MəHƏMMƏD Əliyev həMİd həMİdov


Müəssisə daxilindən təminat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   135
KY0000382

Müəssisə daxilindən təminat
Bu üsullardan birincisi (işlətmə) müəssisə daxilində mənbələrin köməyi ilə işçi 
qüvvəsinin təminatı prosesinin həyata keçirilməsidir, müəssisənin hər hansı bir 
şöbəsində boş iş yerləri olduqda kadrlar şöbəsi işə xas olan xüsusiyyətləri aşkar 
etdikdən sonra lazım olan şəxsləri haradan təmin edəcəyi haqqında ətraflı 
düşünməlidir. Bu səbəbdən daxili mənbələrdən işçi qüvvəsinin təmin edilməsi prosesi 
2 yolun hər hansı biriylə başa çatdırılır. Birincisi kadrlar şöbəsinin müdiri ilə əlaqədar 
bölmənin rəhbəri tərəfindən işlərlə bağlı aparılan qeydlərin, planlaşdırma 
fəaliyyətində hazırlanmış inventarlaşdırma kartları və kadrlar uçotunun şəxsi 
vərəqəsinin gözdən keçirilməsidir. Bundan başqa iclas çağırılaraq, işçilərin bacarıq və 
qabiliyyətləri qiymətləndirilir. Həm rəhbərlərin fikirləri nəzərə alınmaqla, həm də 
əldə olan sənədlərin tətbiq edilməsiylə kimlərin bu işə uyğun olduğu istiqamətində 
qərar çıxarılır. 
Lakin bu proses yazılı olaraq təsdiqlənməyənə qədər, bu barədə heç kimə 
məlumat verilmir. Bundan başqa digər bölmələrin rəhbərləri tabeliyində işləyən işçi 
ləri analiz edərək tələb olan işə uyğun olanların adlarını və imkanlarını kadrlar şöbə 
sinə bildirə bilərlər. 
Digər bir yol isə, müəssisədə nəşr edilən bülleten, elan və afişaların köməyi ilə 
boş yerlər haqqında məlumatların dərc edilməsidir. Bu bildirişlərdə işin ünvanı, 
veriləcək əmək haqqı və fərddən tələb olunan xüsusiyyətlər göstərirlər. 
Bütün bunlara baxmayaraq Əmək Məcəlləsində müəssisə daxili mənbələrdən 
necə istifadə ediləcəyi, işçi qüvvəsinin təminatında hansı göstəricilərin nəzərə alına 
cağı qanunlarla müəyyən edilmişdir. 
downloaded from KitabYurdu.org


53 
Müəssisə xaricindən təminat 
Bütün boşalan iş yerləri və vəzifələrin işçi qüvvəsiylə təmin edilməsi müəssisə 
daxilində həyata keçirilə biiməz. Bəzən müəssisənin axtardığı şəxs müəssisə daxi 
lində olmur, ya da xüsusi təhsil görmüş mütəxəssislərə ehtiyac ola bilər. Belə hal 
larda müəssisə xarici işçi qüvvəsini qəbul edir. Müəssisə xaricindən təminatda istifadə 
olunan başlıca mənbələr: məktubla ya da şəxsi ərizələri ilə müəssisəyə məlumat 
verənlər, müəssisədə çalışanların zəmanətləri ilə işə götürüiənlər, dövlət və özəl əmək 
məşğulluq mərkəzlər vasitəsiylə müəssisəyə gələnlər, yazılı elan və ya internet 
elanlarının köməyi ilə müəssisəni tapanlar və təhsil ocaqlarıdır. 
Müəssisə öz məqsədlərinə çatmaq üçün öz prinsipinə uyğun olan üsulu seçir. 
Hansı üsulun seçilməsi qərarını müəssisə rəhbəri verir. Onlar müəssisənin maddi 
imkanını nəzərə almaqla bu mövzuda qərar çıxarırlar. Müəssisə xaricindən işçi 
qüvvəsinin təminatı üsulları aşağıda göstərilmişdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə