, İbn 
Abbasın  “əl‐Bəqərə”  surəsindən  olan  ayə  haqqında 
dediyi  kimi,  böyük  şirk  haqqındakı  ayələrdən  kiçik 
şirkə qarşı da istifadə etdiklərinin sübutu olması; 
10. Gözmuncuğu gəzdirməyin şirk olması; 
11. “Allah  boynundan  tilsim  asanı  qorumaz,  göz‐
muncuğu gəzdirənə rahatlıq verməz” duasının Allahın 
öz nəzərini o adamın üstündən götürməsi mə’nasında 
olması. 
 
OVSUN VƏ TİLSİMƏ DAİR FƏSİL 

 
ədis  kitablarında  Əbu  Bəşir  Ənsari  (Allah 
ondan  razı  olsun!)  haqqında  belə  rəvayət 
olunur: “O, bə’zi səfərlərdə Peyğəmbərlə (s.s) bir yerdə 
olmuşdur.  Peyğəmbər  (s.s)  onu  göndərib  adamlara 
xəbərdarlıq  edərdi  ki,  məbadə  dəvənin  boynuna  onu 
bəd nəzərdən qorumaq üçün qırılmış köhnə kaman ipi 
bağlayasınız”. 
 
=  27  =


 =  28  = 
İbn  Məs’uddan  (Allah  ondan  razı  olsun!)  isə  belə 
rəvayət  olunur:  “Mən  bir  dəfə  Peyğəmbərin  (s.s)  belə 
dediyini  eşitmişəm:  “Ovsuna,  tilsimə  və  cadu‐pitiyə 
inanmaq şirkdir”. Bunu Əhməd və Əbu Davud rəvayət 
etmişlər.  
Abdulla ibn Ükeym Rəsulullahın (s.s) belə dediyini 
söyləmişdir:  “Kim  boynundan  nə  assa,  ona  da  təvək‐
kül  edər”.  Bu  hədisi  Əhməd  və  Tirmizi  rəvayət 
etmişlər. 
“Tilsim”  bəd  nəzərdən  qorunmaq  üçün  uşaqların 
boyunlarından  asılan  şeydir.  Əgər  həmin  şey  Qur’an‐
dan  götürülmüşsə,  bə’zi  sələflər  ona  icazə  vermiş, 
bə’ziləri isə icazə verməmiş, onu qadağan etmişlər. 
İbn  Məs’ud  (Allah  ondan  razı  olsun!)  belə  şeyləri 
qadağan edənlərdəndir. 
“Ovsun”  tilsimin  növlərindən  biridir.  Onun  Allaha 
şərik  qoşmaqdan  xali  (azad – Ə.Ə.)  olduğuna  xüsusi 
dəlil  var.  Rəsulullah  (s.s)  bəd  nəzərdən  qorunmaq  və 
ilan‐çayan  sancmasından  əlac  tapmaq  üçün  ondan 
istifadə etməyə icazə verərmiş. 
“Cadu‐pitik”  isə  elə  şeydir  ki,  onu  guya  arvadın 
ərinə,  ərin  də  arvadına  məhəbbətini  artırmaq  üçün 
edirlər. 
Əhməd Rüveyfidən rəvayət edib onun belə dediyini 
göstərir:  “Rəsulullah  (s.s)  mənə  dedi:  “Ey  Rüveyfi, 
bəlkə,  sən  məndən  çox  yaşadın,  mən  öləndən  sonra 
kim  saqqalına  düyün  vursa,  və  ya  köhnə  kaman  ipin‐
dən  boyunbağı  taxsa,  yaxud  heyvan  qığı,  ya  da 
sümüyü  ilə  təharət  etsə,  de  ki,  Məhəmməd  o  adama 
cavabdeh deyil”. 


 
=  29  =
Səid  ibn  Cübeyrin  belə  dediyi  rəvayət  olunur:  “Bir 
nəfərdən  tilsimi  qırıb  atmağın  savabı  bir  qulu  azad 
etməyin  savabı  qədərdir”.  Bunu  Vəki’  rəvayət  etmiş‐
dir.  Vəki’in  İbrahim  ibn  Yeziddən  rəvayət  etdiyi 
hədisdə  isə  İbrahim  deyir:  “Onlar,  Qur’andan  olub‐
olmamasından  asılı  olmayaraq,  bütün  tilsimlərə  nifrət 
edirdilər”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Ovsun və tilsimin təfsiri; 
2. Cadu‐pitiyin təfsiri; 
3. Bunların hər üçünün istisnasız şirk olması; 
4. Bəd nəzərdən və ilan‐çayan sancmasından qorun‐
maqdan  ötrü  haqq  kəlamla  (Qur’an  ayələri  ilə – Ə.Ə.) 
ovsunlanmağın şirk olmaması; 
5.  Əgər  tilsim  Qur’andan  olsa  belə,  alimlərin  bu 
tilsimin  də  şirk  olub‐olmadığı  haqqında  məsələdə 
müxtəlif fikirlərdə olmaları; 
6.  Bəd  nəzərdən  qorunmaq  üçün  heyvanların  boy‐
nuna köhnə kaman ipi bağlanmasının da şirk olması; 
7. Heyvanın boynuna  qırıq kaman ipi bağlayanlara 
hədə‐qorxu gəlinməsi; 
8.  İnsanın  boynundan  tilsimi  qıranın  savabının 
böyüklüyü; 
9.  İbrahim  ibn  Yezidin  sözlərinin  yuxarıdakı  fərqli 
cəhətə (bax: 4‐cü bənd – Ə.Ə.) zidd olmaması; çünki o 
belə  deyərkən  hamını  yox,  Abdulla  ibn  Məs’udun 
dostlarını nəzərdə tuturdu. 
 
 
 
 
 


 
AĞACDAN, DAŞDAN VƏ BU KİMİ  
ŞEYLƏRDƏN XEYİR‐DUA İSTƏYƏNLƏR 
HAQQINDA FƏSİL
 
 
llah‐təalanın belə mə’budlara dair bir kəlamı: 
“Siz  Latı  və  Üzzanı  görmüsünüzmü?”  (ən‐
Nəcm, 19). 

Əbu  Vaqid  Leysinin  belə  dediyini  rəvayət  edirlər: 
“Peyğəmbərlə  (s.s)  birlikdə  Hüneynə  yola  düşdük.  O 
zaman  biz  İslamı  yenicə  qəbul  etdiyimizdən  bə’zi 
məsələləri bilmirdik. Müşriklərin bir sidrə ağacı (uzun 
tikanları  olan  böyük  səhra  ağacı,  ərəb  gilası  kimi 
tanınır – Ə.Ə.)  var  idi,  onlar  onu  pirə  çevirib  ziyarət 
edir, döyüşdən qabaq xeyir‐dua almaq üçün silahlarını 
ondan  asırdılar.  O  ağacın  adını  “Zat  ənvat”  (asılqan, 
yaxud  medalyonlu,  sırğalı  ağac – Ə.Ə.)  qoymuşdular. 
Biz  bir  sidrə  ağacının  yanından  keçəndə  dedim: – Ya 
Rəsulullah!  Onların  “Zat  ənvat”ı  var,  sən  də  bizim 
üçün  “Zat  ənvat”  elə.  Rəsulullah  (s.s)  dedi: – Allahü 
əkbər! Allaha and olsun ki, sizin dediyiniz bu söz Bəni 
İsrailin Musaya dediyi sözün eynidir: “Onların ilahisi 
olduğu  kimi  bizim  üçün  də  bir  mə’bud  düzəlt”.  Musa 
dedi:  “Siz  heç  nədən  xəbəri  olmayan  bir  qövmsünüz” 
(əl‐Ə’raf, 138). – Siz də onlar kimi özünüzdən əvvəlki‐
lərin adətlərni işlətmək istəyirsiniz?” Bu hədisi Tirmizi 
rəvayət etmiş və onu səhih hədis hesab etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. ən‐Nəcm surəsinin ayələrindən birinin təfsiri; 
2.  Onların  xahiş  etdikləri  işin  yalnız  zahirindən 
xəbərdar olmaları; 
 =  30  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə