60
KADRLARIN SEÇİLMƏSİ
Bildiyimiz kimi 21 əsr texniki tərəqqinin inkişaf əsri olaraq qiymətləndirilir. Bu
inkişafa uyğunlaşmaq və digər müəssisələrlə rəqabət etmə gücünə malik olmaq üçün
müəssisə təhsilli, qabiliyyətli və bacarıqlı işçilərə ehtiyac duyur.
Buna görə də
kadrlarla işin ən vacib mərhələsi seçmə mərhələsidir. Fərdləlrin arasından işə ən
uyğun olanları seçmək isə çox asan bir fəaliyyət deyil. Seçilən işçilər müəssisənin
məqsədinə çata bilməsi üçün ona kömək olan və dəstək verən əsas qüvvələrdir. Bu na
görə
də inkişaf etmiş müəssisələr, həcmcə böyük olan firmalar texniki tərəq qinin,
texnologiyanın və qlobal rəqabətin sürətlə inkişaf etdiyi dövrlərdə kadrlar bölməsini
quraraq, işçi qüvvələrinin necə və hansı
mənbələrdən təmin ediləcəyinə, yeni
kadrların seçilməsində hansı vasitələrdən istifadə olunacağına, və nələrə diqqət
ediləcəyinə və s. kimi suallara cavab vermək üçün yüksək səviyyədə araşdırmalar
həyata keçirirlər.
Kadrlar idarəsinin başqa bir mərhələsi olan seçmə, iş axtaran və müraciət edənlər
arasından işin tələblərinə ən uyğun olanların təyin edilməsi prosesidir. idarə, müəssisə
və təşkilat rəhbərləri işçi qüvvəsinin təmin edilməsi və seçilməsi mərhələlərini həyata
keçirərkən çox diqqətli olmalıdırlar. Hər bir şəxs fərqli dünya görüşünə, biliyə,
düşüncəyə, qabiliyyət və bacarığa malikdir. Eyni zamanda müəssisədə yerinə-yetirilən
işlər də müxtəlifdir. Müəssisə üçün əsas məqsəd bu işlər ilə işçilər arasında bir
uyğunlun əlaqəsi yaratmaqdır. Bu uyğunluq əlaqəsinin yaradılması isə,
işçinin işə
götürülməsi əsnasında başlayır. İşçi qüvvəsini tapıb, bu qüvvələr arasından ən uyğun
və bacarıqlı olanları seçmək idarəetmə işinin əsas məqsədlərindən biridir. Seçmə
işində veriləcək qərarlar gələcəkdə həyata keçiriləcək fəaliyyətlərin əsasını təşkil edir.
Çünki düzgün olmayan bir qərar gələcəkdə meydana gələcək xəta və qəzalara zəmin
yaradır.
downloaded from KitabYurdu.org
61
Seçmə fəaliyyətinin əsas məqsədi icra ediləcək işin tələblərinə uyğun olan bir işçinin
təyin edilməsidir. Başqa sözlə desək iş ilə işçi arasında bir uyğunluq və tarazlığın
yaradılmasıdir Buna görə də əvvəlcə işin tələbləri və şərtləri təyin edilməlidir. İşin tələblərini
təyin etmək üçün müəssisə və təşkilatlarda işlərin analiz edilməsi mərhələsi həyata keçirilir.
Əvvəlki bölmələrdə bu barədə məlumat verilmişdir.
Müəssisələrdə iş ilə işçi arasında tarazlıq yaradılmaması,
həm müəssisəyə, həm də
müəssisə daxilində çalışan işçilərə öz mənfi təsirini göstərir. Bilindiyi kimi seçmə prosesi çox
vəsait tələb edən bir işdir. Çünki, işçini toplamaq və seçmək müəyyən miqdarda xərc tələb
edir. İşçilər arasında qabiliyyətsiz və bacarıqsızların uzaqlaşdırılması halı,
bu xərclərin
miqdarını daha da artırır. Çünki yeni işçilərin tapılması, seçilməsi və
işə yerləşdirilməsi üçün
əlavə pul xərclənməlidir.
Bundan başqa işçi, gördüyü işin öhdəsindən gəlmədiyi zaman onda ruh düşkünlüyü
yaranır. Ona görə də işçi yeni işlərdə işləməkdən qorxacaqdır. İşlə
təmin olunan şəxsin
gələcəkdə irəli getmə hissinə malik olması da əsas şərtlərdəndir.
Diqqətli seçilmiş işçi müəssisə üçün ən məhsuldar və ixtisaslı olandır.
Dostları ilə paylaş: