MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə26/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   23   24   25   26   27   28   29   30   31

 
=  103  =
İbn  Həzm  demişdir:  “Onlar  (müsəlmanlar,  əsha‐
bələr – Ə.Ə.)  Əbdülmüttəlib  adından  savayı  Allah 
sözündən  qeyri  bir  sözə  “əbd”  (qul – Ə.Ə.)  sözünü 
artıraraq  Əbd Ömər (Ömərin  qulu), Əbd Kə’bə  (Kə’bə‐
nin  qulu)  və  buna  bənzər  adlar  qondarıb  adamları 
onlarla adlandırmağı qadağan etmək razılığına gəldilər. 
İbn Abbasın bu ayənin mə’nası ilə bağlı belə dediyi 
rəvayət  olunur:  “O  (Həvva – Ə.Ə.)  Adəmdən  hamilə 
olanda  İblis  onların  yanına  gəlib  dedi: – Sizi  Cənnət‐
dən  mənə  itaət  etməyiniz  üçün  mən  çıxartmışam. 
Mənə  itaət  etməsəniz,  mən  sizin  uşağınıza  iki  yekə 
buynuz  taxaram,  o,  buynuzları  ilə  sənin  qarnını  deşib 
oradan  bayıra  çıxar.  O,  onları  qorxudurdu  ki,  onun 
dediyini  edib  uşağı  Əbdülharis  (hərfən:  əkinçinin 
qulu – Ə.Ə.) adlandırsınlar. Adəmlə Həvva İblisə itaət 
etməyə razılaşmadılar. Uşaq ölü doğuldu. Həvva yenə 
də  hamilə  oldu  və  İblis  yenə  onların  yanına  gəlib 
əvvəlki  kimi  dedi.  Onlar  ona  itaət  etmədilər,  uşaq  ölü 
doğuldu.  Həvva  bir  də  hamilə  oldu,  İblis  onların 
yanına  gəlib  əvvəlki  sözlərini  onlara  xatırlatdı.  Onları 
övlad  məhəbbəti  tutdu  və  onlar  uşağın  adını  Əbdül‐
haris qoydular. Allah‐təalanın kəlamı buna işarədir: “... 
Onlar onun verilməsində Allaha şərik qoşdular...” (əl‐
Ə’raf, 190). Hədisi İbn Əbu Hatəm rəvayət etmişdir. O, 
e’tibarlı  bir  isnadla  Qətadənin  belə  dediyini  göstər‐
mişdir: – Bu  şəriklər  Allaha,  ibadətdə  deyil,  itaətdə 
şərik  qoşulmuşlar”.  Onun  Mücahiddən  e’tibarlı  bir 
isnadla etdiyi Allahın “Bizə salamat bir uşaq versən...” 
(əl‐Ə’raf,  189)  kəlamı  ilə  bağlı  bir  rəvayət  də 
mə’lumdur.  O  rəvayətə  görə,  Mücahid  demişdir: 
“Onlar  qorxmuşlar  ki,  uşaq  insan  olmaz”.  Bu  mə’nanı 


Həsənin,  Səidin  və  başqalarının  da  çıxardıqları  qeyd 
olunmuşdur. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  “Allah”  sözündən  başqa  hər  hansı  sözə  “qul”  sö‐
zünün qoşulub ad düzəldilməsinin qadağan olunması; 
2. əl‐Ə’raf surəsindən bir ayənin təfsiri; 
3. Bunun yalnız bir addan ibarət olub həqiqətə (məz‐
muna – Ə.Ə.) dəxli olmadığı halda, qadağan olunması; 
4.  Allahın  adama  qüsursuz  qız  uşağı  belə  verməsi‐
nin ne’mət olması; 
5. Sələflərin itaətdə şirk ilə ibadətdə şirk arasındakı 
fərqi qeyd etməsi. 
 
 
ƏL‐Ə’RAF SURƏSİNİN 180‐Cİ  
AYƏSİNƏ DAİR FƏSİL
 
 
“Allahın  öz  gözəl  adları  var,  Ona  bu  adlarla  dua 
edin.  Onun  bu  adlarına  qarşı  kafirlik  edənləri  özba‐
şına buraxın, onlar öz əməllərinin cəzasını çəkəcəklər” 
(əl‐Ə’raf, 180). 
İbn Əbu  Hatəm İbn  Abbasdan  belə rəvayət etmişdir: 
“...  Onun  adlarına  qarşı  kafirlik  edirlər...” – “Ona  şərik 
qoşurlar”  deməkdir.  Yenə  də  İbn  Abbasdan  rəvayət 
olunur ki, onlar (müşriklər – Ə.Ə.) “ilah” sözündən “lat”, 
“əziz” sözündən “üzza” sözünü düzəldib öz bütlərinə ad 
vermişlər. Ə’məşdən isə rəvayət olunmuşdur ki, müşrik‐
lər Allahın adları sırasına başqa sözlər daxil edirlər. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Allahın adlarının isbatı; 
2. Bu adların gözəl adlar olması; 
 =  104  = 


3. Allaha bu adlarla dua edilməsinin əmr olunması; 
4.  Bu  adlara  qarşı  çıxan  cahil  dinsizlərin  özbaşına 
buraxılması; 
5.  Allahın  adlarına  bir  şeyin  artırılıb‐əskildilmə‐
sinin,  yaxud  onlara  qarşı  hər  hansı  bir  hörmətsizlik 
edilməsinin dinsizlik olması. 
 
 
NƏ ÜÇÜN “ALLAHA SALAM OLSUN!” 
DEYİLMƏMƏSİ BARƏDƏ FƏSİL
 
 
uxarinin hədis kitabında İbn Məs’udun (Allah 
ondan razı olsun!) belə dediyi rəvayət olunur: 
“Bir  dəfə  Peyğəmbərlə  (s.s)  birlikdə  namaz  qılanda 
dedik:  “Allaha  onun  qullarından  salam  olsun!  Filan‐
kəsə  və  filankəsə  salam  olsun!”  Peyğəmbər  (s.s)  bunu 
eşidib dedi: “Allaha salam olsun!” deməyin, Allah özü 
salamdır.  Deyirsiniz,  belə  deyin:  “İlahi,  Sən  Salamsan 
(burada “salam” sözünün salamlaşmaq, sülh bağlamaq 
və  sağlamlıq  mə’naları  olduğunu  qeyd  etməyi  lazım 
bilirik – Ə.Ə.),  salam  Səndəndir.  Sən  ən  böyük  tə’rifə 
layiqsən, ey Böyük və Kəramətli Allah!” 

Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. “Salam” sözünün təfsiri; 
2. Bu sözdən adamların bir‐birini salamlaması üçün 
istifadə olunması; 
3. Onun Allahı salamlamaq üçün yaramaması; 
4.  Onun  Allahı  salamlamaq  üçün  yaramamasının 
səbəbi; 
5.  Peyğəmbərin  (s.s)  Allahı  salamlamağa  yarayan 
ifadələri adamlara öyrətməsi. 
 
=  105  =


 
“İLAHİ, İSTƏYİRSƏN, MƏNİ BAĞIŞLA” 
İFADƏSİ HAQQINDA FƏSİL
 
 
ədis  kitablarında  Əbu  Hüreyrədən  Rəsu‐
lullahın  (s.s)  belə  dediyi  rəvayət  olunur: 
“Məbadə  biriniz  belə  deyə:  “İlahi,  istəyirsən,  məni 
bağışla”,  “İlahi,  istəyirsən,  mənə  rəhm  et”.  Allahdan 
istədiyini  qətiyyətlə  istəmək  lazımdır.  Heç  nə  Allahı 
bir  şeyi  etməyə  məcbur  edə  bilməz”.  Müslimin  (2678) 
Əbu  Hüreyrədən  etdiyi  rəvayətdə  isə  belə  deyilir: 
“Allahdan  bir  şey  diləyən  öz  rəğbətini  gücləndirmə‐
lidir. Allah Ona verilən heç bir şeylə fəxr edən deyil”. 

Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  Dua  edərkən  istisnalara  yol  verməyin  qadağan 
olunması; 
2. Bu qadağanın səbəbi; 
3.  Peyğəmbərin  “Allahdan  istədiyini  qətiyyətdə 
istəmək lazımdır” kəlamındakı hikmət; 
4. Allahdan bir şey diləyən adamın öz diləyində öz 
rəğbətini  gücləndirməli  olması;  bu  işdə  Allahı  nəyəsə 
sövq etmək cəhdinin əbəsliyi; 
5. Bunun səbəbinin izahı. 
 
 
“MƏNİM QULUM”, “MƏNİM KƏNİZİM” 
İFADƏLƏRİNİN İŞLƏDİLMƏSİNİN 
QADAĞAN OLMASI HAQQINDA FƏSİL
 
 
ədis kitabında Əbu Hüreyrədən rəvayət olu‐
nur  ki,  Rəsulullah  (s.s)  demişdir:  “Məbadə 
 =  106  = 



Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə