MəHƏMMƏD Əliyev həMİd həMİdov


 İşə qəbul üçün verilən qərar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   135
KY0000382

7. İşə qəbul üçün verilən qərar.
Kadrların seçilməsi prosesi işə qəbul üçün verilən qərarlarla başa çatdırılır. İşə 
qəbulla bağlı qərarın verilməsi isə çox əhəmiyyətli və çətin bir işdir. Çünki, bu 
mərhələyə qədər çatanların sayı bizim arzu etdiyimiz işçilərin sayından çox da ola 
bilər. Buna görə də kimlərin işə qəbul ediləcəyi mövzusunda qərar verən şəxs 
«yaxşıların yaxşısını» seçməlidir. 
Kimlərin qəbul ediləcəyi tam dəqiqləşdikdən sonra onların adlarından ibarət 
siyahı bölmə rəhbərlərinə göndərilir. Bölmə rəhbərləri isə bu siyahını idarə 
rəhbərlərinə çatdırır. İdarədəki rəhbərlik isə son əmri ilə kadrların seçilməsi prosesinə 
yekun qoyur. Bəzən bu əmri kadrlar şöbəsinin müdiri özü də verə bilər. 
Kadrların seçilməsi prosesinin əsas məqsədi isə işə uyğun olan fərdin 
seçilməsidir. İşə ən uyğun gələn fərdin seçilməsi isə bəzi şərtlərdən asılıdır. Əvvəla, 
bəzi kanallar vasitəsiylə lazımı sayda fərdi tapmaq və onların arasından ən yaxşısını 
seçmək lazımdır. 
İkincisi, məqsədi müəyyən edilən müəssisədə seçmə işi müəssisənin qayəsinə 
uyğun olaraq aparılmalıdır. 
Üçüncüsü, seçilən fərddə təhsilə və inkişafa maraq olmalıdır. Seçilən fərdlərin 
texniki bacarıqlarını inkişaf etdirmək o qedər də çətin deyil, ancaq fərdin mədəni, 
əxlaqi qüsurlarını aradan qaldırmaq isə o qədər də asan iş deyil. 
downloaded from KitabYurdu.org


66 
8. Kadrların işə qəbulu. 
Bu mərhələdə isə işə qəbul edilən şəxslərə iş yerində təhsil verilir. Təhsil 
istiqamətində həyata keçirilən tədbirlər əvvəlcədən hazırlanmış plan və proqramlar 
əsasında aparılır. 
Daha sonra isə yeni qəbul olunanların işə alışıb-alışmadıqlarına nəzarət edilir. 
Tez-tez onlarla görüşmək və əgər problemləri varsa, bu problemləri dərhal həll etmək 
lazımdır. 
KADRLARIN SEÇİLMƏSİNDƏ MƏSUL OLAN ŞƏXSLƏR 
Müəssisənin bütün bölmə rəhbərləri kadrların seçilməsində eyni səlahiyyətə 
malikdirlər. 
Kadrların seçilməsini işəgötürən və müəssisədə hal-hazırda işləyən fərdlərdən 
meydana gələn bir komitə də həyata keçirə bilər. Əsas məsuliyyət isə kadrlar 
şöbəsinin üzərinə düşür. Çünki, əmək müqaviləsinin bağlanması prosesini onlar həy 
ata keçirirlər. Bu əmək müqaviləsində işlə və işçi ilə bağlı hər bir məlumat, əmək 
şəraiti, funksiyalar, işlə bağlı bəzi şərtlər mövcuddur. Əmək müqaviləsində əsas 
etibariylə idarənin, işçinin adı, müqavilənin müddəti, işçinin əmək funksiyaları, əmək 
şəraitinin şərtləri, əməkhaqqı üzrə bəzi məlumatlar, iş və istirahət vaxtı üzrə bəzi 
məlumatlar, sosial müdafiə məsələləri, mülkiyyət münasibətlərinin tənzim lənməsi
yekun qaydalar haqqında geniş məlumatlar öz əksini tapır. (bax əmək müqaviləsinə). 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə