44
Doğrudur - milliyyət Ģüarı toplar. Fəqət, sosial Ģüarların da toplayıcıları yox
deyildir. Ayırıcı sosial Ģüarlar sinif mücadiləsini tərvic (dəstəkləyən) edən
kosmopolit, internasional marksist sistemindən doğan Ģüarlardır. Yoxsa sinifləri
vuruĢdurmağa deyil, barıĢdırmağa çağıran təsanüdçü [solidarist] sosial sistemdən
gələn Ģüarlar ayırmaz, toplar və bu surətlə də milli istiqlal anlamı ilə təzad deyil,
tam bir ahəng təĢkil edərlər!...
DüĢmənimiz bolĢevizm üçün milliyyət, keçisi bir taktika məsələsi isə, bizim
üçün sosial islahat heç də belə deyildir. Bu özü-özünə təsanüdlü və məsud bir
varlıq təsəvvür etdiyimiz ahəngdar milli cəmiyyətin həm davamı, həm də
istiqlalının təmini üçün zəruri və daimi bir qayədir!...
Milli Azərbaycan Müsavat Xalq Partiyasının bülleteni, noyabr 1937, Berlin.
AÇIQ DĠPLOMATĠYA
Hərbi, imperatorluqlar və imperialistlər cəlb etmiĢdi. Gizli diplomatiya
onların silahı idi.
Sülhü isə millətlər və demokratiyalar təĢkil edəcəklər - açıq diplomatiya
onların silahıdır.
Hərbdən sonra çox Ģey dəyiĢməli idi. Bəzi Ģeylər dəyiĢmiĢdir də. O
cümlədən sonrakı diplomatiya metodlarında dəxi çox yaxĢı təbəddüllər
(dəyiĢikliklər) vardır. Benəlmiləl münasibət üzərində indilik avtoriteti daha bir az
zəif olmaqla bərabər, Cenevrədəki Millətlər Cəmiyyətinin az-çox təsiri vardır. Bu
müəssisənin varlığı bilxassə acıq diplomatiya metodlarını təĢviq edər.
Hərbdən sonrakı adəmi təcavüz (hücum etməmək) müahidələri Briand-
Kelloq misakı (anlaĢması) və boyuna toplanan beynəlmiləl konqreslər hamısı bu
metoda hörmətdən icra olunmaqdadır.
Fəqət, hərb sonu beynəlmiləl həyatda zühur edən müfrit (aĢırı, radikal)
cərəyanlar arasında dünya nizamı aləmi kökündən pozaraq, alt-üst etmək
niyyətində olan bir qüvvə vardır ki, demokratiyanın ideya olaraq yüksəltdiyi bütün
Ģüarları cezuitcə bir manevr ilə öz istibdadına alət etmiĢdir - bolĢevizm!...
Hə... Açıq diplomatiya Ģüarından ən ziyadə bəhs edənlər bolĢeviklərdir.
Fəqət, digər Ģüarı da özlərinə məxsus bir mənada anlayırlar. Hürriyyət dedikləri
zaman necə ki, onlar bütün kütlənin əsarəti üzərinə hakim sinif - fəhlə namına
kommunist firqəsi ilə o firqəyə hakim qodamanların I (baĢçıların) hürriyyətini, ən
son və vazeh (açıq-aydın) təbirilə Stalinin hakimiyyətini anlayırlarsa, açıq
diplomatiya dediklərində də gizli məqsədlər güdən bir ifadə vardır.
Rus imperatorları hafi (gizli) diplomatiya ilə açıq məqsədlər güdərdilər.
Sovet diktatorları isə açıq diplomatiya ilə hafi məqsədlər güdürlər.
Misal üçün uzağa getməyək. Budur, bir aydan bəri özündən hərarətlə bəhs
olunan hücum etməmək anlaĢması!
45
BaĢda Fransa olmaq üzrə, bolĢevik hökuməti qərbindəki bütün dövlətlərlə
hücum etməmək anlaĢması bağlamağa səy edir. Nə qədər sülhsevər bir siyasət...
Fəqət, həqiqətdə də beləmi?...Əsla!
Qızıl imperializm, əsil qayəsini təĢkil edən cahanı inqilaba vermək
məqsədindən vaz keçmiĢ deyildir. Tasarladığı (hazırladığı) beĢillik planını ikmal
(tamamlamaq) etmək üçün o, hər türlü müvəqqəti sakitliyə dözür ki, sırf təcavüz
qayəsinə matuf (yönəlmiĢ) bu sənaye planını müvəffəqiyyətlə baĢarsın. Bu
məqsədlə də o bu sırada sülhsevər bir çöhrə taxır, müvəffəq dəxi olur.
Ümumi cahan böhranı, beynəlmiləl münasibətlərdəki qarıĢıqlıqlar bolĢevik
partnyorlarına sülhçü görünmək siyasəti oynamaqda bir sıra süni faydalar təmin
edir. Fəqət, ancaq süni!
Uzaq Ģərqdə inkiĢaf, imkan və ehtiyacı ilə mütənasib olmayan qabına
sığmayan Yaponiya Mancuriyada fəaliyyətə keçmiĢdir. Yaponiyanın hədəfi sadə,
Mancuriya deyildir. Sovetlər Ġttifaqının Uzaq ġərqi də təhlükə altındadır. Qızıl
diktatorluq, bəyaz (ağ) imperatorluğun etdiyi fəci təcrübədən mümkün olduğu
qədər qaçmaq istəyir. Romanov sülaləsi mühüm zərbəni Mancuriyada yemiĢdi.
Stalin bunu yaxĢı bilir. Hərbdən qaçır, bütün dünyaya sülhçü görünmək istəyir.
Fəqət, bu sırf görünüĢdən ibarət manevrası ilə o, əsil məqsədini həm
Sovetlər daxilindəki xalq kütlələrindən, həm də beynəlmiləl ictimai fikirdən
gizlətmiĢ olur.
Fransa mətbuatının ifĢaatına görə, Sovetlərlə digər dövlətlər arasında akt
olunacaq (bağlanacaq) hücum etməmək müqaviləsinin 4-cü maddəsi mucibincə
(görə), hər iki tərəf öz daxillərində digər tərəfin ərazisi və ya bu ərazidən bir qismi
üzərində hakimiyyət haqqı davasında olan təĢkilatlara varlıq imkanı verməyəcək.
Bu maddə doğrudan-doğruya Fransada mövcud bəzi rus və qafqazlı təĢkilatları
qəsd etməkdədir. Fəqət, buna müqabil Rusiya nə kimi bir təəhhüd (öhdəlik) altına
girir? Heç!
Üçüncü Ġnternasional məlum oduğu üzrə, rəsmən heç bir dövlətin ərazisi
üzərində küllən (tam) və ya qismən hakimiyyət haqqı güdməməklə bərabər, hər
kəsə məlumdur ki, öz inqilab təĢəbbüs və propaqandasından bir an üçün qafil və
fariq (əl çəkmiĢ) deyildir...
Biz əmin oluğumuz kimi, Sovet rejimilə bolĢevizmin nə olduğunu yaxından
bilən hər kəscə dəxi aĢkardır ki, hücum etməmək anlaĢması aktından sonra dəxi
Üçüncü Ġnternasional namına Moskva hökumətinin təhrikləri və yardımı ilə
beynəlmiləl bolĢevik təhrikləri eynilə baki qalacaq və bəlkə də misakın ovuducu
təsirləri altında daha ziyadə müvəffəqiyyət və qolaylıqla icra olunacaqdır.
Hə, bolĢeviklər bu «açıq diplomatiya» ilə təqib etdikləri əsil gizli
siyasətlərini qapamaq istəyir, bugünkü zəifliklərini sülhsevərlik kimi yüksək
növdən parlaq bir örtü ilə pərdələyirlər.
ġübhəsiz həddi zatında (özlüyündə) zəifliklərindən irəli gələn bu manevri
onlar istibdadları və iĢğalları altında tutduqları xalq kütlələləri qarĢısında böyük bir
Dostları ilə paylaş: |