Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə40/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

85 
 
Qəribə  deyilmidir  ki,  adamı  mal  kimi  satmaqda,  rəncbər  köylünü  qul  kimi 
tələqqi (saymaqda) etməkdə mahzur (ayıb) görməyən bu «əsilzadələr» cəsarət edib 
də  «cahil  və  vəhĢi»  dedikləri
4
 məmləkətimizə  mədəniyyət  gətirirmiĢ  kimi  füzuli 
(boĢboğaz, ədəbsiz) bir tövr də alırlar?!... 
Bu  yalançı  tövrün  fərqini  hər  kəsin  gözünə  batacaq  bir  dərəcəyə  gətirmək 
kurnazlığını  göstərən  qraf  Paskeviç-VarĢavskinin  §19-da  əlavə  etdiyi  qeyd 
həqiqətən də maraqlıdır. Qraf qeyd edir ki: 
«Krepostnoyların Rusiyadan Qafqaza gətirildikləri təqdirdə, düĢünürəm ki, 
onların  mülkədar  mülkiyyətində  qalmaq  haqqındakı  məcburiyyətlərini  bərtərəf 
(ləğv)  etmək  lazımdır.  Çünki  müsəlmanların  yaĢadıqları  bütün  Qafqaz 
vilayətlərində  krepostnoyluq  yoxdur.  Müsəlmanlar  arasında  sadə,  xristianların 
krepostnoyluğu  [yəni  mülkədar  malı  olması,  digər  təbirlə  qulluğu]  əcaib  olurdu. 
Daha  mənasız  və  münasibətsiz  olurdu  ki,  təsəvvür  olunan  müsəlman 
zadəganlarının da rus krepostnoyları olsun
5
. Hökumət bunu nəzərə almıĢ olacaqdır 
ki,  Bessarabiyaya  köçürülən  köylülərin  krepostnoyluqdan  azadlıqlarım 
qərarlaĢdırmıĢdır». 
«Əsil rus zadəganlığının kökləĢməsini» bu surətdə təsəvvür etdikdən sonra, 
vəsiqə «məhəmmədi [müsəlman] və erməni zadəganlığının təsisini» düĢünür və: 
«Dvoryanstvo  [zadəganlıq]  mütləqiyyət  idarəsinin  ayrılmaz  bir  lazımıdır. 
Cənubi  Qafqazın  böyük  bir  qismi  müsəlmanlarla  məskundur  ki,  heç  bir  zamanda 
əsil  zadəgan  sinfinə  malik  olmamıĢdır.  Orada  ancaq  iki  hal  vardır:  xan  və  təbəə. 
Xan  ailəsi  qohumluq,  zənginlik,  daha  ziyadə  cabbarlıq  (zorakılıq)  yolları  ilə 
özlərini baĢqalarından üstün tutmağa çalıĢır və qanunən tanınmıĢ heç bir hüquq və 
mülkiyyət bilməzdilər. Ġndi, xanlar düĢdükdən və cəbrə nəhayət verildikdən sonra, 
bu nəcibzadə prinslər dəxi qara camaatla qarıĢmıĢ oldular» (§21). 
«Təbiidir ki - vəsiqə davam edir - taleyin bu makus (baĢayaq oyunu) cilvəsi 
onları təzlil (aĢağılamaqla) ilə iddialı qəlblərini incidir. Ġzzəti nəfs və qürurları rus 
hökumətinə  təmiz  qəlblə  və  sədaqətlə  verilməkdən  onları  mən  (çəkindirir)  edir» 
(§22). 
Vəsiqə  «bu  vilayətlərlə  bu  xalqları  həm  öz  aralarında,  həm  də  Rusiya  ilə 
yaxınlaĢdırmaq üçün, bu yaxınlıq və səmimiliyə mane olan bütün əngəlləri ortadan 
qaldırmaq  məqsədilə  müsəlman,  erməni  vilayətlərində  əsil  rus  zadəganlarından 
baĢqa yerli zadəganlar sinfi dəxi yaratmaq istəyir. 
«Bu  yeni dvoryanlar, bu  ünvanın  verdiyi  hüquq və  imtiyazları hiss edərək 
və  rus  hökuməti  tərəfindən  heçlik  zillətindən  çrxardıldıqları  səbəbilə  Ģübhəsiz  bu 
hökuməti sevrələr» (§23). 
                                                           
4
 Təhlil  etdiyimiz  vəsiqənin  daha  ilk  maddəsində  Cənubi  Qafqazın  müxtəlif  dillər  danıĢan  və  dinlərlə 
adətlər  daĢıyan  türlü  tayfalardan  ibarət  olduğu  və  “müĢtərək  olaraq  cəhalətdə”  olduqları  qeyd 
olunmaqdadır. 
5
 Vəsiqədə  əsil  rus  zadəganlarının  Azərbaycanda  kökləĢdirilməsindən  baĢqa  aĢağıda  görünəcəyi  kimi, 
yerli zadəgan sülhü yaratmaq təsəvvürü mövcuddur. 


86 
 
Bu  tədbir  sayəsində  «bəylərin»  Rusiyaya  sədaqəti  təmin  olunur,  çünki 
«müsəlman bir hökumətin tərəfinə keçərlərsə əldə etdikləri bu imtiyazı qeyb etmiĢ 
olurlar  -  çünki  müsəlman  dövlətlərində  zadəganlıq  imtiyazı  yoxdur»  (§  24). 
Bundan  baĢqa  vəsiqə  bəy  cocuqlarının  haiz  (aid)  olduqları  dvoryanlıq  ünvanının 
mucibincə  bilxassə  əskəri  xidmətlərə  alınacaqlarından,  dövlətin  əlində  bir  növ 
rehinə (girov) halını alacaqlarını və bu surətlə atalarının sədaqətlərini təmin etmiĢ 
olacaqlarını  dəxi  hesablayır.  Və  bu  sahədəki  mənəvi  təsiri  daha  ziyadə 
qüvvətləndirmək  üçün  Tiflisdə,  dvoryan  cocuqlarına  məxsus  olmaq  üzrə  bir 
təlimxana təsisilə, 12 yaĢını burada bulduqdan sonra, bu «əsilzadələrin» Moskva və 
ya  Peterburqa  göndərilərək,  əskəri  korpus,  akademiya  və  s.  kimi  məktəblərdə 
oxutdurulmasını tövsiyə edir. Təhsilərini tamam etdikdən sonra, bu gənclər beĢ il 
Rusiyada  xidmət  edəcəklər  və  yalnız  ondan  sonra  Qafqazda  bir  məmurluğa  təyin 
olunacaqlar.  «Ayrılıq,  tərbiyə  və  ruslar  arasındakı  xidmət  onları  ruslaĢdırır  və 
indiki  halda  ruslarla  yaxınlaĢmalarına  mane  olan  məhəmmədiliklərini  çox 
zəifləĢdirir» (eyni § 28). 
Gürcü zadəganlarının hüquq və səlahiyyətləri 1783-cü il müahidəsi, 1801-ci 
il manifesti və 1824 və 1827-ci illərdəki çar qərarları ilə təyin edilmiĢdi. Müsəlman 
və erməni zadəganlarının təsis və tərifi haqqında isə vəsiqə belə bir təsəvvürdədir: 
«Müsəlman  vilayətlərində  dvoryanlıq  təsis  edərkən,  hüquqi  dörd  əsasa 
etibar  edilməlidir:  1)  KeçmiĢdəki  hökmdar  xanların  nəsillərinə  mənsub  olanlar, 
gürcü  knyazları  ilə  eyni  səviyyədə  tutularaq,  knyaz  [xan]  adını  daĢımalıdırlar, 
bilxassə  ki,  gürcülər  bu  sonuncuların  daima  əlaltıları  olmuĢlar.  2)  Dvoryanlıq 
rütbəsini verən xidmətlərdə olmuĢ adamlara dvoryan [bəy] ünvanı verilməlidir. 3) 
Əski xanlardan və ya Ġran Ģahlarından bəy, ağa və sultan ləqəblərini daĢımaq üçün 
təliqələri  olan  adamlar  da  «dvoryan»  adını  daĢıyırlar.  Təliqələri  mövcud  olmayıb 
da eyni haqqa malik olduqlarını isbat edə bilənlərə də dvoryanlıq adı verilir (§ 28). 
Paskeviçin xüsusi qeydincə, «bütün bir millətin sadə, alçaq təbəqədən ibarət 
olması» kimi «münasibətsizliyi» bu surətlə «bərtərəf» etməklə bərabər, «kökündən 
dönüklüyə müsaid olan» bu «yeni zadəganları» təsərrüd (əl altında) tutmağı dəxi, o 
zamankı  rus  bürokratları  unutmamıĢ,  eynilə  indiki  qızıl  rejim  kimi,  casusluq 
üsulunu ailə əfradı (üzvləri) içinə qədər soxmaq «fəzilətini» göstərmiĢlər. 
Xəyanətləri görünən zadəgan ailəsi təbii olaraq bütün haqq və hüquqlardan 
selb  (məhrum)  olunur.  Yalnız  ailə  əfradından  biri  mütəsəvvər  (düĢünülmüĢ) 
xəyanəti  vaqe  olmasından  əvvəl  xəbər  verirsə,  xəyənatkara  aid  əmlak  və  ərazinin 
yarısına sahib olur (§ 37). 
Bir tərəfdən rus dvoryanlarının Azərbaycanda kökləĢməsi, digər tərəfdən də 
hüquqi bir keçmiĢləri yoxsa da, təamül (adət-ənənə) gücü və təsirilə əhali arasında 
o və ya bu surətlə nüfuz sahibi olan
6
 ailələrdən özünə uyğun yerli dvoryan zümrəsi 
yaratmaq  surətilə  hakimiyyətinə  ictimai  əsas  hazırlamaq  istəyən  çarlıq,  bu 
                                                           
6
 Knyaz VarĢavskinin tərifindən. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə