79
Nefedyevin Naxçıvandakı rus idarəsinə aid olub, 1837-ci il tarixini daĢıyan
bir yazısında «rus ədaləti» haqqında bunları buluruq: «Eyni istibdad təsirində olan
vilayətdəki rus məhkəməsi öz halı ilə hər türlü ədalət hissini təhqir etməkdədir. Bu
məqam sanki dövlətin yenicə idarəsinə keçmiĢ olan yerli əhali ilə Ġranlılar
nəzərində rus idarəsini rəzil etmək üçün yapılmıĢdır».
Yuxarıda qeyd olunan senatorlar, əski xanlıqlardan bəhs edərkən, buradakı
idarələri kefə dayanan, sistemsiz və anarxik bir rejim deyə təvsif (xarakterizə)
etmiĢlər. Rus idari müəssisələrinin tarixçisi Ġvanenko senatorların bu mütaliələrilə
razı deyildir. Ona görə əksinə, xanların idarəsində özlərinə görə, bir sistem vardı və
bu mütərəqqi müsəlman fiqhinə dayanırdı. Xanlar dövründə - onunca - çox yaxĢı
tərkibli
olmasa da, az-çox müəssəs (qurulmuĢ) bir vergi sistemi dəxi mövcuddur.
Ġvanenkonun bu sözlərini qeyd etdikdən sonra, bəhs mövzusu cildinin
redaktoru PetruĢevski əlavə edir ki: «Həqiqətdə də əhalinin komendantlıq idarəsinə
qarĢı duyduğu kin və nifrəti senatorların izahlarına rəğmən xanlıq idarə üsulunun
baki (dəyiĢməz) qalmasından irəli gəlmirdi. Komendantlar bu idarə üsulunu sadə,
mühafizə etməklə qalmamıĢ, onu əskisindən daha qəddar və daha müstəbid və
keyfi bir Ģəklə soxmuĢdular».
Daha Böyük Pyotr zamanından etibarən rus çarlığının Ģərq xristianlarının
hamisi və bilxassə ermənilərin xilaskarı sifətini taxdığı məlumdur. Rusiya
imperializminin Qafqazı tutması ilə müsəlman Ģərqinə qarĢı açdığı səfərlərin
ermənilər tərəfindən sevinclə və fədakarlıqlarla qarĢılandığı dəxi hər kəsə məlum
bir həqiqətdir.
Belə ikən vəsiqələr rus müstəmləkəçilik idarəsindən ermənilərin belə «əl
aman çağırdığını» göstərməkdədir.
Qarabağdakı erməni tacirləri 1820 raddələrində (M.Ə.Rəsulzadə elmi
redaktorun yazdığını gözə alıb. Sənəddə 1837-ci il, noyabr-dekabr yazılıb) «erməni
camaatı» namına (adından) göndərdikləri istidada (ərizədə, diləkçədə)
komandanlıqdan Ģikayat edərək yazırlar ki: «Qarabağ, Mehdiqulu xanın idarəsində
ikən, biz hər türlü istida və Ģikayətlərimizlə Ģəxsən ona gedərdik:
o da xalq içindəki
etibar və hörmətimizə nisbətən bizimlə rəftar edər, məruzələrimizi Ģəxsən dinlər və
ədalətlə hökm edərdi. Rus məmurları isə, bizimlə qara cahil köylülər arasında heç
bir fərq qoymur və onlar kimi biz dəxi sadə komendantlardan deyil, onların
məmurlarından belə, min cür hərəkətlər görür, heç bir səbəb olmadan
mühakiməsiz, sorğusuz və sualsız yaĢa-baĢa baxmadan, xidmət və sədaqətimizi
gözə almadan bədən cəzasına çarpılırıq».
Baron Qan tərəfindən çar I Nikolaya verilən raportda Rusiyaya hicrət
(köçmüĢ) etmiĢ olan ermənilərin onlara ayrılmıĢ yer və yurdlarını tərk ilə, təkrar öz
istəklərilə tərk etmiĢ olduqları Ġran və Türkiyə torpaqlarına qaçdıqları qeyd
olunmaqdadır. Bu «ricət» (qaçıĢ) o qədər ciddi və geniĢ imiĢ ki, «onları alı qoymaq
üçün hüdudda surəti məxsusada əskər qitələrindən (bölüklərindən) mürəkkəb
(ibarət) kordon (postlar) qoymaq lazım gəlirmiĢ».