İŞÇİ QÜVVƏSİNİN PLANLAŞDIRILMASINDA İSTİFADƏ OLUNAN BAŞLSCA ÜSULLAR 1. Qarşılıqlı fikir mübadiləsi aparılmaqla istifadə olunan üsullar və ya qeyri-analitik üsullar Bu üsullardan birincisi müəssisə daxilindən olan yüksək ixtisaslı kadrların
planlaşdırma mövzusunda fikirlərinin alınmasıdır. Müəssisədə işləyən idarə edicilər
müəssisənin işçi sayını, müəssisənin güclü və zəif tərəflərini çox yaxşı bilən
şəxslərdir. Buna görə də təxmini işçi sayını müəyyən etməkdə bu fərdlərin rolları
olduqca çoxalır.
Bu üsulun nöqsanlı tərəfləri də vardır. Bəzən idarə edənlər keçmişdəki
məlumatların gələcəkdə də eyni qalacağını düşünə bilərlər. Əgər gələcəkdə baş
verəcək dəyişikliklər keçmişdəkinə bənzəmirsə, bu üsul qənaətbəxş olmaz. Çox sadə
bir üsuldur. Ucuz başa gəldiyi üçün çox istifadə olunur.
Delfi taktikası: Bu zaman müəssisənin idarəedənləri müəssisə xaricindən olan yüksək ixtisaslı
kadrlarına müraciət edərək planlaşdırma mövzusunda onların fikir və düşüncələrini
toplayırlar. Bu fikir və düşüncələr yazılı şəkildə onlardan alınır. Suallar paketi
hazırlanaraq onlara göndərilir. Əgər cavablarda fikir ayrılığına çox rast gəlinirsə,
cavablar yenidən onlara geri qaytarılır.
Bu proses bir neçə dəfə təkrarlanır. Sonra planlaşdırma mövzusunda oxşar olan
görüşlərə uyğun qərar verilir.
Bu taktikanın da nöqsanlı tərəfləri vardır. Çox baha bir üsuldur. Müəssisə
xaricində olan şəxslər müəssisəni daha yaxından tanımadıqlarına görə düzgün qərar
verməyə bilərlər.
2. Statistik üsullar. Bu üsullar daha çox riyazi hesablamalara əsaslanır. Statistik üsullardan ən sox
istifadə olunanı
Reqresyon Analizidir. Bu analizdə bir və ya birdən çox dəyişkənlər
downloaded from KitabYurdu.org
46
arasında əlaqə qurulur. Reqresyon analizində gələcəkdəki işçi qüvvəsinə olan ehtiyac
keçmişdəki insan qüvvəsinə olan ehtiyaca nəzərən müəyyən edilir. Reqresyon analizi