MəHƏMMƏD Əliyev həMİd həMİdov


İŞÇİ QÜVVƏSİNİN SEÇİLMƏSİ PROSESİNİN BAŞLICA



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   135
KY0000382

 
İŞÇİ QÜVVƏSİNİN SEÇİLMƏSİ PROSESİNİN BAŞLICA 
MƏRHƏLƏLƏRİ 
Şəkil 10. 
Seçmə prosesinin mərhələləri 
İşçi qüvvəsinin təminatı zamanı fərdlərdən ibarət işçi yığımı yaradılır. Bu işçi 
yığımını meydana gətirən fərdlərdən ən münasib olanını seçmək üçün, onların bacarıq 
və qabiliyyətləri tək-tək qiymətləndirilir. Daha sonra müqayisə yolu ilə ən münasib 
fərd işə qəbul edilir. İşçi qüvvəsinin idarə edilməsi prosesinin əsasını və müəssisənin 
downloaded from KitabYurdu.org


62 
rəqabət gücünü təyin edən əsas mərhələ işçilərin seçilməsidir. Seçilmə mərhələsi 
aşağıdakı qayda da həyata keçirilir. 
1. İlk görüşrmə. 
Bu vaxt təminat prosesində ərizə ilə müəssisəyə müraciət edənlər kadrlar 
şöbəsinin məsul bir şəxsi tərəfindən qəbul edilirlər. İlk görüşmə üçün ayrılan vaxt çox 
qısadır. Əgər müəssisə işə qəbul zamanı yaş ünsürünə diqqət yetirirsə, bu zaman ilk 
görüşdə uyğun olmayan şəxslər rədd cavabı alırlar. İlk görünüşdə şəxsin xarici 
görünüşü və danışıq qabiliyyəti yerindəcə qiymətləndirilir. Bundan başqa şəxslərə 
bəzi suallar verməklə bu şəxslər barəsində bəzi fikirlər irəli
 
sürmək olar. 
Verilən suallar təhsillə, əvvəlki iş yerləri ilə əlaqədar olaraq verilir. Bu 
mərhələdə fərd də öz növbəsində müəssisəni qiymətləndirir. 
2Formanın doldurulması. 
Bir çox müəssisə və təşkilatlarda iş istəmə forması vardır. Bu formalarda fərdin 
adı, ünvanı, telefon nömrəsi, cinsi, yaşı, çəkisi, boyu kimi suallar birinci hissəni 
meydana gətirir. İkinci hissədə isə onlara aşağıdakı suallar verilir: Necə bir iş 
istəyirsinz? Əsasən nə qədər miqdarda əmək haqqıyla qane olarsınız? Əvvəllər bu işə 
uyğun başqa bir işdə işləmisinizmi? Üçüncü mərhələdə isə fərdin təhsilini və malik 
olduğu qabilıyyətləri təyin edən suallar verilir. Məs: Bitirdiyiniz təhsil ocağı, (ilk 
olaraq ili, diplom nömrəsi) xarici dil bilmə səviyyəsi (orta, yaxşı, əla) kimi. 
Bu formanın köməyi ilə fərdlər haqqında qısa bir məlumat əldə etmək 
mümkündür. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə