54
razıdırsa, çalışan işçinin yaxın dostu və ya qohumunun da bu müəssisədə işləməsi
arzu edilən bir faktordur. Bundan başqa öz işindən razı olan şəxs bu hissi yaxınlarıyla
və ya dostlariyla bölüşməkdən zövq alar. Nəticədə onun işlədiyi müəssisə ətrafdakılar
üçün məqsədə uyğun iş yeri olaraq qəbul edilir. Müəssisədə uzun müddət işləyən şəxs
tövsiyə etdiyi bir kimsənin rəhbərlik tərəfindən işlə
təmin edildiyini gördüyü vaxt,
onlarda fəxr hissi oyanır.
Müəssisədə çalışan işçilər həm müəssisəni, həm
də tövsiyə etdikləri şəxsi
yaxından tanıdıqları üçün, bu üsul çox vaxt təsirli olur. Araşdırmalar nəticəsində
məlum olmuşdur ki, bu yola işə qəbul olanların gələcəkdə işdən ayrılma hallarına çox
az təsadüf olunur. Ancaq bu üsulun da bəzi çatışmayan cəhətləri var. Məsələn: çoxlu
sayda yoldaş və ya ailə üzvlərinin
bir müəssisədə işləməsi, işçilərin davranışlarına
mənfi təsir göstərir.
Dostları ilə paylaş: