MəHƏMMƏD Əliyev həMİd həMİdov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   135
KY0000382

İŞÇİ QÜVVƏSİ PLANI 
Plan sayəsində gələcəkdə meydana çıxacaq, aradan qaldırılacaq və ya 
dəyişdiriləcək işlər, təhsil ehtiyacları, təqaüd proqramları müəyyən edilir. Plan 
downloaded from KitabYurdu.org


48 
müəssisə rəhbəri tərəfindən təsdiqləndikdən sonra digər bölmə rəhbərlərinə, şöbə 
müdirlərinə və işçilərə bildirirlər. 
İŞÇİ QÜVƏSİNİN PLANLAŞDIRILMASI ZAMANI MEYDANA ÇIXAN 
PROBLEMLƏR 
Böyük və mürəkkəb quruluşa malik olan müəssisələrdə planlaşdırma fəaliyyəti 
davamlı və sistemli bir şəkildə həyata keçirilməlidir. Lakin planlaşdırma nə qədər 
diqqətli yerinə yetirilsə də, bəzi problemlər zəruridir. 
1. Müəssisənin edarəetmə strukturunda məsul şəxslər arasında olan qarşıdurma 
və tərəfkeşlik. 
2. Planlaşdırmada göstərilən dəyişikliklərə qarşı etinasız yanaşma 
3. Əsas etibariylə işsizlik əmsalının yüksək olduğu illərdə iqtisadi və sosial 
amillərdə baş verən dəyişiklikləri müəyyən etmək çox çətin və məsuliyyətli bir 
işdir. 
4. Son beş ildə kadrlarla bağlı sənədlərin əldə olması və qorunub saxlanılması. 
5. Texniki tərəqqinin inkişafı. 
İŞÇİ QÜVVƏSİNİN PLANLAŞDIRILMASI FƏALİYYƏTİNİN HƏYATA 
KEÇİRİLMƏSİNDƏ MƏSUL OLAN ŞƏXSLƏR
Müəssisənin genişləndirilməsi nəticəsində rəhbərlik planlaşdırma fəaliyyətinin 
həyata keçirilməsini kadrlar şöbəsinə həvalə edir. Əgər müəssisə rəhbəri planlaşdırma 
fəaliyyətinə digər bölmələrin rəhbərlərini də cəlb edərsə, bu rəhbər lərin birlikdə 
işləməsi planlaşdırma fəaliyyətinin keyfiyyətini artıracaqdır. 
İŞÇİ QÜVVƏSİNİN TƏMİNATI 
 
Kadr işinin ikinci mərhələsi işçi qüvvəsinin təminatından ibarətdir. Birinci 
mərhələdə planlaşdırmada, müəssisəyə lazım olan işçilərin keyfiyyət və kəmiyyətinin 
təyin edilməsi aparılırsa, ikinci mərhələdə isə bu işçi qüvvəsinin necə və hansı 
yollarla təmin edilməsindən bəhs edilir. 
downloaded from KitabYurdu.org


49 
Yeni fəaliyyət göstərən müəssisədə bütün vəzifələrə, bir neçə il fəaliyyət 
göstərən müəssisələrdə isə bəzi dəyişiklik və inkişaf nəticəsində yeni təyin edilmiş 
vəzifələrə, işdən azad olma faktları meydana çıxdığı zaman vakant iş yerlərinə işçi 
tapmaq və yerləşdirmək üçün müəssisə tərəfindən həyata keçirilən bütün fəaliyyətlər 
topluluğuna işçi qüvvəsinin təminatı deyilir. Boşalacaq və ya hal-hazırda vakant iş 
yerlərinə işçilərin axtarılıb tapılması o qədər də asan prosess deyil. Müəssisənin bu 
istiqamətdə həyata keçirəcəyi tədbirlər onun maddi imkanlarına və məqsədinə uyğun 
olmalıdır. 
İşçi qüvvəsini müəssisəyə cəlb etmək üçün hər müəssisənin özünə məxsus 
siyasəti vardır. Bu prosessin həyata keçirilməsi üçün müəssisələrdə proqramlar 
hazırlanır. Proqramlar ınüəssisənin planlarına uyğun olaraq hazırlanır. İşçi qüvvəsi- 
nin təminatı prosesi işlərin analizi və planlaşdırma fəaliyyəti ilə əlaqəli olaraq həyata 
keçirilir. Bu proses həyata keçirildiyi zaıman iş şərtlərində verilən düşüncələr əsas 
mənbə kimi istifadə edilir. Eyni zamanda planlaşdırmada tərtib olunan plan və 
proqramların köməyi ilə lazım olan işçi sayı və işçinin xüsuy- yətləri də müəyyən 
edilir. Hər hansı bir iş yeri boşaldığı zaman o bölmənin rəhbəri kadrlar idarəsinə 
məlumat verir. Bu məlumat yazılı formada göndərilir. Formada ehtiyac duyulan 
işçinin yaşı, işin şərtləri, maaşla əlaqədar olan məlumatlar öz əksini tapmalıdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə