67
həyata keçirmişdir. Bu gün bu test forması bəzi dəyişikliklərə məruz qalmış və
kadrların seçilməsində geniş şəkildə istifadə olunur.
Testlərin düzgün tərtibatı və tətbiqi nəticəsində müəssisədə bəzi xərclər və
xətaların azalması müşayət olunur. Seçmə mərhələsində
istifadə edilən testlərin
köməyi ilə uyğun fərdi tapmaq mümkün olur. Ancaq testlər, seçmədə tək vasitə olaraq
istifadə edilməlidir. Çünki, araşdırmalar nəticəsində müsahibələrində testlər qədər
güclü təsiredici qüvvəyə malik olduğu müəyyən edilmişdir. Psixoloji testlərin köməyi
ilə
fərdin qabiliyyəti, xarakterik xüsusiyyəti, savad və bacarıqlarının
analiz etmək
mümkündür. Qısaca izah edilirsə, testlər qiymətləndirilməsində
istifadə olunan ən
düzgün vasitələrdir. Buna görə də bu testlər, təkcə seçmə mərhələsiylə əlaqədar deyil,
həmçinin aşağıda göstərilən bütün sahələrlə əlaqəlidir.
1.Calışan fərdlərin ixtisasa yönəldilməsi.
2. Fərdin iş yerinin dəyişdiyi zaman həyata keçirilir.
3 Təhsil proqramlarının təsirliliyini artırır.
4.Təhsil ehtiyacının müəyyən edilməsində əsas göstəricidir.
5. Fərdlərə bəzi tövsiyələr verilməsində çox böyük əhəmiyyətə malikdir.
Kadrların seçilməsində isə bu testlərdən istifadə edilməsində bəzi məqsədlər
güdülür. Əvvəla, testlər işçilərin iş yerinə alışmasına imkan yaradır. İkincisi, iş ilə işçi
arasında bir əlaqə yaradır. İş və işçi tarazlığının meydana gəlməsinə kömək edir.
Testlərin köməyi ilə fərdin nəyə qadir olduğu və gələcək illərdə imkanlarının
nələr
olduğu təyin edilir. Müəssisə rəhbərləri bu testlərin köməyi ilə təxmini də olsa,
kimlərdə təhsil və ixtisas artırmağa ehtiyacın olduğunu təyin edir.
Testlər insan mənəviyyatının bir ölçüsüdür. Testlərdə bəzi suallar verməklə
insanın dünya görüşü, mədəniyyəti barədə məlumat əldə edilir. Qarşılıqlı müqayisələr
aparılmaqla kimlərin yüksək mənəvi keyfiyyətlərə malik olduqları aşkara çixarılır.
downloaded from KitabYurdu.org