MəHƏMMƏD Əliyev həMİd həMİdov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   135
KY0000382

Testlərin növləri 
Testlərin bəzi növləri aşağıda göstərilmişdir: 
1. Zəka testləri. 
Bu testlərin köməyi ilə fərdlərin bilik və savadlarının hansı səviyyədə olduğu 
müəyyən edilir. 
Zəka testləri psixoloqlar tərəfindən hazırlanır. Bu testlərin köməyi ilə fərdlərin 
qərar vermə qabiliyyəti, müqayisəetmə gücü, problemləri həll etmə qabiliyyəti 
ölçülür. Bu testlərin köməyi ilə fərdlərin uzaq görmə, düşünmə, mühakimə etmə
məntiqi izahetmə, məntiqi anlama, qavrama, çətin və qarışıq məqamlarda qərar vermə 
qabiliyyətləri ölçülür. Bu zaman fərdlərə çox çətin və qarışıq suallar verilir. Bəzi 
hadisələr izah edilir. Bu hallarda hansı yolun çıxış yolu olduğu fərddən soruşulur. 
Bəzi zəka testləri isə tək-tək suallardan ibarət olur. Bu testlərdə fərqlərdən 
istənilən aşağıdakılardır. 
1. Verilmiş sözün və ya sözlərin ananim və sinonimlərini göstərmək. 
2. Bir-birinə qarışan hərflərdən sözlər düzəltmək. 
3..Hissələrə ayrılmış bir rəsmi başlanğıc görünüşünə qaytarmaq. 
4. Bir-birinə bənzəyən şəkilləri tapmaq. 
Bu tipdə verilmiş sualların köməyi ilə fərdlərin düşünmə qabiliyyətlərini,uyğun 
olan seç qabiliyyətini, ardıcıllığı hissetmə qabiliyyətlərini ölçmək mümkün olur. 
downloaded from KitabYurdu.org


70 
2. Qabiliyyət testləri:
 
Bu vaxt fərdlərin fiziki və zehni qabiliyyətləri ölçülür. 
«Qabiliyyət
» 
- fərdin bəzi münasibətləri qavrayabilməsi, analiz edə bilməsi, çə 
tin problemlərin həll edilməsi, bəzi nəticələrə gələ bilməsi kimi zehni xüsusiyyətləri 
ilə bəzi hədisələri dərk edə bilməsi kimi fiziki xüsusiyyətlərin məcmuyudur. 
Belə olan təqdirdə qabiliyyət, fərdlərin bu günə qədər qazanmış olduqları bacarıq 
və gələcəkdə inkişaf etdirə biləcəkləri bacarıqlarının da toplusudur. 
Qabiliyyət təhsil, təcrübə və işləməklə əldə edilən və yaxud da inkişaf etdirilən 
zehni və fiziki bir güc kimi də görünür. Bir insanın daha əvvəl heç bir vaxt təcrübədən 
keçirmədiyi işdə işləməsi arzu edilirsə, bu vaxt qabiliyyət testlərinin tətbiq edidməsi 
zəruridir. 
Qabiliyyət bir neçə ünsürü özündə cəmləşdirir: ümumi zəka, zehni qabliyyət, 
fiziki xüsusiyyətlər, maraq və istək kimi. 
Bu baxımdan müəyyən bir işin həyata keçirilməsində şəxsin nə dərəcədə 
bacarıqlı olub-olmadığını təyin etmək məqsdiylə qabiliyyət testləri tətbiq edilir. Bu 
testlər həm mövcud vəziyyəti, həm də gələcəkdə meydana çıxabilən qabiliyyətləri 
ölçməkdə əsas vasitə kimi istifadə edilir. Bu testlər fərdlərin me- xaniki, müsiqi və 
digər qabiliyyətləri əl-qol-ayaq kimi orqanlarını istifadə edə bilməsi, barmaqlarını 
işlədəbilməsi, qaçma, ayağa durma, rəngləri seçəbilmə, dərinliyi müəyyən etmə, səs 
tonlarını seçə bilməsi kimi xüsusi keyfiyyətləri ölçə bilməsi məqsədi ilə tətbiq edilir. 
Liderlik qabiliyyətlərini ölçmək üçün bəzi qarışıq testlərdən istifadə edilir. 
Məsələn: 
1.Azərbaycan dilində səlist danışmaq və bu dildə sərbəst yazmaq qabiliyəti. 
2. Bəzi riyazi əməliyyatların operativ olaraq yerinə yetirilməsi. 
3.Şəkil çəkmək,hədiyyə paketi hazırlamaq, maşın sürmək kimi qabiliyyətlər. 
4. Əl qabiliyyətini ölçmək üçün istifadə olunan qarışıq testiər də vardır

Bu testlərin nəticəsi psixoloqlar tərəfindən yoxlanılır və qiymətləndirilir. 
downloaded from KitabYurdu.org


71 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə