63
4. İş görüşməsi və müsahibalər.
Bəzi müəssisələrdə psixoloji testlərlə eyni vaxtda müsahibəiər də aparılır.
Əvvəlki mərhələlərdən keçənlər bu mərhələyə buraxılırlar.
Müsahibə üz-üzə həyata
keçirilir. Müsahibə işi bir elm olaraq yox, bir sənət olaraq qiymətləndirilir. Ancaq bu
müsahibələri aparan şəxsdə bəzi keyfiyyət və qabiliyyətiərin olması zəruridir. Bu
fəaliyyət çox əhəmiyyətli olduğu üçün, sonrakı bölmədə daha ətraflı izah edilmişdir.
Həm psixoloji testlər, həm də müsahibələr təkcə fərdlərin
seçilməsində istifadə
olunmur. Bu fəaliyyətlər həmçinin təhsil və inkişaf proseslərində də əsas mənbə kimi
istifadə edilir.
5. Zəmanətlərin yoxlanması.
Fərdin özü haqqında verdiyi məlumatlar düzgün olmaya bilər. Formada və
müsahibə əsnasında verilən məlumatları yoxlamaq çox ağır bir işdir. İş
axtaran şəxs
bu isə qəbul olunmaq üçün bəzi şişirtmə məlumatlar verə bilir. Elə buna görə də
müəssisə və təşkilatlar fərdin verdiyi məlumatları yoxlamaq istəyir.
Bu işi həyata
keçirmək üçün ən düzgün və əlverişli yol fərdilərin əvvəllər çalışmış olduqları iş
yerlərindən sənəd, məzun olduğu təhsil ocağından sənəd təqdim etmələrinin istənil
məsidir. Bu zaman əldə olan məlumatlarla formada
verilən məlumatlar müqayisə
edilir.
Bu fəaliyyət bəzi üsullarla həyata keçirilir.
Birinci yol,
telefonların köməyi ilə mövcud məlumatların yoxlanılmasıdır.
Telefonlar vasitəsilə aşağıdakı suallara dərhal cavab tapmaq mümkündür.
-Adı, soyadı olan şəxs müəssisədə nə vaxt işə başlamış və nə vaxt işdən azad
edilmişdir.
-Onun gördüyü iş nədən ibarətdir
Dostları ilə paylaş: