56
Müəssisə daxili və ya xarici təminatın bəzi mənfi və müsbət tərəfləri vardır.
Müəssisənin işçi qüvvəsinin təminatında
işlənən siyasət deyildikdə, ilk düşü
nülən təminatın daxildən və xaricdən həyata keçiriləcəyi nəzərdə tutulur. Bəzi
müəssisələr rəhbər vəzifələrə işçi təyin edəndə bunu
müəssisə daxilindən həyata
keçirilər. Bu proses müəssisədə uzun müddət çalışanların inkişaf etməsinə imkan
yaradır. Bəzən isə xaricdən işçi təminatı daha əlverişli olur. Bu
zaman yeni düşüncə
və fıkirlərin müəssisəyə axınına imkan yaranır.
Əmək haqqı ödənişi işçsi qüvvəsinin təminatına təsir edən başqa bir amildir.
Əgər müəssisə onunla eyni sahədə fəaliyyət göstərən digər müəssisələrə nisbətən daha
yüksək əmək haqqı ödəyərsə, bu hal işçi qüvvəsinin müəssisəyə
cəlb edil- məsinə
şərait yaradır. Təminat prosesinə təsir edən digər bir amil ısə işçi qüvvəsi planlarıdır.
Planlar mövcud vəziyyətlə bağlı və gələcək illərdə lazımi işçilər barəsində əsas
göstəricilərdəndir.
Təminat prosesinə təsir edən amillərdən biri də bu işi
həyata keçirən şəxslərin
xüsusiyyətləridir. Məsələn: təhsil, qarşındakı insanla dialoqa girmə imkanı kimi.
Qeyd etmək lazımdır ki, müəssisə cəmiyyətdə baş verən dəyişikliklərdən təsirlənir.
Məsələn: iqtisadi böhran, işsizlik əmsalının yüksək olması,
hüquqi normalar,
insanların sosial həyatlarında meydana gələn dəyişmə planlaşdırma prosesinə təsir
etdiyi kimi, təminata öz təsirini göstərir.
downloaded from KitabYurdu.org