64
- İkinci olaraq,
məktub yazmaqla da bəzi məlumatları yoxlamaq mümkün dür.
Məktub vasitəsilə məlumatların yoxlanılırsa ən çox sərfəli bu üsuldur.
Bu zaman
suallar yazılı şəkildə göndərilir. Gələn cavablarla formada olan mövcud məlumatlar
müqayisə edilir.
- Bundan başqa bəzi müəssisə rəhbərləri işçini tövsiyə
edən şəxslərlə üzə-üz
görüşür. Bu zaman da verilən məlumatların düzgün olub-olmadığı aydın olur.
6. Tiblbi muayinə.
Kadrların seçilməsi zamanı işçi qüvvəsinin tam sağlamlığına əmin olmaq üçün
tibbi müayinə göstəriciləri əsas şərtlərdəndir.
Tibbi müayinə, məsrəf tələb edən bir
fəaliyyətdir. Ona görə də seçmə fəaliyyətinin son mərhələsində həyata keçirilir. Bəzi
müəssisələrdə tibbi müayinə
məntəqələri olduğu üçün, bu işi onlar özləri təşkil edə
bilir. Lakin bəzi müəssisəlerdə isə bu işi xəstəxanaların köməyi ilə həyata keçirirlər.
Hər İki halda müəssisə müəyyən miqdarda pul vəsaiti xərcləyir.
Tibbi müayinənin
köməyi ilə kadrların görmə, duyma, eşitmə qabiliyyətləri, orqanizmlərində olan qüsur
və xəstəliklər aşkar edilir. Tibbi müayinələrin həyata keçirilməsində bəzi məqsədlər
güdülür:
-Fərdin müəssisədəki işə uyğun olub-olmadığı müəyyənləşdirilir.
- Fiziki qüsura malik olanlar müəssisədən kənarlaşdırılır.
- Çalışma əsnasında meydana gələ bilən xəta və qəzaların qarşısı əvvəlcədən alınır.
─
Bəzi keçici xəstəlikiərə (vərəm, sarılıq, qızılça, vəba kimi) tutulmuş xəstələrin
çalışmalarının qarşısının alınması.
─
Bədənində qüsurları olan şəxslərin hansı işə uyğun olduqlarını
qabaqcadan
müəyyən etmək.
Tibbi müayinə zamanı fərdlərin mənəviyyatına təsir edən vasitələrdən istifadə
olunmalıdır. Çünki, bədən və ya zehnin də qüsuru olanların maddi köməyə daha çox
ehtiyacları var. Buna görə də bəzən müəssisə və təşkilatlar əhali arasında müsbət imic
formalaşdırmaq üçün müəssisələrdə müəyyən sayda əlil və xəstə adamların işləməsinə
şərait yaradırlar.
downloaded from KitabYurdu.org
65
İş analizində verilən məlumatların köməyi ilə qüsurlu insanların hansı
işlərdə
işləyəcəyinə müəssisə rəhbərliyi qabaqcadan qərar verir.
Bu gün isə qəbul mərhələsində işçilərdən tibbi arayış tələb edilir. Bu arayışda
işçinin görmə, eşitmə, duyma və daxili orqanlarında olan bütün normal və qeyri-
normal tibbi ekspertizalar öz əksini tapır. Müəssisə rəhbərliyi hər il tibbi arayışların
təzələnməsini tələb etmək məcburiyyətindədir.
Dostları ilə paylaş: