MəHƏMMƏD Əliyev həMİd həMİdov


TƏLİMATLANDIRMA PROQRAMLARININ TƏTBİQİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   135
KY0000382

TƏLİMATLANDIRMA PROQRAMLARININ TƏTBİQİ:
Təlimatlandırma proqramlarında təsvir olunan məlumatlar əsasən 2 qrupa 
bölünür. 
1. Müəssisə və təşkilatla bağlı məlumatlar. 
2. İşlə bağlı məlumatlar 
1. Müəssisə və təşkilatla bağlı məlumatlar.
Bu məlumatlar yeni işə qəbul edilən bütün şəxslərə toplu (cəm) halda verilir. 
Göstərilən müəssisənin yaradıcıları, istehsal edilən məhsul, rəhbər işçilər, həyata 
keçirilən tədbirlər, təqaüd şərtləri, işçilərə verilən bəzi sosial güzəştlər, sağlamlıq 
sığortası, təhsil və ixtisaslaşmaq üçün təmin edilən imkanlar bu məlumatlar arasında 
yer alır. Bu tədbirlər kadrlar idarəsinin rəhbərliyi tərəfindən həyata keçirilir. 
2. İşlə bağlı məlumatlar.
Daha sonra işçilərə, iş prosesində görəcəkləri işlərlə bağlı məlumatlar verilir. Bu 
tədbirlər bir-başa istehsalatda həyata keçirilir. Bu tədbirləri şöbə rəhbərləri həyata 
keçirirlər. Bu şöbə rəhbərləri işçilərin işlə bağlı suallarına aydınlıq gətirirlər. 
Aşağıdakı cədvəlin köməyi ilə Təlimatlandırma proqramlarında təsvir olunan 
məlumatları daha aydın izah etmək mümkündür. 
downloaded from KitabYurdu.org


80 
Müəssisə və Təşkilatlara aid məlumatlar, işlə bağlı olan məlumatlar, işçilərə 
verilən imkan. 
Bu proqramlar çərçivəsində işçi bir çox şəxslə əlaqədə olur, onlarla tanış olur. 
İş yoldaşları, təhsil verən şəxslər, asılı olduğu bölmənin rəhbərləri ilə yaxından 
tanış olur. 
Gördüyünüz kimi yeni işə qəbul edilmiş işçilərin əmək şəraitinə uyğunlaşmasına 
nail olmaq üçün müəssisə və təşkilatların idarəedici strukturları tərəfindən hazırlanmış 
plan və proqramların köməyi ilə işin texniki və sosial tərəfləri müəyyənləşdiril 
məlidir. 
Təlimatlandırma proqramlarının daha effektli olması üçün onun mükəmməl 
hazırlanması əsas şərt deyil. Ən əsası onun ciddi və planlı tətbiq edilməsidir. Bəzən 
bir neçə həftədə tətbiqi nəzərdə tutulan proqramların tətqiqatı bir gündə həyata 
keçirilir. Bu isə işçiləri bəzi çətinliklərlə qarşı-qarşıya qoyur. Bəzən rəhbər şəxslərin 
təlimatlandırma işində məsul olan şəxsləri tələsdirmələri, bu şəxslərin işə yeni qəbul 
edilmiş şəxsləri təlimatlandırılmasına maneçilik törədir. 
Təlimatlandırma mərhələsinin sonunda bu prosesin təsir qücü qiymət 
ləndirilməlidir. Mövzu ilə əlaqədar olaraq suallardan ibarət bir list hazırlanır və işə ye 
ni qəbul edilən şəxslərin düşüncə və fikirləri ya yazılı ya da üzbə-üz görüşmələrlə alı 
downloaded from KitabYurdu.org


81 
nır. Onların nədən razı qaldıqlarını və ya nələri öyrənmək istədiklərini təyin etmək 
vacib şərtdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə