MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə29/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   23   24   25   26   27   28   29   30   31

2. Qədərə inanmağın xeyri; 
3. Ona inanmayanın zəhmətinin hədər getməsi; 
4. İnsanın qədərə inanmayınca imanın ləzzətini gör‐
məyəcəyinin bildirilməsi; 
5.  Allahın  ilk  xəlq  etdiyi  şeyin  (qələmin – Ə.Ə.) 
qeyd olunması; 
6.  Qələm  yazmağa  başlayan  anda  Qiyamət  günü‐
nədək olacaq hər şeyin baş verməsi; 
7. Peyğəmbərin (s.s) qədərə inanmayan adamlardan 
imtina etməsi; 
8.  Sələflərin  şübhəni  aradan  qaldırmaqdan  ötrü 
alimlərə (əshabələrə – Ə.Ə.) müraciət etmək adəti; 
9.  Alimlərin  onlara  müraciət  edən  adama  şübhəni 
ondan  uzaqlaşdıran  cavablar  verməsi  və  bu  zaman 
yalnız Rəsulullahdan (s.s) hədislər söyləməsi. 
 
 
SURƏT YARADANLAR HAQQINDA FƏSİL
 
 
bu  Hüreyrədən  (Allah  ondan  razı  olsun!) 
rəvayət olunur ki, “Rəsulullah (s.s) demişdir: 
“Allah‐təala  deyib: – Mənim  xəlq  etdiyim  kimi  bir  şey 
xəlq  etmək  istəyənlərdən  zalım  (başqasının  haqqını 
mənimsəyən; burada: yalnız Allaha xas olan yaratmaq, 
xəlq  etmək  haqqını  mənimsəyən – Ə.Ə.)  kim  ola 
bilər?”  Onlar  bacarırlarsa,  bir  zərrə  yaratsınlar,  yaxud 
bir  buğda,  arpa  dənəsi  yaratsınlar”  (Buxari – 7/215, 
Əhməd – 2/391). 
Ə 
Müslim (92) və Əhməd (6/36) Aişədən (Allah ondan 
razı  olsun!)  Rəsulullahın  (s.s)  belə  dediyini  rəvayət 
etmişlər: “Qiyamət günü ən şiddətli əzaba Allahın xəlq 
 
=  115  =


 =  116  = 
etdiklərini  başqaları  ilə  müqayisə  edənlər  (onlara 
bənzər şeylər düzəldənlər – Ə.Ə.) layiq görüləcəklər”. 
Yenə də Müslim (96) və Əhməd (1/308) İbn Abbasın 
Rəsulullahdan (s.s) eşitdiyi bu sözləri rəvayət etmişlər: 
“Surət  yaradan  hər  bir  adamın  yeri  Cəhənnəmdir. 
Orada  onun  yaratdığı  hər  bir  surətə  bir  ruh  veriləcək 
və o ruhlar ona əzab verəcəklər”. 
Nəsainin (8/215) və Əhmədin (1/241) İbn Abbasdan 
rəvayət  etdikləri  bir  hədisdə  isə  belə  deyilir:  “Kim  bu 
dünyada bir surət yaratsa, o dünyada ona həmin yarat‐
dığı  surətə  ruh  üfürmək  (vermək – Ə.Ə.)  tapşırılar,  o 
isə bunu edə bilməz”. 
Müslimin  Əbülhəyyacdan  etdiyi  rəvayətdə  Əbül‐
həyyacın  belə  dediyi  göstərilir:  “Əli  mənə  dedi: – Gəl‐
sənə  səni  bir  vaxt  Rəsulullahın  (s.s)  məni  göndərdiyi 
bir  işə – bütün  surətləri  Yer  üzündən  silməyə  və 
hündür  qəbirləri  yerlə  yeksan  etməyə  göndərim?” 
(Müslim – 3/61, Əhməd – 741). 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Surət yaradanların kəskin şəkildə pislənməsi; 
2.  Bunun  surət  yaradanın  Allaha  qarşı  ədəbsizlik 
etmiş olması ilə izah edilməsi və Allahın “Mənim xəlq 
etdiyim  kimi  bir  şey  xəlq  etmək  istəyənlərdən  zalım 
kim  ola  bilər?...”  sözünün  bu  mə’nasına  diqqətin 
yönəldilməsi; 
3.  Allahın  qüdrətinə  və  onun  yaratdıqlarının  surət‐
lərini  yaradanların  acizliyinə,  onların  bir  buğda,  arpa 
dəni yarada bilmədiklərinə diqqətin yönəldilməsi; 
4.  Surət  yaradanların  Qiyamət  günü  ən  şiddətli 
əzaba layiq görüləcəklərinin bildirilməsi; 


5. Allahın Cəhənnəmdə surət yaradanlara əzab ver‐
məkdən ötrü, yaradılmış hər bir surətə ruh verəcəyi; 
6.  O  dünyada  surət  yaradana  yaratdığı  surətə  ruh 
üfürmək əmr olunacağı; 
7.  Belə  surətlər  yaradılmışsa,  onların  Yer  üzündən 
silinməsinin əmr edilməsi. 
 
 
ÇOX AND İÇMƏYİN QADAĞAN OLMASI 
HAQQINDA FƏSİL
 
 
barədə  Allah  kəlamı:  “Allah  sizinlə  təsa‐
düfən  and  içdiyinizə  görə  deyil,  bilə‐bilə 
and  içdiyinizə  görə  haqq‐hesab  çəkər.  Belə  andı  poz‐
mağın  günahını  yumaq  üçün  siz  on  yoxsulu  orta 
hesabla  öz  ailənizi  yedizdirdiyiniz  qaydada  doyur‐
malı,  yaxud  geyindirməli  və  ya  bir  qulu  azad  etmə‐
lisiniz.  Kimin  bunlara  imkanı  olmasa,  üç  gün  oruc 
tutmalıdır. Andı pozmağın günahını yumağın qaydası 
budur.  And  içdiniz,  andınıza  əməl  edin!  Allah  öz 
mö’cüzələrini  sizə  belə  izah  edir  ki,  bəlkə,  siz  şükür 
edəsiniz!” (əl‐Maidə, 89). 
Bu 
Əbu  Hüreyrədən  (Allah  ondan  razı  olsun!)  belə 
rəvayət  olunur:  “Mən  Rəsulullahın  (s.s)  belə  dediyini 
eşitmişəm: – And  içmək  alqı‐satqıda  qazanmaq  üçün 
ikiüzlülük etmək (yalan danışmaq – Ə.Ə.) və qazancda 
ziyan  etmək  (nəticədə  itirmək – Ə.Ə.)  deməkdir” 
(Buxari – 3/78, Müslim – 131). 
Salmandan  Rəsulullahın  (s.s)  belə  dediyi  rəvayət 
olunmuşdur: “Allah üç adamı nə dindirər, nə tə’riflər; 
onlara  üzücü  bir  əzəb  veriləcəkdir.  O  üç  adam 
 
=  117  =


 =  118  = 
bunlardır:  zina  ilə  məşğul  olan  saçı  ağarmış  adam, 
yekə‐yekə danışan yoxsul adam, Allahın and içmədən 
mal  alıb‐satmağa  imkan  vermədiyi  adam”.  Bu  hədisi 
Təbərani (4/78) e’tibarlı bir isnadla rəvayət etmişdir. 
Buxarinin hədis kitabında (2508) İmran ibn Huseyn‐
dən  (Allah  ondan  razı  olsun!)  Rəsulullahın  (s.s)  belə 
dediyi  rəvayət  olunmuşdur:  “Mənim  ümmətimin  ən 
yaxşı  adamları  mənim  yaşıdlarımdır,  ondan  sonra 
onların  dalınca  gələnlər,  onlardan  sonra  da  onların 
dalınca  gələnlər”.  İmran  sonra  əlavə  etmişdir: –
 Yadımda deyil, o, “yaşıdlarımdan sonra gələnlər”i iki, 
yoxsa  üç  dəfə  (nəsil – Ə.Ə.)  dedi?  Onun  rəvayət  etdi‐
yinə  görə  Peyğəmbər  sonra  belə  demişdir:  “Sizdən 
sonra elə bir tayfa gələcək ki, yalandan şahidlik etdik‐
ləri  üçün  onların  sözünə  inanan  olmayacaq,  xəyanət 
etdikləri  üçün, onlara e’tibar edilməyəcək, nəzir deyə‐
cəklər – verməyəcəklər,  ancaq  yoğunlayıb  dərilərinə 
sığmayacaqlar”. 
Yenə  həmin  kitabda  İbn  Məs’uddan  Peyğəmbərin 
(s.s)  belə  dediyi  rəvayət  olunur:  “Adamların  ən  yaxşı‐
ları  mənim  yaşıdlarımdır,  sonra  onların  dalınca 
gələnlər,  sonra  da  onların  dalınca  gələnlərin  dalınca 
gələnlər;  sonra  elə  bir  tayfa  gələcək  ki,  hər  birinin 
şəhadəti  andını  qabaqlayacaq,  andı  şəhadətini” 
(Buxari – 3/224, Müslim – 212).  
İbrahim  Nəx’i  demişdir:  “Biz  kiçik  olanda  bizi  şa‐
hidlik eləmək və and içmək (mətbu variantda yoxdur, 
əlyazmada  mövcuddur – Məhəmməd  Əfifi)  üstündə 
döyərdilər”. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Anda əməl etməyin vəsiyyət olunması; 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə