MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə30/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   23   24   25   26   27   28   29   30   31

2. And içməyin alqı‐satqıda qazanmaq üçün ikiüzlü‐
lük etmək, qazancın bərəkətinə ziyan vurmaq olması; 
3. Andsız bir şey alıb‐satmayan adamların hədələn‐
məsi; 
4. Günahı doğuran səbəb kiçik olduqca günah edə‐
nin günahının daha da böyük hesab edilməsi; 
5. Çox and içib andlarına əməl etmədiklərindən heç 
kəsin inanmadığı adamların pislənməsi; 
6.  Peyğəmbərin  (s.s)  üç,  yaxud  dörd  nəsli  tə’riflə‐
məsi və onlardan sonra nə baş verəcəyini qeyd etməsi; 
7.  Yalandan  şahidlik  etdikləri  üçün  e’tibarlarını 
itirən adamların pislənməsi; 
8.  Sələflərin  şahidlik  edən  və  and  içən  uşaqları 
döyməsi. 
 
 
ALLAHIN VƏ ONUN PEYĞƏMBƏRİNİN (s.s) 
HİMAYƏSİNDƏ OLMAQ MƏSƏLƏSİ 
HAQQINDA FƏSİL 
 
haqda Allah‐təalanın kəlamı: “Allahla əhd‐
peyman  bağladınız  əhdinizə  vəfa  edin, 
Allahı  özünüzə  zamin  edib  içdiyiniz  andı  pozmayın; 
Allah  sizin  nə  etdiklərinizdən,  şübhəsiz,  xəbərdardır” 
(ən‐Nəhl, 91). 
Bu 
Büreydənin belə dediyi rəvayət olunur: “Rəsulullah 
(s.s)  bir  adamı  qoşuna  və  ya  bir  hərbi  hissəyə  başçı 
tə’yin  edərkən  ona  Allahı  yaddan  çıxarmamağı  və  öz 
əmri altında olan müsəlmanlara qarşı xeyirxah olmağı 
tövsiyə  edərdi.  O,  bu  sərkərdələrə  belə  deyərdi: 
“Allahın  adını  tutub  döyüşə  girin  və  Allahı  inkar 
 
=  119  =


 =  120  = 
edənləri  qırın.  Döyüşdən  əldə  edilmiş  qənimətlərdən 
özünüzə  düşən  paydan  artıq  götürməyin,  əhdə  xəya‐
nət  etməyin,  meyitləri  eybəcər  şəklə  salıb  təhqir 
etməyin,  bir  körpəni  belə  öldürməyin.  Müşriklərdən 
olan  düşməninizlə  qarşılaşanda  onları  üç  insani 
xasiyyətə,  yaxud  xüsusiyyətə  (bu  iki  söz  hədisin 
müxtəlif  variantlarından  alınmadır,  xüsusi  əhəmiyyət 
kəsb  etmir – Ə.Ə.)  də’vət  edin.  Bunların  hamısında 
onlar sizin tələblərinizə cavab verdilər, onlardan bunu 
qəbul edin və onları rahat buraxın. Sonra onları İslama 
də’vət  edin;  də’vətinizi  qəbul  etsələr,  onlara  öz 
diyarlarından  mühacirlərin  diyarına  köçməyi  təklif 
edin  və  onlara  bildirin  ki,  belə  etsələr,  onlar  mühacir‐
lərlə  bir  hüquqda  olarlar:  mühacirlərə  nə  verilsə, 
onlara da verilər, mühacirlərdən nə alınsa, onlardan da 
alınar.  Onlar  öz  diyarlarından  köçmək  istəməsələr, 
onlara  bildirin  ki,  onlar  adi  müsəlmanlara  bərabər 
tutularlar;  Allah‐təalanın  hökmü  onlara  aid  edilər, 
lakin  döyüş  qənimətlərindən  və  tutulmuş  torpaqların 
sərvətindən onlara bir şey verilməz, yalnız müsəlman‐
larla  birlikdə  din  uğrunda  mübarizə  aparmaq  haqları 
qalar. Buna da e’tiraz etsələr, onlardan can vergisi alın. 
Buna razılaşsalar, vergilərini qəbul edin və onları rahat 
buraxın.  Yox,  buna  e’tiraz  etsələr,  Allahdan  kömək 
istəyin və onları qırın. 
Bir  qalanı  mühasirəyə  alanda  onun  əhalisi  sizdən 
onları  Allahın  və  onun  Peyğəmbərinin  (s.s)  himayəsi 
altına almağı xahiş etsələr, siz onları Allahın və Onun 
Peyğəmbərinin  (s.s)  yox,  özünüzün  və  öz  yoldaşları‐
nızın himayəsi altına alın. Sizin üçün Allahın və Onun 
Peyğəmbərinin  (s.s)  himayəsi  altına  götürülmüş 


 
=  121  =
adamların  keşiyini  çəkməkdən  özünüzün  və  yoldaş‐
larınızın  himayəsinə  götürülmüş  adamların  keşiyini 
çəkmək asan olar. 
Bir  qalanı  mühasirəyə  alanda  onun  əhalisi  sizdən 
onların  haqqında  Allahın  hökmü  ilə  qərar  çıxarmağı 
xahiş  etsələr,  siz  onlar  haqqında  Allahın  hökmü  ilə 
deyil,  öz  bildiyiniz  kimi  qərar  çıxarın.  Çünki  bilmir‐
siniz  ki,  onların  haqqında  Allah  hökmünü  düz  verə‐
cəksiniz, yoxsa yox” (Müslim – 3, Əbu Davud – 2613). 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1.  Allahın  və  Onun  Peyğəmbərinin  (s.s)  himayəsi 
altında  (zəmanəti  altında – Ə.Ə.)  olmaqla  müsəlman‐
ların himayəsi altında olmaq arasındakı fərq; 
2.  İki  işin  (Allah  və  Onun  Peyğəmbərinin  (s.s) 
himayəsi  altına  götürməyin  və  Allah  adından  hökm 
verməyin – Ə.Ə.) təhlükəli olması; 
3.  Peyğəmbərin  (s.s)  “Allah  yolunda  Allahın  adını 
tutub döyüşə girin” nəsihəti; 
4.  Peyğəmbərin  (s.s)  “Allahı  inkar  edənləri  qırın” 
əmri; 
5.  Peyğəmbərin  (s.s)  “Allahdan  kömək  istəyin  və 
onları qırın” əmri; 
6.  Allah  hökmü  ilə  alimlərin  (əshabələrin – Ə.Ə.) 
hökmü arasındakı fərq; 
7.  Buna  ehtiyac  olanda  əshabənin  öz  qərarının 
Allahın  hökmünə  uyğun  gəlib‐gəlməməsini  bilmədən 
qərar verməsinə icazə verilməsi. 
 


 
ALLAH ADINDAN AND İÇMƏYİN 
NƏTİCƏSİ HAQQINDA FƏSİL 
 
ündəb  ibn  Abdulladan  (Allah  ondan  razı 
olsun!)  rəvayət  olunur  ki,  Rəsulullah  (s.s) 
demişdir:  “Qüdrət  və  Cəlal  sahibi  Allah  bir  kişinin 
“Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq” 
dediyini  eşitmiş  və  belə  demişdir:  “Sən  kimsən  ki, 
mənim adımdan filankəsi bağışlamayacağıma and içir‐
sən?  Mən  artıq  onu  bağışladım  və  sənin  əməlini  puça 
çıxartdım (sözünü yalana çıxardım – Ə.Ə.)”. Bu hədisi 
Müslim rəvayət etmişdir. 

Bu  barədə  Əbu  Hüreyrənin  danışdığı  hədisdə  isə 
deyilir ki, o sözü deyən bir abid kişi imiş. Əbu Hüreyrə 
qeyd  edir  ki,  o,  bir  kəlmə  söz  deməklə  böyük  günah 
işlədib öz dünyasını və axirətini məhv etdi. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Allah adından and içməyin qadağan olması haq‐
qında xəbərdarlıq; 
2. Cəhənnəmin hər bir adama onun çarığının bağın‐
dan belə yaxın olması (hər birimizin burnunun ucunda 
olması – Ə.Ə.); 
3. Cənnətin də beləcə yaxın olması; 
4. Əbu Hüreyrənin “... bir kəlmə söz deməklə...” ifa‐
dəsinin Cəhənnəmin və Cənnətin nə qədər yaxın oldu‐
ğuna dəlalət etməsi; 
5.  Allahın  ən  çox  nifrət  etdiyi  işin  insanın  bağış‐
lanmasına səbəb ola bilməsi. 
 
 =  122  = 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə