27
inanmaq, etibar etmək və iş analizi məlumatlarının toplanmasında
cavabdeh olan
şəxslərdən ibarətdir.
─
TƏHLÜKƏLƏR:
- iş analizi vasitəsiylə işin
təhlükəli olan tərəfləri də
müəyyən edilir. Məsələn: əl, qol və ayağın qırılması, yaralanma və bu kimi hallar.
2.İşləri analiz edəcək şəxslərin seçilməsi və təhsili
İşləri analiz edəcək şəxslərin yüksək ixtisaslı kadrlar olması, təhsil səviyyələrinin
yüksək olması vacib şərtlərdəndir. İşlərin analiz edilməsi
fəaliyyəti o qədər də asan
bir fəaliyyət deyil. Buna görə də analizləri həyata keçirmək
üçün seçiləcək olan
şəxslərin-təhsil səviyyəsi, savadlı olmaları əsasdır. Onlar həm texniki biliklərə malik
olmalı, həm də sosial mövzularla əlaqədar olan fikirlər irəli sürə bilməlidirlər. Analizi
aparan şəxsdə aranan xüsusiyyətlər 2 qrupda izah edilir.
ŞƏXSİ KEYFİYYƏTLƏR:
─
Başqaları ilə əməkdaşlıq etmək
─
Başqaları ilə münasibət və danışıq qabiliyyəti
─
Cəlb edici xarici görünüşə malik olmaq.
─
Anlayışlı və səbirli olmaq.
─
Nəzakətli, xoş və dostcasına rəftar edə bilmək.
─
Özünə güvənmək
ZEHNİ QABİLİYYƏTLƏR:
─
Əldə olunan məlumatları analiz etmək və nəticə çıxartmaq.
─
İş planlarını hazırlaya bilmək və yerinə yetirilməsinə nail olmaq.
Dostları ilə paylaş: