MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə20/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

salar”. Bu hədisi İbn Hibban öz hədis kitabında (2563) 
rəvayət etmişdir. 
İbn Məs’ud belə demişdir: “Əsil iman odur ki, Allahı 
qəzəbləndirməklə  insanları  razı  salmayasan,  Allahın 
verdiyi ruziyə görə heç kəsə paxıllıq etməyəsən, Allahın 
sənə  vermədiyinə  görə  heç  kəsi  danlamayasan;  ruzini 
nə  tamahkarın  tamahı  çəkib  gətirə  bilər,  nə  də  nifrət 
edənin  nifrəti  uzaqlaşdıra  bilər.  Allah  özü  sevinci  və 
fərəhi  özünün  arxayın  və  razı  çağında,  qayğını  və 
kədəri isə şəkk və qəzəb çağında yaratmışdır”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Ali‐İmran surəsindən bir ayənin təfsiri; 
2. Bəraət (ət‐Tövbə) surəsindən bir ayənin təfsiri; 
3. əl‐Ənkəbut surəsindən bir ayənin təfsiri; 
4. İmanın zəif və qüvvətli ola bilməsi; 
5. Onun zəifliyinin üç əlamətinin olması; 
6. Yalnız Allahdan qorxmağın (qorxutmaq haqqının 
yalnız Allaha aid edilməsinin – Ə.Ə.) fərz olması; 
7. Allahdan başqa kimsədən qorxanın cəzalandırılacağı; 
8. Yalnız Allahdan qorxanın savabı. 
 
 
ƏL‐MAİDƏ SURƏSİNİN 23‐CÜ, 
ƏL‐ƏNFAL SURƏSİNİN 2‐Cİ VƏ 64‐CÜ, 
ƏT‐TƏLAQ SURƏSİNİN 3‐CÜ AYƏLƏRİNƏ 
DAİR FƏSİL 
 
“... İman gətirmişsinizsə, Allaha təvəkkül edin” (əl‐
Maidə, 23). 
“Mö’min  o  adamlardır  ki,  Allahın  adı  çəkiləndə 
qəlbləri titrəyir” (əl‐Ənfal, 2). 
 
=  79  =


“Ey Peyğəmbər, sənə tək Allah yetər...” (əl‐Ənfal, 64). 
“...  Kim  Allaha  təvəkkül  etsə,  tək  Allah  ona  yetər 
(bəsdir – Ə.Ə.)...” (ət‐Talaq, 3). 
İbn Abbasın belə dediyi rəvayət olunur ki, “Bizə tək 
Allah yetər, o nə gözəl vəkildir!” (Ali‐İmran, 173) ayə‐
sini  İbrahim  əleyhissəlam  oda  atılarkən  oxumuşdur. 
Bu ayəni Məhəmməd (s.s) də ona “Adamlar sizin əley‐
hinizə  bir  ordu  topladılar,  onlardan  qorxun”  (Ali‐
İmran, 173) deyiləndə söyləmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Allaha təvəkkül etməyin fərz olması; 
2. Onun imanın şərtlərindən biri olması; 
3. əl‐Ənfal surəsinin bir ayəsinin təfsiri; 
4. Həmin surənin sonrakı ayələrindən birinin təfsiri; 
5. ət‐Talaq surəsinin ayələrindən birinin təfsiri; 
6. Bu  kəlamı İbrahim və  Məhəmməd  (s.s)  çətinliyə dü‐
şərkən işlətdikləri üçün onun əhəmiyyətinin böyük olması. 
 
 
ƏL‐Ə’RAF SURƏSİNİN 99‐CU VƏ 
ƏL‐HİCR SURƏSİNİN 56‐CI 
AYƏLƏRİNƏ DAİR FƏSİL
 
 
“Onlar  Allahın  məkrindən  (cəzasından – Ə.Ə.)  ar‐
xayın idilərmi? Allahın məkrindən yalnız məhvə məh‐
kum olmuş millət əmin ola bilər” (əl‐Ə’raf, 99). 
“...  Yolunu  azmışlardan  başqa  kim  öz  Rəbbinin 
mərhəmətindən ümidini üzər?” (əl‐Hicr, 56). 
İbn Abbasdan rəvayət olunur ki, Rəsulullahdan (s.s) 
nəyin  böyük  günahlardan  olduğunu  soruşmuşlar,  o 
cavab vermişdir: “Allaha şərik qoşmaq, Allahın verdiyi 
 =  80  = 


sevincdən fərəhlənməmək və Allahın məkrindən arxa‐
yın olmaq”. 
İbn  Məs’uddan  isə  belə  rəvayət  olunmuşdur:  “Bir 
başqasını  Allaha  şərik  qoşmaq,  Allahın  məkrindən  ar‐
xayın  olmaq,  Allahın  mərhəmətindən  ümidini  üzmək 
və  Allahın  bəxş  etdiyi  sevincdən  fərəhlənməmək”.  Bu 
hədisi Əbdürrəzzaq (5/65) rəvayət etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. əl‐Ə’raf surəsindən bir ayənin təfsiri; 
2. əl‐Hicr surəsindən bir ayənin təfsiri; 
3.  Allahın  məkrindən  arxayın  olan  adamlara  şid‐
dətli hədə‐qorxu gəlinməsi; 
4. Ümidsizliyə qapılanlara hədə‐qorxu gəlinməsi. 
 
 
ALLAHIN QƏZA‐QƏDƏRİNƏ SƏBR 
ETMƏYİN ALLAHA İMANDAN OLMASI 
HAQQINDA FƏSİL
 
 
“Kim  Allaha  iman  gətirirsə,  Allah  onun  qəlbini 
doğru yola yönəldir” (ət‐Tağabün, 11). 
Əlqəmə bu ayədə nəzərdə tutulan adamlar haqqın‐
da belə demişdir: “Bu elə bir adamdır ki, başına müsi‐
bət gələndə onun Allahdan olduğunu bilib razı qalır və 
sakitləşir”. 
Müslimin  hədis  kitabında  isə  Əbu  Hüreyrədən 
Rəsulullahın  (s.s)  belə  dediyi  rəvayət  olunur:  “İnsan‐
larda iki xüsusiyyət küfrdür: başqalarının əsil‐nəsəbinə 
tə’nə etmək və meyit üçün ağı deyib ağlamaq”. 
Buxari  ilə  Müslim  İbn  Məs’uddan  bir  hədis  rəvayət 
edirlər. Orada deyilir: “Sifətlərini döyüb cırmaqlayanlar, 
 
=  81  =


yaxalarını  cıranlar,  cahiliyyə  vay‐şivəni  qoparanlar  biz‐
dən deyil”. 
Ənəsdən  rəvayət  olunur  ki,  Rəsulullah  (s.s)  demiş‐
dir:  “Allah  öz  quluna  pislik  etmək  istəyirsə,  bu  dün‐
yada  onun  günah  işləməyinin  qarşısını  almır  ki, 
onunla Qiyamət günü hesablaşsın”. 
Peyğəmbər  (s.s)  demişdir:  “Mükafatın  böyüklüyü 
bəlanın  böyüklüyündən  asılıdır.  Allah‐təala  bir  mil‐
ləti  sevirsə,  ona  bəla  verir;  kim  bu  bəla  ilə  razılaşsa, 
Allah  ondan  razı  qalır,  kim  qəzəblənsə,  Allahın  ona 
qəzəbi  tutur”.  Bu  hədisi  Tirmizi  həsən  hədis  hesab 
etmişdir. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. ət‐Tağabün surəsindən bir ayənin təfsiri; 
2. Səbrin imandan olması; 
3. Başqasının əsil‐nəsəbinə tə’nə etməyin pislənməsi; 
4.  Meyit  üstündə  sifətini  döyüb  cırmaqlayan,  yaxa‐
sını cıran, cahiliyyə vay‐şivəni qoparan adamların bərk 
hədələnməsi; 
5. Allahın öz quluna yaxşılıq etmək istəməsinin əlaməti; 
6. Allahın ona pislik etmək istəməsinin əlaməti; 
7. Allahın öz qulunu sevməsinin əlaməti; 
8. Qəzəbin qadağan edilməsi; 
9. Üz vermiş bəladan razı olmağın savabı. 
 
 
RİYAKARLIQ HAQQINDA FƏSİL 
Bu 
 
barədə  Allah  kəlamı:  “De: – Mən  də  sizin 
kimi  bir  insanam;  mənə  sizin  tanrınızın 
tək bir tanrı olduğu vəhy olunur” (Füssilət, 6). 
 =  82  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə