MəHƏMMƏD Əliyev həMİd həMİdov


 Fərdi və kollektiv nailiyyətlərin yüksəldilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   135
KY0000382

3. Fərdi və kollektiv nailiyyətlərin yüksəldilməsi.
Təlimatlandırma proqramları şəxslərdə inam, fikrini artırır və işə yeni qəbul 
edilən şəxslərdə əmək şəraitinə uyğunlaş- mada meydana gələcək problemləri ortadan 
qaldırır və ya mi- nimuma endirir. Bununla da müəssisənin məqsədinə uyğun işçilərin 
istiqamətləndirilməsi fəaliyyəti yerinə yetirilir: 
Proqramların köməyi ilə işçilər müəssisə və təşkilatların gələcək planları, qayəsi 
ilə yaxından tanış olur və bu qayənin həyata keçirilməsində aparıcı mövqeyə çevrilir. 
Müəssisə və təşkilat barəsində, iş barəsində işçilərə ətraflı məlumatların 
verilməsi nəticəsində, işçilər müəssiəsnin tarixi, məqsədləri, istehsal etdikləri 
məhsullar, iş şərtləri haqqında geniş dünya görüşünə malik olmaq imkanı qazanır. 
Bununla da ilk gündən etibarən bəzi meydana çıxacaq problemlərin qarşısını almaq 
mümkün olur. Eyni zamanda təlimatlandırma proqramlarında müəssisənin perspektiv 
imkanları, gələcək planlarıyla bağlı məlumatlar da işçilərin cəlb edilməsi üçün istifadə 
olunur. 
TƏLİMATLANDIRMA PROQRAMLARlNIN HƏYATA 
KEÇİRİLMƏSİNDƏ İSTİFADƏ OLUNAN ÜSULLAR 
Təbii olaraq təlimatlandırma proqramında istifadə olunan üsullar, proqrama daxil 
olan yeni işçilərin sayından, bunların yerinə yetirəcəkləri vəzifə və mövqelərdən
lazım olan bəzi məlumatlardan, təlimatlandırma proqramının məqsədindən və 
müddətindən, mal və xidmət növlərindən, təhsil verən şəxslərdən asılı olaraq dəyişilir. 
Buna görə də müəssisə və təşkilatlar yuxarıda göstərilənləri nəzərə alaraq, mövcud 
vəziyyətə uyğun üsullar və yollar seçəcək təlimatlandırma da bunları əks etdirirlər. 
Təlimatlandırma proqramlarında öz əksini tapacaq başlıca üsullar bunlardır: 
1.Müəssisə və təşkilatların fəaliyyətlərini əks etdirən medya yayımları.
Yeni işçilərə müəssisə və təşkilatları tanıdan medya yayımları, əl kitabçası, 
broşura şəklində işçilərə verilir. Bu yazılı yayımlar çox sadə şəkildə olmalıdır. Sadə 
downloaded from KitabYurdu.org


83 
və başadüşülən şəkildə olan yayımlar müəssisəyə yeni gəlmiş işçilər tərəfindən 
asanlıqla oxunur. Bu yayımlar işçilərdə müəssisə barədə böyük bir təsəvvür yaradır. 
Nəşr olunan bu kitablarda müəssisə haqqında rəngli şəkillər, sxemalar, xəritələr və 
tablolar dərc olunur. Əlavə olaraq müəssisənin bir illik fəaliyyətlərini əks etdirən 
hesabatlar və statistika məlumatları da bu kitablarda öz əksini tapır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə